Məhkəmə qərarları › İş №e-2-2(115)-442/2022

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-442/2022

05.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-442/2022 05.05.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh qarşı “əmlakın satılması” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında, baxaraq məhkəmə müəyyən etdi: İddiaçı 12 saylı Ərazi Vergilər Baş İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 18.08.2021-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 15270,4 manat (o cümlədən əsas borcu 1048,01 manat, maliyyə sanksiyası 13917,16 manat və faiz borcu 200 manat) borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 15028 manat məbləğində siyahıya alınmış əmlakı (qiyməti 9 manat olan 90 ədəd alçıpan, qiyməti 3,5 manat olan 172 ədəd enli profil, qiyməti 2,5 manat olan 168 ədəd nazik profil, qiymət 5 manat olan 18 ədəd arakəsmə profil, qiyməti 1,2 manat olan 300 ədəd isti tavan izolyasiya, qiyməti 23 manat olan 10 ədəd tavan üçün, qiymət 200 manat olan 1 ədəd su çəni, qiyməti 5 manat olan 240 ədəd FAB kafel yapışdıran, qiymət 5 manat olan 128 ədəd AK dəniz üzlük, qiyməti 5 manat olan 100 ədəd Ağ dağ üzlük, qiymət 22 manat olan 7 ədəd tor, qiymət 900 manat olan 1 ədəd kabel kaməli, qiymət 800 manat olan 1 ədəd kabel kameli, qiyməti 1000 manat olan 2 ədəd kabel kameli 2x2, qiyməti 0,8 manat olan 300 ədəd kafel üçün ara, qiyməti 10 manat olan 48 ədəd künclük, qiyməti 4 manat olan 200 ədəd plastik boru 25-lik, qiyməti 11 manat olan 23 ədəd plastik boru 50-lik, qiyməti 17 manat olan 24 ədəd plastik boru 75-lik, qiyməti 22 manat olan 18 ədəd plastik boru 110-lik, qiyməti 70 manat olan 39 ədəd plastik boru 160-lıq, qiyməti 6 manat olan 3 ədəd əydi 50-lik, qiyməti 9 manat olan 36 ədəd əydi 75-lik və qiyməti 11 manat olan 43 ədəd əydi 110-luq) məbləğində inşaat materialları siyahıya alınmış əmlakının hərrac vasitəsi ilə satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün dövlət büdcəsinə vergi borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Həmçinin, Vergi Məcəlləsinin 65.2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verilmişdir. Lakin cavabdehə borc məbləğinin büdcəyə ödənilməsi üçün bildiriş verilməsinə, hesabına sərəncam qoyulmasına baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsinin təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 18.08.2021-ci il tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 18.08.2021-ci il tarixə yaranan 15000,03 manat borcuna görə 15028 manat (qiyməti 9 manat olan 90 ədəd alçıpan, qiyməti 3,5 manat olan 172 ədəd enli profil, qiyməti 2,5 manat olan 168 ədəd nazik profil, qiymət 5 manat olan 18 ədəd arakəsmə profil, qiyməti 1,2 manat olan 300 ədəd isti tavan izolyasiya, qiyməti 23 manat olan 10 ədəd tavan üçün, qiymət 200 manat olan 1 ədəd su çəni, qiyməti 5 manat olan 240 ədəd FAB kafel yapışdıran, qiymət 5 manat olan 128 ədəd AK dəniz üzlük, qiyməti 5 manat olan 100 ədəd Ağ dağ üzlük, qiymət 22 manat olan 7 ədəd tor, qiymət 900 manat olan 1 ədəd kabel kaməli, qiymət 800 manat olan 1 ədəd kabel kameli, qiyməti 1000 manat olan 2 ədəd kabel kameli 2x2, qiyməti 0,8 manat olan 300 ədəd kafel üçün ara, qiyməti 10 manat olan 48 ədəd künclük, qiyməti 4 manat olan 200 ədəd plastik boru 25-lik, qiyməti 11 manat olan 23 ədəd plastik boru 50-lik, qiyməti 17 manat olan 24 ədəd plastik boru 75-lik, qiyməti 22 manat olan 18 ədəd plastik boru 110-lik, qiyməti 70 manat olan 39 ədəd plastik boru 160-lıq, qiyməti 6 manat olan 3 ədəd əydi 50-lik, qiyməti 9 manat olan 36 ədəd əydi 75-lik və qiyməti 11 manat olan 43 ədəd əydi 110-luq) məbləğində inşaat materialları əmlakı siyahıya alınmış və bu barədə 07.12.2021-ci il tarixli **********5 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın 2 vərəqədən ibarət siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə və müvafiq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə 29.11.2021-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin 18.08.2021-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 15270,4 manat (o cümlədən əsas borcu 1048,01 manat, maliyyə sanksiyası 13917,16 manat və faiz borcu 200 manat) ödənilməmiş borcu qalmışdır. İddiaçının etibarnamə üzrə nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarına və məhkəmə iclasında tədqiq edilən sübutlara hərətəfli, tam, obyektiv və qərərsiz baxaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki iş materiallarında olan: “Vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında qərarların bir icraatda birləşdirilməsi barədə” 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 20.08.2021-ci il tarixli, **********5 nömrəli qərarının məzmunundan görünür ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən Cavabdeh əmlakının siyahıya alınması qərara alınmış, siyahıya alınmanın həyata keçirilməsi dövlət vergi müfəttişi X2 həvalə olunmuşdur. 07 dekabr 2021-ci il tarixli, **********5 nömrəli protokolun məzmunundan görünür ki, dövlət vergi müfəttişi tərəfindən 20.08.2021-ci il tarixli qərara əsasən vergi ödəyicisinə məxsus 15028 manat məbləğində (qiyməti 9 manat olan 90 ədəd alçıpan, qiyməti 3,5 manat olan 172 ədəd enli profil, qiyməti 2,5 manat olan 168 ədəd nazik profil, qiymət 5 manat olan 18 ədəd arakəsmə profil, qiyməti 1,2 manat olan 300 ədəd isti tavan izolyasiya, qiyməti 23 manat olan 10 ədəd tavan üçün, qiymət 200 manat olan 1 ədəd su çəni, qiyməti 5 manat olan 240 ədəd FAB kafel yapışdıran, qiymət 5 manat olan 128 ədəd AK dəniz üzlük, qiyməti 5 manat olan 100 ədəd Ağ dağ üzlük, qiymət 22 manat olan 7 ədəd tor, qiymət 900 manat olan 1 ədəd kabel kaməli, qiymət 800 manat olan 1 ədəd kabel kameli, qiyməti 1000 manat olan 2 ədəd kabel kameli 2x2, qiyməti 0,8 manat olan 300 ədəd kafel üçün ara, qiyməti 10 manat olan 48 ədəd künclük, qiyməti 4 manat olan 200 ədəd plastik boru 25-lik, qiyməti 11 manat olan 23 ədəd plastik boru 50-lik, qiyməti 17 manat olan 24 ədəd plastik boru 75-lik, qiyməti 22 manat olan 18 ədəd plastik boru 110-lik, qiyməti 70 manat olan 39 ədəd plastik boru 160-lıq, qiyməti 6 manat olan 3 ədəd əydi 50lik, qiyməti 9 manat olan 36 ədəd əydi 75-lik və qiyməti 11 manat olan 43 ədəd əydi 110luq) əmlakı siyahıya alınaraq bu barədə müvafiq protokol tərtib olunmuş, protokol vergi orqanının vəzifəli şəxsi, müşahidəçilər və vergi ödəyicisi tərəfindən imzalanmışdır. «Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında» 07 dekabr 2021-ci il tarixli aktdan məlum olur ki, vergi ödəyicisi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 303-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdar edilərək siyahıya alınmış əmlaklar ona təhvil verilmişdir. 29 noyabr 2021-ci il tarixli xəbərdarlıq məktubunun məzmunundan məlum olur ki, əmlakların siyahıya alındığı vaxtdan 30 gün müddətində cavabdeh tərəfindən dövlət büdcəsinə olan vergi borcu tam ödənilmədiyi təqdirdə həmin siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə məhkəmədə iddia qaldırılacağı bildirilmiş, cavabdeh xəbərdarlığı imza etməklə qəbul etmişdir. Göründüyü kimi, vergi ödəyicisinin dövlət büdcəsinə ödənilməmiş 15270,4 manat borca görə həmin vergi ödəyicisinə aid əmlak qanun tələbinə uyğun olaraq vergi orqanı əməkdaşları tərəfindən siyahıya alınmış, bu barədə müvafiq protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1-ci və 24.0.1-ci maddələri ilə vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş vergiləri ödəmək, vergi orqanının üzərinə isə vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək vəzifələri qoyulmuşdur. 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. 78.1-ci maddəsinin tələblərinə görə vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyəcisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi, ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. 90.1-ci maddəsinə görə vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Beləliklə, iş materialları ilə təsdiq olunur ki, Cavabdeh 18.08.2021-ci il tarixə dövlət büdcəsinə 15270,4 manat məbləğində vergi borcu yaranmış və həmin borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Məhkəmə hesab edir ki, vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş vergiləri ödəmək vəzifəsi qoyulduğundan və o, verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdeh olduğundan iddia tələbi təmin edilməli və cavabdehin dövlət büdcəsinə yaranmış borcun ödənilməsini təmin etmək məqsədi ilə cavabdehə məxsus olan 15028 manat dəyərində siyahıya alınmış əmlakı ixtisaslaşdırılmış açıq hərraclar vasitəsi ilə satılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən qət etdi: İddia təmin edilsin. Cavabdeh dövlət büdcəsinə olan 15270,4 (on beş min iki yüz yetmiş manat dörd qəpik) manat borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 15028 (on beş min iyirmi səkkiz manat) manat məbləğində siyahıya alınmış əmlakı (qiyməti 9 manat olan 90 ədəd alçıpan, qiyməti 3,5 manat olan 172 ədəd enli profil, qiyməti 2,5 manat olan 168 ədəd nazik profil, qiymət 5 manat olan 18 ədəd arakəsmə profil, qiyməti 1,2 manat olan 300 ədəd isti tavan izolyasiya, qiyməti 23 manat olan 10 ədəd tavan üçün, qiymət 200 manat olan 1 ədəd su çəni, qiyməti 5 manat olan 240 ədəd FAB kafel yapışdıran, qiymət 5 manat olan 128 ədəd AK dəniz üzlük, qiyməti 5 manat olan 100 ədəd Ağ dağ üzlük, qiymət 22 manat olan 7 ədəd tor, qiymət 900 manat olan 1 ədəd kabel kaməli, qiymət 800 manat olan 1 ədəd kabel kameli, qiyməti 1000 manat olan 2 ədəd kabel kameli 2x2, qiyməti 0,8 manat olan 300 ədəd kafel üçün ara, qiyməti 10 manat olan 48 ədəd künclük, qiyməti 4 manat olan 200 ədəd plastik boru 25-lik, qiyməti 11 manat olan 23 ədəd plastik boru 50-lik, qiyməti 17 manat olan 24 ədəd plastik boru 75-lik, qiyməti 22 manat olan 18 ədəd plastik boru 110-lik, qiyməti 70 manat olan 39 ədəd plastik boru 160-lıq, qiyməti 6 manat olan 3 ədəd əydi 50-lik, qiyməti 9 manat olan 36 ədəd əydi 75-lik və qiyməti 11 manat olan 43 ədəd əydi 110-luq) ixtisaslaşdırılmış açıq hərraclar vasitəsi ilə satılsın. 135,81 (yüz otuz beş manat səksən bir qəpik) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar