Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-21/2020 11.09.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafizoğlununsədrliyi, Hüseynzadə Leyla Vəliyəddin qızının katibliyi, iddiaçı 12 saylı Ərazi vergilər baş idarəsinin nümayəndəsi X4, Cavabdeh nümayəndəsi X5 iştirakları ilə, İddiaçı 12 saylı Ərazi vergilər baş idarəsinin Cavabdehnə qarşı “əmlakın satılması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında, baxaraq məhkəmə müəyyən etdi: İddiaçı 12 saylı Ərazi vergilər baş idarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh dövlət büdcəsinə ödənilməmiş 47 052,85 manat məbləğində borcun ödənilməsini təmin etmək məqsədi ilə 50 000 manat dəyərində siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi Cavabdeh Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün sonuncunun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində büdcəyə ödənilməsi məqsədi ilə cavabdehə bildiriş təqdim edilmiş, lakin yaranmış borc məbləği büdcəyə ödənilməmişdir. Ona görə də Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2019-cu il tarixli qərar çıxarılmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2019-cu il tarixə yaranan 47 052,85 manat borcuna görə 50 000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2019-cu il tarixli, **********4 saylı protokol tərtib edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xx.xx.2019-cu il tarixli xəbərdarlıq məktubu göndərilmiş, cavabdehin yuxarıda qeyd olunan borc məbləğindən xx.xx.2019-cu il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 47 052,85 manatdır. İddiaçının nümayəndəsi X6 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını və ekspert rəyinin nəzərə alınmamasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi X7 məhkəmə iclasında izahat verərək cavabdehin büdcəyə 7526,21 manat borcunun olduğunu bildirmiəklə qeyd etmişdir ki, siyahıya alınmış əmlaklar ollmadan müəssisənin fəaliyyəti qeyri-mümkündür. Müəssisənin 25 nəfər işçisi vardır ki, bununla da ordan 25 ailə təmin olunur. Odur ki, tələbin təmin olunmamasını xahiş etdi. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, **********94 nömrəli protokolun məzmunundan görünür ki, dövlət vergi müfəttişi tərəfindən xx.xx.2019-cu il tarixli qərara əsasən vergi ödəyicisinə məxsus ünvan 1 Azərbaycan küçəsinin kəsişməsi ünvanında yerləşən istehsal obyektində vahidinin qiyməti 25 000 manat olan 1 ədəd Rusiya istehsalı Cavabdeh istehsal etmək üçün quruducu baraban və vahidinin qiyməti 25 000 manat olan 1 ədəd Rusiya istehsalı Cavabdeh istehsal etmək üçün üyüdücü baraban siyahıya alınaraq bu barədə müvafiq protokol tərtib olunmuş, protokol vergi orqanının vəzifəli şəxsi, müşahidəçilər və vergi ödəyicisi tərəfindən imzalanmışdır. Məhkəmə iş materiallarına və məhkəmə iclasında tədqiq edilən sübutlara hərətəfli, tam, obyektiv və qərərsiz baxaraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2020-ci il tarixli rəyi ilə Cavabdeh MMC-yə hesablanmış 47052,85 manat məbləğində vergi borcunun düzgün hesablanmaması müəyyən olunmuşdur. Həmin rəyə əsasən 2018-ci il üzrə nənfəət vergisi 12 973,30 manat, 2019-cu il üzrə 42 526,88 manat zərər, ƏDV 2018ci il üzrə büdcəyə qaytarılan 4624,84 manat, ƏDV 2019-cu il üzrə büdcəyə çatası 7396,63 manat olmuşdur. Ekspert rəyi məhkəmə iclasında tərəflərin münasibəti dinlənilməklə müzakirə olunmuşdur. Məhkəmə ekspert rəyini qiymətləndirərək hesab edir ki, ekspertə tədqiqat üçün təqdim olunmuş materiallar tam araşdırılmış, gəlinmiş nəticə aparılmış tədqiqatlarla uyğunluq təşkil etmişdir. Odur ki, məhkəmə təqdim olunmuş ekspert rəyini sübut kimi əhəmiyyətli sayır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi, ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Həmin Məcəllənin 89.5-ci maddəsinə Yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. Həmin Məcəllənin 89.6-cı maddəsinə əsasən əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir: nağd pul vəsaitləri, bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair), hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər, istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər, inventarizasiya aparılmaqla digər əmlak. Maddənin məzmunundan aydın olduğu kimi əmlakın siyahıya alınmasının ardıcıllığı beş növbə üzrə müəyyən edilmişdir. Göründüyü kimi qanunvericilik hər hansı əmlakın siyahıya alınmasını vergi orqanının seçimindən asılı etməmişdir. Cavabdehə məxsus siyahıya alınmış əmlaklar, yəni Cavabdeh istehsal etmək üçün üyüdücü barabanlar həmin növbəlik üzrə dördüncü kateqoriyadan olan dəzgah və ya avadanlıqlara aiddir. Nəzərə almaq lazımdır ki, vergi ödəyicisinin vergi borcu həddində əvvəlki növbə üzrə əmlakının olması sonrakı növbə üzrə əmlakının siyahıya alınmasını istisna edir. Bu ardıcıllıq ona xidmət edir ki, vergi borcunun ödənilməsinin təmin edilməsi ilə yanaşı sahibkarın da mənafeləri nəzərə alınmalı, onun bundan sonrakı fəaliyyəti tam dayanmaq təhlükəsi ilə üz-üzə qalmamalıdır. İddiaçı tərəfindən cavabdehin əmlakı siyahıya alınarkən vergi borcunun həddindən dəfələrlə artıq əmlakı siyahıya alınmış, həmçinin sahibkarın əmlakı siyahıya alınarkən siyahıya alınmanın qanunla müəyyən edilmiş ardıcıllığnına uyğun olaraq onun əvvəlki növbə üzrə əmlakının olub olmaması yoxlanılmamış, müəssisənin fəaliyyətinin əsasını təşkil edən əmlaklar siyahıya alınaraq həmin əmlaklar üzərində sahibkarən hüquqları məhdudlaşdırılmışdır. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 12-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən qət etdi: İddiaçı 12 saylı Ərazi vergilər baş idarəsinin Cavabdehnə qarşı dövlət büdcəsinə ödənilməmiş 47052,85 manat məbləğində borcun ödənilməsini təmin etmək məqsədi ilə 50 000 manat dəyərində siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə 100 (yüz) manat ekspertiza xərci iddiaçı 12 saylı Ərazi vergilər baş idarəsindən tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SFİFT BİK CTREAZ 22 saylı hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-21/2020
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-21/2020
11.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver