Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-878/2021 20.09.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh MMC-nə qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 12 saylı Ərazi Vergilər Baş İdarəsi Cavabdeh MMC-nə qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 22.04.2021-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 110209 manat 64 qəpik (o cümlədən əsas borcu 21599 manat 10 qəpik, faiz borcu 5277 manat 20 qəpik və maliyyə sanksiyası 83333 manat 34 qəpik) məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 119000 manat (o cümlədən 1 vahidi 95000 manat olan Ümit markalı Türkiyə istehsalı tikiş avadanlığı, 1 vahidi 10500 manat olan kənar kant tikən KOPP adler averlak tikiş avadanlığı, 1 vahidi 4500 manat olan BİE markalı düymə tikən tikiş avadanlığı, 1 vahidi 4500 manat olan YUKİ markalı düymə tikən tikiş avadanlığı və 1 vahidi 4500 manat olan 1 ədəd ilgəh açan dəzgah tikiş avadanlığı) məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh MMC Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 22.04.2021-ci il tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 22.04.2021-ci il tarixə yaranan 140188 manat 60 qəpik borcuna görə 110209 manat 64 qəpik (o cümlədən əsas borcu 21599 manat 10 qəpik, faiz borcu 5277 manat 20 qəpik və maliyyə sanksiyası 83333 manat 34 qəpik) məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 119000 manat (o cümlədən 1 vahidi 95000 manat olan Ümit markalı Türkiyə istehsalı tikiş avadanlığı, 1 vahidi 10500 manat olan kənar kant tikən KOPP adler averlak tikiş avadanlığı, 1 vahidi 4500 manat olan BİE markalı düymə tikən tikiş avadanlığı, 1 vahidi 4500 manat olan YUKİ markalı düymə tikən tikiş avadanlığı və 1 vahidi 4500 manat olan 1 ədəd ilgəh açan dəzgah tikiş avadanlığı) məbləğində əmlakı siyahıya alınmış və bu barədə 11.06.2021-ci il tarixli **********7 saylı protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın 2 vərəqədən ibarət siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə 14.06.2021-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin 22.04.2021-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 110209 manat 64 qəpik (o cümlədən əsas borcu 21599 manat 10 qəpik, faiz borcu 5277 manat 20 qəpik və maliyyə sanksiyası 83333 manat 34 qəpik) manat ödənilməmiş borcu qalmışdır. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh MMC-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş “Əmlakının siyahıya alınması haqqında” 11.06.2021-ci il tarixli, **********7 saylı protokoldan və “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi barədə” 11.06.2021-ci il tarixli aktdan görünür ki, vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisi olan Cavabdeh MMCnin ümumilikdə 119000 manat dəyərində əmlakı yəni, 1 vahidi 95000 manat olan Ümit markalı Türkiyə istehsalı tikiş avadanlığı, 1 vahidi 10500 manat olan kənar kant tikən KOPP adler averlak tikiş avadanlığı, 1 vahidi 4500 manat olan BİE markalı düymə tikən tikiş avadanlığı, 1 vahidi 4500 manat olan YUKİ markalı düymə tikən tikiş avadanlığı və 1 vahidi 4500 manat olan 1 ədəd ilgəh açan dəzgah tikiş avadanlığı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən vergi müfəttişi tərəfindən siyahıya alınmaqla borclu hüquqi şəxsin nümayəndəsinin məsul saxlancına təhvil verilmişdir. 14.06.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, dövlət büdcəsinə yaranmış vergi borcunun ödənilməsi cavabdehdən tələb olunmuş, əks təqdirdə siyahıya alınmış əmlakların satılması üçün məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq edilmişdir. Vergi ödəyicisi olan Cavabdeh MMC-nin şəxsi hesab vərəqəsindən görünür ki, vergi ödəyicisinin 22.07.2021-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 144394 manat 86 qəpik borcu vardır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1-ci və 24.0.1-ci maddələri ilə vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş vergiləri ödəmək, vergi orqanının üzərinə isə vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək vəzifələri qoyulmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə görə vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyəcisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi, ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 90.1-ci maddəsinə görə vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə vergi orqanı vergi öhdəliyinin icrasının təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması barədə məhkəməyə müraciət edə bilər. İşin faktiki hallarından göründüyü kimi, vergi ödəyicisi olan Cavabdeh MMC-nin dövlət büdcəsinə olan 110209 manat 64 qəpik məbləğində vergi borcu cavabdeh tərəfindən ödənilməmişdir. Məhkəmə hesab edir ki, vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş vergiləri ödəmək vəzifəsi qoyulduğundan və o, verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdeh olduğundan iddia tələbi təmin edilməli və cavabdehin dövlət büdcəsinə ödənilməmiş 110209 manat 64 qəpik məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə ona məxsus 119000 manat məbləğində yəni, 1 vahidi 95000 manat olan Ümit markalı Türkiyə istehsalı tikiş avadanlığı, 1 vahidi 10500 manat olan kənar kant tikən KOPP adler averlak tikiş avadanlığı, 1 vahidi 4500 manat olan BİE markalı düymə tikən tikiş avadanlığı, 1 vahidi 4500 manat olan YUKİ markalı düymə tikən tikiş avadanlığı və 1 vahidi 4500 manat olan 1 ədəd ilgəh açan dəzgah tikiş avadanlığı ixtisaslaşdırılmış açıq hərracda satılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-nin dövlət büdcəsinə ödənilməmiş 110209 manat 64 qəpik məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə ona məxsus 119000 manat məbləğində yəni, 1 vahidi 95000 manat olan Ümit markalı Türkiyə istehsalı tikiş avadanlığı, 1 vahidi 10500 manat olan kənar kant tikən KOPP adler averlak tikiş avadanlığı, 1 vahidi 4500 manat olan BİE markalı düymə tikən tikiş avadanlığı, 1 vahidi 4500 manat olan YUKİ markalı düymə tikən tikiş avadanlığı və 1 vahidi 4500 manat olan 1 ədəd ilgəh açan dəzgah tikiş avadanlığı açıq hərracda satılsın. 30 manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-878/2021
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-878/2021
20.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver