Məhkəmə qərarları › İş №e-2-2(115)-160/2022

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-160/2022

12.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-160/2022 12.01.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Vəliyev Kənan Hafiz oğlu, iddiaçı 8 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı əmlakın satılması tələbinə dair kiçik iddia ilə bağlı ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı 8 saylı Ərazi Vergilər İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 26.05.2021-ci il tarixinə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiyə Fonduna ödənilməmiş 1194,48 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 1200 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini və ona əlavə edilən sənədləri nəzərdən keçirdərək müəyyən etmişdir ki, iddiaçı 8 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı əmlakın satılması tələbinə dair artıq məhkəmənin icraatında e-2-2(115)-1177/2021 saylı iş olmuşdur və eyni tələb üzrə məhkəmənin 28 oktyabr 2021-ci il tarixli, e-2-2(115)- 1177/2021 saylı qətnaməsi ilə iddiaçının tələbi təmin olunmuşdur. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinin tələblərinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələblərinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0 , 261.0.2, 262.4-cü maddələrinin tələblərinə əsasən QƏRARA ALDİM: İddiaçı 8 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı əmlakın satılması tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar