Məhkəmə qərarları › İş №e-2-2(115)-402/2020

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-402/2020

24.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-402/2020 24.06.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Məmmədov Rəşad Seylan oğlu, iddiaçı 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında“siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması” tələbinə dair ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı 12 saylı Ərazi Vergilər Baş İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh dövlət büdcəsinə olan 917,82 manat (o cümlədən əsas borc 0 manat, maliyyə sanksiyası 917,82 manat və faiz borcu 0 manat), Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 490,04 manat və işsizlikdən sığorta fonduna 33,55 manat məbləğində borcunun ödənilməsinin təmin etmək məqsədi ilə cavabdehə məxsus olan 1503,5 manat dəyərində siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi Cavabdeh Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün sonuncunun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində büdcəyə ödənilməsi məqsədi ilə cavabdehə bildiriş təqdim edilmiş, lakin yaranmış borc məbləği büdcəyə ödənilməmişdir. Ona görə də Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2019-cu il tarixli qərar çıxarılmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2020-ci il tarixə yaranan dövlət büdcəsinə olan 1325,42 manat borcuna görə 1503,5 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2020-ci il tarixli **********1 saylı protokol tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan borc məbləğindən xx.xx.2020ci il tarixə dövlət büdcəsinə 917,82manat (o cümlədən əsas borc 0 manat, maliyyə sanksiyası 917,82 manat və faiz borcu 0 manat), Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 490,04 manat və işsizlikdən sığorta fonduna 33,55 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh xx xxx 2020-ci il tarixli, e-2-2(115)-402/2020 nömrəli bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin cavabdeh tərəfindən etiraz və mülahizə məhkəməyə daxil olmamışdır. Bundan sonra, iddiaçı 12 saylı Ərazi Vergilər Baş İdarəsi iddia ərizəsi üzrə icraata xitam verilməsi barədə məhkəməyə xx.xx.2020-ci il tarixli ərizə göndərərək bildirmişdir ki, məhkəmənin icraatında olan Cavabdeh qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbinə dair iddia ərizəsi üzrə hazırki tarixə vergi ödəyicisinin dövlət büdcəsinə ödənilməmiş borcu yoxdur. Ona görə də, həmin iddia ərizəsi üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşmateriallarındaolansənədləriaraşdıraraqhesabedirəmki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş “Vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-cu il tarixli, **********1 nömrəli protokola əlavədən görünür ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən Cavabdeh məxsus Goranboy rayonu, Dəlməmmədli şəhəri, T.Əkbəri küçəsində yerləşən mağazasındakı 1503,50 manat dəyərində “Azbentonit” markalı sement vergi müfəttişi tərəfindən siyahıya alınmışdır. xx.xx.2020-cu il tarixli, **********1 nömrəli protokoldan görünür ki, dövlət vergi müfəttişi tərəfindən vergi ödəyicisinə məxsus Goranboy rayonu, Dəlməmmədli şəhəri, T.Əkbəri küçəsində yerləşən mağazasındakı 1503,50 manat dəyərində “Azbentonit” markalı sement siyahıya alınaraq bu barədə müvafiq protokol tərtib olunmuş, protokol vergi orqanının vəzifəli şəxsi, müşahidəçilər və vergi ödəyicisi tərəfindən imzalanmışdır. «Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında» xx.xx.2020-ci il tarixli aktdan məlum olur ki, vergi ödəyicisi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 303-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdar edilərək siyahıya alınmış əmlaklar ona təhvil verilmişdir. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********041100 saylı məktubundan göründüyü kimi, Cavabdeh qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbinə dair iddia ərizəsi üzrə hazırki tarixə vergi ödəyicisinin dövlət büdcəsinə ödənilməmiş borcu yoxdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra Vergi Məcəlləsinin) 16.1ci və 24.0.1-ci maddələri ilə vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş vergiləri ödəmək, vergi orqanının üzərinə isə vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək vəzifələri qoyulmuşdur. Vergi Məcəlləsinin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Vergi Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə görə vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyəcisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi, ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Vergi Məcəlləsinin 90.1-ci maddəsinə görə vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə vergi orqanı vergi öhdəliyinin icrasının təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması barədə məhkəməyə müraciət edə bilər. İşin faktiki hallarından göründüyü kimi, vergi ödəyicisi olan Cavabdeh dövlət büdcəsinə ödənilməmiş borcu yoxdur. Məhkəmə hesab edir ki, vergi ödəyicisinin dövlət büdcəsinə ödənilməmiş borcu olmadığından, mövcud olmayan borca görə ona məxsus siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərrac vasitəsi ilə satılması barədə iddiaçının tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı iddia ərizəsi üzrə icraata xitam verilməsini xahiş etsə də, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinin tələbinə uyğun olaraq iddiadan imtina etmə yazılı formada ifadə edilmədiyindən və iş üzrə icraata xitam verilməsinin əsasları mövcud olmadığından, icraata xitam verilmədən iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 52.1-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında“siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması” tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİM: İddiaçı 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında“siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar