Məhkəmə qərarları › İş №e-2-2(115)-577/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-577/2023

03.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-577/2023 03.07.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Orucova Vüsalə İsməli qızının katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və X3 qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DC00293377-02 saylı maliyyələşdirmə üçün ərizə müqaviləsinə əsasən 5761,57 manat əsas borc, 322,64 manat cərimə borcu olmaqla, cəmi 6084,21 manat borcun, DC00293377-03 saylı maliyyələşdirmə üçün ərizə müqaviləsinə əsasən 44903,39 manat əsas borc, 2241,32 manat faiz borcu, 355,13 manat cərimə borcu olmaqla, cəmi 47499,84 manat borcun, DC00293377- 04 saylı maliyyələşdirmə üçün ərizə müqaviləsinə əsasən 5258,22 manat əsas borc, 417,17 manat faiz borcu, 120,40 manat cərimə borcu olmaqla, cəmi 5795,79 manat borcun, DC00293377-05 saylı maliyyələşdirmə üçün ərizə müqaviləsinə əsasən 18283,26 manat əsas borc, 517,88 manat faiz borcu, 116,10 manat cərimə borcu olmaqla, cəmi 18917,24 manat borcun, DC00293377-06 saylı maliyyələşdirmə üçün ərizə müqaviləsinə əsasən 31194,06 manat əsas borc, 2990.30 manat faiz borcu, 505.80 manat cərimə borcu olmaqla, cəmi 34690,16 manat borcun, DC00293377-08 saylı maliyyələşdirmə üçün ərizə müqaviləsinə əsasən 19039,84 manat əsas borc, 1393,62 manat faiz borcu, 154,68 manat cərimə borcu olmaqla, cəmi 20588,14 manat borcun, ödənilmiş 400 manat mediasiya xərcinin və 24 manat ödənilmiş dövlət rüsumunun cavabdehlər X1 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə X4 arasında xx.xx.2020-ci il tarixdə bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC/SE/6794 saylı razılıq ərizəsi imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş ümumi şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Sonradan tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2021-ci il tarixli DC00293377-02 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış, ərizəyə əsasən xx.xx.2022-ci il tarixinədək, illik faiz dərəcəsi 16,5%, illik cərimə faizi 15%, kredit müddətinin bitmə tarixindən sonra gecikdirilmiş əsas məbləğə hesablanan illik cərimə faizi 31,5%, günlük cərimə faizi 0.0875% olmaqla, 27300 manat, xx.xx.2021-ci il tarixli DC00293377-03 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış, ərizəyə əsasən xx.xx.2023-cü il tarixinədək, illik faiz dərəcəsi 17,5%, illik cərimə faizi 15%, kredit müddətinin bitmə tarixindən sonra gecikdirilmiş əsas məbləğə hesablanan illik cərimə faizi 32,5%, günlük cərimə faizi 0.0903% olmaqla, 80000 manat, xx.xx.2021-ci il tarixli DC00293377-04 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış, ərizəyə əsasən xx.xx.2023-cü il tarixinədək, illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kredit müddətinin bitmə tarixindən sonra gecikdirilmiş əsas məbləğə hesablanan illik cərimə faizi 32%, günlük cərimə faizi 0.0889% olmaqla, 8000 manat, xx.xx.2021-ci il tarixli DC00293377-05 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış, ərizəyə əsasən xx.xx.2023-cü il tarixinədək, illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kredit müddətinin bitmə tarixindən sonra gecikdirilmiş əsas məbləğə hesablanan illik cərimə faizi 32%, günlük cərimə faizi 0.0889% olmaqla, 32000 manat, xx.xx.2021-ci il tarixli DC00293377- 06 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış, ərizəyə əsasən xx.xx.2023-cü il tarixinədək, illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kredit müddətinin bitmə tarixindən sonra gecikdirilmiş əsas məbləğə hesablanan illik cərimə faizi 32%, günlük cərimə faizi 0.0889% olmaqla, 50000 manat, xx.xx.2021-ci il tarixli DC00293377-08 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış, ərizəyə əsasən xx.xx.2023-cü il tarixinədək, illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kredit müddətinin bitmə tarixindən sonra gecikdirilmiş əsas məbləğə hesablanan illik cərimə faizi 32%, günlük cərimə faizi 0.0889% olmaqla, 28704 manat məbləğində mal alışı məqsədilə birdəfəlik kredit verilmişdir. İddiaçı ASC ilə borcalan X4 arasında bağlanmış DC00293377-02 saylı, DC00293377-03 saylı, DC00293377- 04 saylı, DC00293377-05 saylı, DC00293377-06 saylı və DC00293377-08 saylı öhdəliklərin icrasını təmin etmək məqsədilə Bank ilə Cavabdeh1 arasında xx.xx.2022-i il tarixli Z5352 saylı zaminlik müqaviləsi bağlanmışdır. Lakin borcalan qeyd edilən kreditlər üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icrа еtməmiş və onun banka xx.xx.2023-cü il tarixə DC00293377- 02 saylı maliyyələşdirmə üçün ərizə müqaviləsinə əsasən 5761,57 manat əsas borc, 322,64 manat cərimə borcu olmaqla, cəmi 6084,21 manat, gecikmə gününün sayı 191 gün, DC00293377-03 saylı maliyyələşdirmə üçün ərizə müqaviləsinə əsasən 44903,39 manat əsas borc, 2241,32 manat faiz borcu, 355,13 manat cərimə borcu olmaqla, cəmi 47499,84 manat, gecikmə gününün sayı 247 gün, DC00293377-04 saylı maliyyələşdirmə üçün ərizə müqaviləsinə əsasən 5258,22 manat əsas borc, 417,17 manat faiz borcu, 120,40 manat cərimə borcu olmaqla, cəmi 5795,79 manat, gecikmə gününün sayı 234 gün, DC00293377-05 saylı maliyyələşdirmə üçün ərizə müqaviləsinə əsasən 18283,26 manat əsas borc, 517,88 manat faiz borcu, 116.10 manat cərimə borcu olmaqla, cəmi 18917,24 manat, gecikmə gününün sayı 158 gün, DC00293377-06 saylı maliyyələşdirmə üçün ərizə müqaviləsinə əsasən 31194,06 manat əsas borc, 2990,30 manat faiz borcu, 505,80 manat cərimə borcu olmaqla, cəmi 34690,16 manat, gecikmə gününün sayı 177 gün, DC00293377-08 saylı maliyyələşdirmə üçün ərizə müqaviləsinə əsasən 19039,84 manat əsas borc, 1393,62 manat faiz borcu, 154,68 manat cərimə borcu olmaqla, cəmi 20588,14 manat təşkil edir, gecikmə gününün sayı 127 gündür. İş üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək DC00293377-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 5761,57 manat əsas borc, 67,01 manat faiz borcu, 835,39 manat cərimə borcu olmaqla, cəmi 6663,97 manat məbləğində borcun, DC00293377-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 42799,46 manat əsas borc, 2452,74 manat faiz borcu, 1580,59 manat cərimə borcu olmaqla, cəmi 46832,79 manat məbləğində borcun, DC00293377-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 5258,22 manat əsas borc, 702,71 manat faiz borcu, 282,76 manat cərimə borcu olmaqla, cəmi 6243,69 manat məbləğində borcun, DC00293377- 05 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 18283,26 manat əsas borc, 1510,77 manat faiz borcu, 601,93 manat cərimə borcu olmaqla, cəmi 20395,96 manat məbləğində borcun, DC00293377-06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 31194,06 manat əsas borc, 4684,32 manat faiz borcu, 1345,52 manat cərimə borcu olmaqla, cəmi 37223,90 manat məbləğində borcun və DC00293377-08 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 19039,84 manat əsas borc, 2427,60 manat faiz borcu, 529,40 manat cərimə borcu olmaqla, cəmi 21996,84 manat məbləğində borcun, ödənilmiş 400 manat mediasiya xərcinin və 30 manat dövlət rüsumunun cavabdehlər X1 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İddiaçının nümayəndəsi isə məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC ilə X4 arasında 05 dekabr 2020-ci il tarixli “Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə” OnGTC/SE/6794 saylı razılaşmadan görünür ki, X4 bu razılaşmanı imzalamaqla, bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun bankın rəsmi internet səhifəsində yerləşdirilən xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərini diqqətlə oxuyub, onun bütün müddəalarını başa düşdüyünü, müqavilə üzrə müəyyən edilən xidmətlərin istifadəsinə dair öz öhdəliyinə düşən şərtlərə riayət olunmasına görə məsuliyyət daşıdığını və əks halda yaranan hər hansı maddi zərər və ya məsuliyyəti birbaşa olaraq öz hesabına daşıdığını qəbul etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli DC00293377-02 saylı maliyyələşdirmə üçün ərizədən görünür ki, İddiaçı ASC tərəfindən X3 xx.xx.2022-ci il tarixinədək kreditin nominal illik faiz dərəcəsi 16,5%, kreditin illik/gündəlik cərimə faizi dərəcəsi 15%, kreditin illik/gündəlik cərimə faizi dərəcəsi (kreditin müddəti bitdikdən sonra) 31,5%, günlük cərimə faiz dərəcəsi 0.0875% olmaqla, mal alışı məqsədi ilə birdəfəlik 27300 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli DC00293377-03 saylı maliyyələşdirmə üçün ərizədən görünür ki, İddiaçı ASC tərəfindən X3 xx.xx.2023-cü il tarixinədək kreditin nominal illik faiz dərəcəsi 17,5%, kreditin illik/gündəlik cərimə faizi dərəcəsi 15%, kreditin illik/gündəlik cərimə faizi dərəcəsi (kreditin müddəti bitdikdən sonra) 32,5%, günlük cərimə faiz dərəcəsi 0.0903% olmaqla, mal alışı məqsədi ilə birdəfəlik 80000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli DC00293377-04 saylı maliyyələşdirmə üçün ərizədən görünür ki, İddiaçı ASC tərəfindən X3 xx.xx.2023-cü il tarixinədək kreditin nominal illik faiz dərəcəsi 17%, kreditin illik/gündəlik cərimə faizi dərəcəsi 15%, kreditin illik/gündəlik cərimə faizi dərəcəsi (kreditin müddəti bitdikdən sonra) 32%, günlük cərimə faiz dərəcəsi 0.0889% olmaqla, mal alışı məqsədi ilə birdəfəlik 8000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli DC00293377-05 saylı maliyyələşdirmə üçün ərizədən görünür ki, İddiaçı ASC tərəfindən X3 xx.xx.2023-cü il tarixinədək kreditin nominal illik faiz dərəcəsi 17%, kreditin illik/gündəlik cərimə faizi dərəcəsi 15%, kreditin illik/gündəlik cərimə faizi dərəcəsi (kreditin müddəti bitdikdən sonra) 32%, günlük cərimə faiz dərəcəsi 0.0889% olmaqla, mal alışı məqsədi ilə birdəfəlik 32000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli DC00293377-06 saylı maliyyələşdirmə üçün ərizədən görünür ki, İddiaçı ASC tərəfindən X3 xx.xx.2023-cü il tarixinədək kreditin nominal illik faiz dərəcəsi 17%, kreditin illik/gündəlik cərimə faizi dərəcəsi 15%, kreditin illik/gündəlik cərimə faizi dərəcəsi (kreditin müddəti bitdikdən sonra) 32%, günlük cərimə faiz dərəcəsi 0.0889% olmaqla, mal alışı məqsədi ilə birdəfəlik 50000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli DC00293377-08 saylı maliyyələşdirmə üçün ərizədən görünür ki, İddiaçı ASC tərəfindən X3 xx.xx.2023-cü il tarixinədək kreditin nominal illik faiz dərəcəsi 17%, kreditin illik/gündəlik cərimə faizi dərəcəsi 15%, kreditin illik/gündəlik cərimə faizi dərəcəsi (kreditin müddəti bitdikdən sonra) 32%, günlük cərimə faiz dərəcəsi 0.0889% olmaqla, mal alışı məqsədi ilə birdəfəlik 28704 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 28 sentyabr 2022-ci il tarixli Z5352 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixli OnGTC/SE/6794 saylı ümumi şərtlər toplusu çərçivəsində ayrılmış xx.xx.2021-ci il tarixli DC00293377-02, xx.xx.2021-ci il tarixli DC00293377-03, xx.xx.2021-ci il tarixli DC00293377-04, xx.xx.2021-ci il tarixli DC00293377- 05, xx.xx.2021-ci il tarixli DC00293377-06 və xx.xx.2021-ci il tarixli DC00293377-08 saylı maliyyələşdirmə üçün ərizələr üzrə borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, X2 xx.xx.2023-cü il tarixə İddiaçı ASC qarşısında kredit üzrə öhdəlikləri DC00293377-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 5761,57 manat əsas borc, 322,64 manat cərimə borcu olmaqla, cəmi 6084,21 manat borc, gecikmə gününün sayı isə 191 gün müəyyən edilmişdir. DC00293377-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 44903,39 manat əsas borc, 2241,32 manat faiz borcu, 355,13 manat cərimə borcu olmaqla, cəmi 47499,84 manat borc, gecikmə gününün sayı isə 247 gün müəyyən edilmişdir. DC00293377-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 5258,22 manat əsas borc, 417,17 manat faiz borcu, 120,40 manat cərimə borcu olmaqla, cəmi 5795,79 manat borc, gecikmə gününün sayı isə 234 gün müəyyən edilmişdir. DC00293377-05 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 18283,26 manat əsas borc, 517,88 manat faiz borcu, 116,10 manat cərimə borcu olmaqla, cəmi 18917,24 manat borc, gecikmə gününün sayı isə 158 gün müəyyən edilmişdir. DC00293377-06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 31194,06 manat əsas borc, 2990,30 manat faiz borcu, 505,80 manat cərimə borcu olmaqla, cəmi 34690,16 manat borc, gecikmə gününün sayı isə 177 gün müəyyən edilmişdir. DC00293377-08 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 19039,84 manat, 1393,62 manat faiz borcu, 154,68 manat cərimə borcu olmaqla, cəmi 20588,14 manat borc, gecikmə gününün sayı isə 127 gün müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktublarının surətlərindən görünür ki, borclulara yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin borc vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına borc vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Məhkəmə qeyd edir ki, İddiaçıASC ilə X4 arasında 05 dekabr 2020-ci il tarixli “Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə” OnGTC/SE/6794 saylı razılaşma bağlanmış, həmin razılaşmaya əsasən tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli DC00293377-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən ona 27300 manat, xx.xx.2021-ci il tarixli DC00293377-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 80000 manat, xx.xx.2021-ci il tarixli DC00293377-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 8000 manat, xx.xx.2021-ci il tarixli DC00293377-05 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 32000 manat, xx.xx.2021ci il tarixli DC00293377-06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 50000 manat, xx.xx.2021-ci il tarixli DC00293377-08 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən isə 28704 manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilməsi nəzərdə tutulmuşdur. İddiaçı maliyyələşdirmə üçün ərizələrə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmiş, pul məbləğlərini cavabdehə vermiş, cavabdeh isə müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmişdir. Onun iddiaçıya DC00293377-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 5761,57 manat əsas borc, 67,01 manat faiz borcu, 835,39 manat cərimə borcu, DC00293377- 03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 42799,46 manat əsas borc, 2452,74 manat faiz borcu, 1580,59 manat cərimə borcu, DC00293377-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 5258,22 manat əsas borc, 702,71 manat faiz borcu, 282,76 manat cərimə borcu, DC00293377-05 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 18283,26 manat əsas borc, 1510,77 manat faiz borcu, 601,93 manat cərimə borcu, DC00293377-06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 31194,06 manat əsas borc, 4684,32 manat faiz borcu, 1345,52 manat cərimə borcu, DC00293377-08 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 19039,84 manat əsas borc, 2427,60 manat faiz borcu, 529,40 manat cərimə borcu vardır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti, kreditə hesablanmış faizləri və cərimələri cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda digər Cavabdeh1 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, o kredit müqaviləsi üzrə alınmış kreditlərə görə zamin olduğundan, qeyd edilən kredit məbləğlərini və həmin məbləğlərə hesablanmış faiz və cərimə borclarının ödənilməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh X4 maliyyələşdirmə üçün ərizələrə əsasən iddiaçıya olan borclarını qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. X4 zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən, Cavabdeh1 onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyır. Odur ki, məhkəmə hesab edir ki, tərəflər arasında imzalanmış DC00293377-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 5761,57 manat əsas borc, 67,01 manat faiz borcu və 835,39 manat cərimə borcu olmaqla, cəmi 6663,97 manat məbləğində borc, DC00293377-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 42799,46 manat əsas borc, 2452,74 manat faiz borcu və 1580,59 manat cərimə borcu olmaqla, cəmi 46832,79 manat məbləğində borc, DC00293377-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 5258,22 manat əsas borc, 702,71 manat faiz borcu və 282,76 manat cərimə borcu olmaqla, cəmi 6243,69 manat məbləğində borc, DC00293377-05 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 18283,26 manat əsas borc, 1510,77 manat faiz borcu və 601,93 manat cərimə borcu olmaqla, cəmi 20395,96 manat məbləğində borc, DC00293377-06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 31194,06 manat əsas borc, 4684,32 manat faiz borcu və 1345,52 manat cərimə borcu olmaqla, cəmi 37223,90 manat məbləğində borc, DC00293377-08 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 19039,84 manat əsas borc, 2427,60 manat faiz borcu və 529,40 manat cərimə borcu olmaqla, cəmi 21996,84 manat məbləğində borc cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan Gəncə 1 saylı mediasiya təşkilatı tərəfindən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmiş, iddiaçı tərəfindən 400 manat məbləğində mediasiya xərci ödənildiyi qeyd edilmişdir. İş materiallarında olan ********** nömrəli qəbzə əsasən 24,40 manat, ********** nömrəli qəbzə əsasən 6,40 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 400 manat mediasiya xərci və 30 manat dövlət rüsumu da cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı mediasiyaya dair xərci ödədiyindən dövlət rüsumunun müəyyən hissəsini ödəməkdən azad edilmiş, ona görə də iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 399 manat 36 qəpik dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. 29 mart 2021-ci il tarixli DC00293377-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 5761,57 manat əsas borc, 67,01 manat faiz borcu və 835,39 manat cərimə borcu olmaqla, cəmi 6663,97 (altı min altı yüz altmış üç manat doxsan yeddi qəpik) manat məbləğində borc, 03 may 2021-ci il tarixli DC00293377-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 42799,46 manat əsas borc, 2452,74 manat faiz borcu və 1580,59 manat cərimə borcu olmaqla, cəmi 46832,79 (qırx altı min səkkiz yüz otuz iki manat yetmiş doqquz qəpik) manat məbləğində borc, 17 iyul 2021-ci il tarixli DC00293377-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 5258,22 manat əsas borc, 702,71 manat faiz borcu və 282,76 manat cərimə borcu olmaqla, cəmi 6243,69 (altı min iki yüz qırx üç manat altmış doqquz qəpik) manat məbləğində borc, 30 iyul 2021-ci il tarixli DC00293377-05 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 18283,26 manat əsas borc, 1510,77 manat faiz borcu və 601,93 manat cərimə borcu olmaqla, cəmi 20395,96 (iyirmi min üç yüz doxsan beş manat doxsan altı qəpik) manat məbləğində borc, 13 avqust 2021-ci il tarixli DC00293377-06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 31194,06 manat əsas borc, 4684,32 manat faiz borcu və 1345,52 manat cərimə borcu olmaqla, cəmi 37223,90 (otuz yeddi min iki yüz iyirmi üç manat doxsan qəpik) manat məbləğində borc, 01 noyabr 2021-ci il tarixli DC00293377-08 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 19039,84 manat əsas borc, 2427,60 manat faiz borcu və 529,40 manat cərimə borcu olmaqla, cəmi 21996,84 (iyirmi bir min doqquz yüz doxsan altı manat səksən dörd qəpik) manat məbləğində borc, ödənilmiş 400 (dörd yüz) manat mediasiya xərci və 30 (otuz) manat dövlət rüsumu müştərək qaydada cavabdehlər Cavabdeh1 və X1 tutularaq İddiaçıAçıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada 399 (üç yüz doxsan doqquz) manat 36 (otuz altı) qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar