Məhkəmə qərarları › İş №e-2-2(115)-569/2021

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-569/2021

18.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-569/2021 18.08.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Əhməd Nicat Ramiz oğlunun katibliyi, İddiaçı 12 saylı Ərazi vergilər baş idarəsinin nümayəndəsi X4, Cavabdeh nümayəndəsi X1, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı 12 saylı Ərazi vergilər baş idarəsinin Cavabdeh MMC-yə qarşı “əmlakın satılması” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında, baxaraq məhkəmə müəyyən etdi: İddiaçı 12 saylı Ərazi vergilər baş idarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-nin 30.03.2021-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş maliyyə sanskiyası üzrə 13000 manat məbləğində vergi borcun ödənilməsini təmin etmək məqsədi ilə 13000 manat dəyərində siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, vergi ödəyicisi Cavabdeh MMC-nin Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün sonuncunun dövlət büdcəsina borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində büdcəyə ödənilməsi məqsədi ilə cavabdehə bildiriş təqdim edilmiş, lakin yaranmış borc məbləği büdcəyə ödənilməmişdir. Ona görə də Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 30.03.2021-ci il tarixli qərar çıxarılmışdır.Qərar əsasında vergi ödəyicisinin 30.03.2021-ci il tarixə yaranan 13000 manat borcuna görə 13000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə 16 aprel 2021-ci il tarixli, **********2 saylı protokol tərtib edilmişdir. Odur ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Cavabdeh MMC-nin nümayəndəsi X1 məhkəmə iclasında izahat verərək bildirdi ki, borcun ödənilməsi barədə vergi orqanının baş idarəsi ilə razılıq əldə edilmişdir, təqdim edilmiş qrfikə əsasən borcunu yaxın vaxtlarda ödəyəcəkdir. Belə olan vəziyyətdə avtomobillərin hərraca çıxarılması əsassızdır. Cavabdeh MMC-nin vəkili Vəkil məhkəmə iclasında izahat verərək bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxs vergi borcunu ödəməkdən qərəzli şəkildə yayınmır. O, qısa müddətdə borcunu ödəcəyəkdir. Bu səbəbdən əmlakın satılması tələbi əsassızdır. Məhkəmə iş materiallarına və məhkəmə iclasında tədqiq edilən sübutlara hərətəfli, tam, obyektiv və qərərsiz baxaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki iş materiallarında olan: Vergi orqanı tərəfindən vergi ödəyicisinə göndərilmiş 23.02.2021-ci il tarixli bildirişin surətindən göründüyü kimi vergi ödəyicisinin həmin tarixə dövlət büdcəsinə 378.711.62 manat, o cümlədən vergilər üzrə 218.749.62 manat, maliyyə sanksiyaları üzrə 109.266.11 manat, faizlər üzrə 50.695.98 manat borcu yaranmışdır. Həmin borcun 5 gün ərzində ödənilməsi tələb olunmuş, yarada biləcək məsuliyyət izah edilmişdir. “Vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” 12 saylı Ərazi Vergilər baş İdarəsinin 30.03.2021-ci il tarixli, **********2 nömrəli qərarının məzmunundan görünür ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən Cavabdeh MMC-nin əmlakının siyahıya alınması qərara alınmış, siyahıya alınmanın həyata keçirilməsi dövlət vergi müfəttişi X2 həvalə olunmuşdur. Cavabdeh MMC-nin şəxsi hesab vərəqəsindən göründüyü kimi 684794,66 manat vergi borcu vardır. 16 aprel 2021-ci il tarixli, **********2 nömrəli protokolun məzmunundan görünür ki, dövlət vergi müfəttişi tərəfindən 30.03.2021-ci il tarixli qərara əsasən vergi ödəyicisinə məxsus 13000 manat məbləğində (qiyməti 8000 manat olan 1 ədəd dövlət qeydiyyat nömrəsi ** AH ***, mühərrik nömrəsi 0672681-2015 olan, CHEVROLET NİVA markalı minik avtomobili, qiyməti 5000 manat olan 1 ədəd dövlət qeydiyyat nömrəsi ** AA ***, mühərrik nömrəsi **********84 olan, VAZ 21214 markalı minik avtomobili) siyahıya alınaraq bu barədə müvafiq protokol tərtib olunmuş, protokol vergi orqanının vəzifəli şəxsi, müşahidəçilər və vergi ödəyicisi tərəfindən imzalanmışdır. «Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında» 16 aprel 2021-ci il tarixli aktdan məlum olur ki, vergi ödəyicisi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 303-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdar edilərək siyahıya alınmış əmlaklar ona təhvil verilmişdir. 22 aprel 2021-ci il tarixli xəbərdarlıq məktubunun məzmunundan məlum olur ki, əmlakların siyahıya alındığı vaxtdan 30 gün müddətində cavabdeh tərəfindən Dövlət büdcəsinə olan vergi borcu tam ödənilmədiyi təqdirdə həmin siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə məhkəmədə iddia qaldırılacağı bildirilmiş, cavabdeh xəbərdarlığı imza etməklə qəbul etmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1-ci və 24.0.1-ci maddələri ilə vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş vergiləri ödəmək, vergi orqanının üzərinə isə vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək vəzifələri qoyulmuşdur. 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. 78.1-ci maddəsinin tələblərinə görə vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyəcisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi, ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. 90.1-ci maddəsinə görə vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə vergi orqanı vergi öhdəliyinin icrasının təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması barədə məhkəməyə müraciət edə bilər. Beləliklə, iş materialları ilə təsdiq olunur ki, Cavabdeh MMC-nin 30.03.2021-ci il tarixə dövlət büdcəsinə vergi borcu yaranmış və həmin borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Məhkəmə hesab edir ki, vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş vergiləri ödəmək vəzifəsi qoyulduğundan və o, verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdeh olduğundan iddia tələbi təmin edilməli və cavabdehin Dövlət büdcəsinə yaranmış borcun ödənilməsini təmin etmək məqsədi ilə cavabdehə məxsus olan 13000 manat dəyərində siyahıya alınmış əmlakı ixtisaslaşdırılmış açıq hərraclar vasitəsi ilə satılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən qət etdi: İddia təmin edilsin. Cavabdeh MMC-nin dövlət büdcəsinə olan 13000 (on üç min) manat vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 13000 (on üç min) manat məbləğində siyahıya alınmış əmlakı (qiyməti 8000 manat olan 1 ədəd dövlət qeydiyyat nömrəsi ** AH ***, mühərrik nömrəsi 0672681-2015 olan, CHEVROLET NİVA markalı minik avtomobili, qiyməti 5000 manat olan 1 ədəd dövlət qeydiyyat nömrəsi ** AA ***, mühərrik nömrəsi **********84 olan, VAZ 21214 markalı minik avtomobili) ixtisaslaşdırılmış açıq hərraclar vasitəsi ilə satılsın. 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar