Məhkəmə qərarları › İş №e-2-2(117)-1183/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1183/2023

20.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər - Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1183/2023 20.12.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh İB-yə qarşı “”xxxx” X2 X4 İdarəsi Mingəçevir Xidmət Şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş akt əsasında hesablanan 4981,46 manat borcun silinməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ASC 1997-ci ildən fəaliyyət göstərən hüquqi şəxsdir. İddiaçı ilə cavabdeh arasında Mingəçevir şəhərində yerləşən iddiaçı hüquqi şəxsə məxsus qeyri-yaşayış sahəsinə təbii qazın verilməsi ilə bağlı qazın alqı-satqısına dair sonuncu dəfə xx.xx.2023cü il tarixdə AMX-1294/21 nömrəli müqavilə bağlanmış və abonent kodu verilmişdir. İddiaçı ASC-yə quraşdırılmış G-25 markalı qaz sayğacının elektron göstəricisinin işləməməsi səbəbindən istehlakçının iştirakı ilə xx.xx.2023-cü il tarixdə ******* nömrəli aktla sayğac yeni əvəzləyici qaz sayğacı ilə əvəzlənərək çıxarılıb növbədən kənar yoxlamaya göndərilmişdir. xx.xx.2023-cü il tarixdə “qeyri-əhali qaz sayğacının yoxnılması haqqında” SS № -14- 2-2/3-5-3815 nömrəli akt tərtib edilmiş və müəyyən edilmişdir ki, sayğacın daxili çirklidir, korrektor işləmir, impuls ötürücüsü normaldır, sayğaca hava vurulmuş, hesablayıcı mexanizm işləyir. Sayğac yuyulmuş, təmizlənmiş, hava vurulmuş, mexaniki hissə işləkdir. Ehtiyyat batareya quraşdırılmış, korrektorun xx.xx.2022-ci il tarixdən sönməsi, P=1,1325 bar, T=20 C0, V=1737111 m3, V=1635375 m3 əks olunmuşdur. Batareya yoxlanılmış, gərginliyi OV müəyyən olunmuş, korrektorun pozulması nəticəsində arxivin pozulması, mexaniki hissədən keçən 106774 m3 qaz həcminin elektron hissədə qeydə alınmaması müəyyən edilmiş və elektronla mexaniki göstəricilər arasında qeydə alınmamış 22643 m3 təbii qazın sərfiyyatı müəyyən edilmişdir. Bundan sonra “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt tərtib edilmiş və aktda xx.xx.2023-cü il tarixdə “qeyri-əhali qaz sayğacının yoxnılması haqqında” SS № -14-2-2/3-5-3815 nömrəli akta istinad olunaraq həmin aktla müəyyən olunan hallar qeyd olunmuşdur. Bundan sonra istehlak olunmuş 22643 m3 təbii qazın dəyəri 0,22 manat hesabı ilə hesablanmış və abonentin saldosuna 4981,46 manat borc işlənmişdir. Tərəfər arasında xx.xx.2023-cü il tarixə iddaçının 8249,56 manat borunun olması ilə bağlı qarşılıqlı üzləşmə aktı tərtib edilmiş, tərəflərin möhürləri və imzaları ilə təsdiq edilsə də 4981,46 manat borcun iddiaçı tərəfindən qəbul edilməməsi ilə bağlı aktda qeyd daxil edilmişdir. Tərəflər arasında olan mübahisə məhkəmədən kənar qaydada həllini tapmadığından iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş və iddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı ASC olaraq 1997-ci ildən fəaliyyət göstərirlər. İndiyədək fəaliyyət göstəkləri zavodda təbii qazdan istifadə etmiş və vaxtlı-vaxtında aylıq ödənişləri etmişlər. Bu müddət ərzində qaz sayğacı normal şəkildə işləsə də, onun yeri və dayanıqlığı barədə Cavabdeh Tərtər RQİİ-nin Mingəçevir Xidmət Sahəsinə dəfələrlə rəsmi müraciətlər edilmiş, lakin bütün müraciətlər cavabsız qalmışdır. Dəfələrlə müraciət ediləndən sonra 04 aprel 2023-cü ildə sayğac yoxlanılmaq üçün Bakı şəhərinə göndərilmişdir. 12 may 2023-cü ildə iddiaçının iştirakı ilə sayğaca texniki baxış keçirilmiş və bildirilmişdir ki, sayğacda texniki problemlər vardır. Elə həmin anda o əməkdaşlardan soruşmuşdur ki, sayğacdakı problemin səbəbi onunla bağlıdır?, yəni həmin problemlər onun təqsirindənmi yaranıb?. Qaz idarəsinin əməkdaşları suallara cavab olaraq bildirmişdilər ki, “onlarlıq bir şey yoxdur”. Hətta həmin vaxtı o soruşmuşdur ki, bu məsələ ilə bağlı onlara əlavə cərimə və ya penya hesablanacaqdır. Cavabdeh tərəfdən demişdilər ki, heç bir əlavə cərimə və ya ödəniş olmayacaq. 04 iyul 2023-cü ildə sayğacı yerinə quraşdırmış və ona akt vermişdilər ki, sayğacın daxilində problemlər var və bu problemləri onlar aradan qaldırmalıdırlar. Onlar həmin aktı əsassız və qanunsuz hesab etmiş və imzalamamışlar. Bundan əlavə Mingəçevir Xidmət Sahəsinin əməkdaşları Üzləşdirmə Aktı da tərtib edib ona təqdim etmişdilər və həmin Aktda 4981,46 manat cərimə borcunun olması qeyd edilmişdi, lakin həmin aktda da mübahisəli borcun ona aid olmadığını bildirmişdir. Bundan sonra, o Mingəçevir Xidmət Sahəsinə zəng edib, əməkdaşlarını zavoda çağırmış və problemin aradan qaldırılmasını tələb etmişdir. Mingəçevir Xidmət Sahəsinin əməkdaşları hər dəfə müxtəlif bəhanələr gətirərək problemin həllindən yayınmışlar. 23 may 2023-cü ildə Mingəçevir Xidmət Sahəsinin əməkdaşları sayğaca baxış keçirmiş və “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı Akt tərtib etmişlər. Həmin Aktda qeyd edilmişdir ki, “sayğacın daxili çirkli olduğu müəyyən edilmişdir”. Sayğaca baxış keçiriləndə və Akt tərtib olunanda sayğacın məhz onun və ya zavod işçilərinin müdaxiləsi nəticəsində yararsız vəziyyətə salınmasına dair hər hansı bir əsasın olub-olmamasını soruşanda bu suala belə cavab verdilər ki, “təbii səbəbdir, abonentin günahı deyil”. Bundan sonra, Mingəçevir Xidmət Sahəsinin əməkdaşları yeni sayğac quraşdıracaqlarını və məsələnin həll olunacağını bildirmişdilər. Lakin iyul-avqust aylarının borc xəbərdarlığı gələndə məlum olmuşdur ki, 4981,46 manat borcu vardır. Həmin borcun hansı səbəbdən yaranmasını öyrəndikdə bildirmişlər ki, “problem köhnə problemdir, əvvəllər sayğacda problem yarandığına görə tərtib olunan Akta görə cərimə yazılmışdır”. Hətta həmin vaxtı belə həmin problemin səbəbini izah etməmişlər. İndiyə kimi qazdan istifadə ödənişlərini vaxtlı-vaxtında etmiş, yəni əvvəlki aylardan və ya dövrdən borcu yığılmamışdır. Bunu ərizəsinə əlavə etdiyi Abonent saldosundan da görmək olar. Cavabdeh İB xx.xx.2023-cü il tarixdə iddia tələbinə qarşı etirazla məhkəməyə müraciət edərək etirazını onunla əsaslandırmışdır ki, İddiaçı ASC onunla bağlanmış qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin bəndlərini pozmaqla götürdüyü öhdəliyini yerinə yetirməmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh İB-nin nümayəndələri tərəfindən iddiaçının müəssisəsinə quraşdırılmış ona məxsus G-25 markalı 75096324 nömrəli rotor tipli Elestr qaz sayğacına baxış keçirilmiş və sayğacın elektron göstəricisinin işləməməsi səbəbindən istehlakçının iştirakı ilə ******* nömrəli akt tərtib edərək yeni əvəzləyici qaz sayğacı ilə əvəzləyərək çıxarılıb növbədən kənar yoxlamaya göndərilmişdir. Metrologiya Departamentinin sayğacın müayinəsi laboratoriyasında ilkin baxış zamanı sayğacın daxili çirkli olduğu müəyyən edilmiş, korrektorun xx.xx.2022-ci il tarixdən sönməsi, P=1,1325 var, T=20 C0, V=1737111 m3, V1=1635375 m3 əks olunmuşdur. Batareya yoxlanılmış, gərginliyi OV müəyyən olunmuş, korrektorun pozulması nəticəsində arxivin pozulması, mexaniki hissədən keçən 106774 m3 qaz həcminin elektron hissədə qeydə alınmamışdır. İstehlakçının istifadə etdiyi təbii qazın sayğacda qeyd olunmayan qaz həcmi 22643 m3 müəyyən olunmuşdur. Tarif Şurasının qərarına uyğun olaraq 22643 m3 * 0,25 qəpik = 4981,46 manat məbləğ hesablanmışdır. İddiaçının cavabdehlik daşıdığı qaz sayğacının saxlanmasına və nəzarətin düzgün aparılmaması səbəbindən sayğacın işləməsində nisbi xətaya gətirib çıxarmışdır. İstehlakçı təbii qazdan istifadə etmiş, lakin sayğac keçən qazı tam qeyd etməmişdir. Həmin qeyd olunan məbləğ İddiaçı ASC-nin Cavabdeh İB-yə 4981,46 manat qazdan istifadə edib ödəmədiyi borcudur. İddiaçının tələbi əsassız olduğundan rədd edilməlidir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, onların müəssisəyə xidmət edən qaz sayğacı işlək vəziyyətdə olmuş və hər ay verilmiş bildiriş əsasında ödəniş etmişlər. Sayğac dövlət yoxlamasına aparıldıqdan sonra onlar yoxlamanın pulunu ödəmişlər. Lakin onlara bildirmişlər ki, qazda itki vardır və buna görə də itki hesablanmalıdır. Onlara bununla bağlı hər hansı sənəd daxil olmamışdır. İtkinin hansı səbəbdən hesablanmasından məlumatsızdırlar. Onların sayğac göstəricisinə uyğun borcları yoxdur. Nazirlər Kabinetinin qərarına əsasən, əgər sayğacda hər hansı bir müdaxilə yoxdursa, bu zaman baş verən hallara görə istehlakçı məsuliyyət daşımır. 2018ci ildə də sayğac yoxlamaya aparılmışdır. Ancaq o zaman bu hadisənin tərsi baş vermişdir. Onlara demişlər ki sayğacda problem vardır. Onlar 1200 manat pul ödəmişlər və sayğacın batareyalarını dəyişmişlər. O zaman mexaniki göstərici elektron göstəricidən daha çox hesablmışdır. 2022-2023-cü illərdə müəssisə fəaliyyət göstərmişdir. Lakin eyni gücdə işləməmişlər. Hava şəraiti ilə bağlı və sifarişlərlə bağlı artma azalma halları olmuşdur. Yay aylarında evlərdə çörək bişmədiyinə görə istehsal çox olmuşdur. Eyni zamanda onlar müəssisələrin sifarişi əsasında işləyirlər ki, o da çox və ya az ola bilir. 2023-cü ildə 2022-ci ilə münasibətdə istehsal daha az olmuşdur. Sayğacın qapağını onlar açmırlar. Sayğac qapanın ağzında girişdədir. Sayğac bağlı şəkildədir. Qaz idarəsinin nümayəndəsi gəlir, qapağını qaldırır üstündə olan göstəricini yazır onun əsasında da onlar ödənişlər edirlər. Hər ay hesab faktura verilir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddiaçı tərəfin çörək sexinə quraşdırılmış qaz sayğacının elektron göstəricisinin işləməməsi səbəbindən dövlət yoxlamasına göndərilmiş və yoxlama zamanı müəyyən edilmişdir ki, sayğacın elektron göstəricisi xx.xx.2022-ci ildən işləmir, içərisi çirklidir, mexaniki göstəriciylə elektron göstərici arasında qazın sərfiyyatında fərq vardır. Bununla bağlı akt tərtib edilmiş və istehlak olunmuş sayğacda qeydiyyatdan keçməyən 22643 m3 qaz müəyyənləşdirilərək 0.22 manatdan hesabat aparılmış və mübahisələndirilən borc məbləği iddiaçının şəxsi hesabına işlənmişdir. İddiaçının saldosunda müəyyən olunduğu kimi 2022-ci ilin avqust ayında qaz sərfiyyatı azalmışdır. Sayğacda qüsur aradan qaldırıldıqdan sonra sərfiyyat artmışdır. Sualına cavab olaraq iddiaçının nümayəndəsi bildirmişdir ki, ötən illə müqayisədə iş yükündə əhəmiyyətli dərəcədə fərq olmamışdır. Buda onu göstərir ki, qaz sayğacı ötürülən sərfiyyatı düzgün hesablamamışdır. Bir daha bildirir ki, hesablanmış 4981,46 manat borc zərər və s.deyildir. Həmin borc istehlak edilmiş, lakin sayğacda hesaba alınmamış qazın dəyəridir. Qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına cavabdehliyi hüquqi şəxs özü daşıyır. 4981,46 manat borc 8 ay üçün səpələnmiş vəziyyətdə olan borcun cəmidir. Adi mexaniki hissə ilə, elektron hissənin içindəki mexaniki hissə tamamilə başqabaşqa hissələrdir. Onların hesabladığı rəqəmləri müqayisə etmək olmaz. Elektron hissənin içindəki mexaniki göstərici, yalnız elektron göstəricinin tənzimlənməsi üçün olan sistemdir. Elektron göstəricinin mexaniki hissəsi bir növ qazı emal edərək elektron göstəriciyə göndərir. Sayğaca daxil olan qaz əvvəlcə adi mexaniki göstəricidən keçdikdən sonra elektron göstəricinin mexaniki hissəsinə daxil olur. Bundan sonra mexaniki hissədən çıxmış qaz elektron göstəriciyə daxil olur. Elektron göstərici isə onun əsasında dəqiq hesablama apararaq qeydə alır. Hazırda mübahisələndirilən 4981,46 manat borcun hesabatı qeydə alınmayan 22643 m3 təbii qaz 0.22 man vurulmuş və 4981,46 manat borc yaranmışdır. Bunun üçün əvvəlcə 129068 m3 (elektron hissə) - 106425 m3 (mexaniki hissə) = 22643 m3 uçota alınmayan qazın həcmi müəyyən edilmişdir. Hesabtdakı 106425 m3 həcmindəki qaz xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixədək keçən müddət ərzində aylar üzrə qeydə alınan sərfiyyatın sayğacın mexaniki göstəricisi hissəsi üzrə cəmini təşkil edir. İlk növbədə sayğac göstəricilərinin elektron hissəsində elektron və mexaniki göstəricilərinin fərqi müəyyən edilir. Bunun üçün sayğacın elektron hissəsində elektron göstəricinin dayandığı 2022-ci ilin iyul ayında olan göstəricisi ******* m3 ilə sayğac sonuncu dəfə yoxlamadan keçirilərkən 2017-ci ilin noyabr ayında olan göstəricisi 817139 m3 arasında, həmçinin 2022-ci ilin iyul ayında olan mexaniki göstəricisi ******* m3 ilə 2017-ci ilin noyabr ayında olan göstəricisi 813935 m3 arasında oln fərq müəyyən edilir. 919972 m3 (1737111 m3 - 817139 m3) bölünür 821440 m3 (1635375 m3 - 813935 və 1.20 əmsal fərqi alınır.İddiaçının 12 aylıq qaz sərfinin həcmi ******* m3 olmuşdur. Sayğac çıxarılarkən onun elektron göstəricisi ******* m3 olduğu halda abonent bazasında texniki səhv olaraq 410 m3 fərqlə ******* m3 qeydiyyata alındığından aparılan hesabatda həmin fərq nəzərə alınmış və 410 m3 cıxılaraq 129068 m3 elektron göstəricinin hesabatı aparılmış, bundan mexaniki hissənin 106425 m3 sərfiyyatı çıxıldıqdan sonra 22643 m3 0,22 manata vurularaq 4981,46 manat hesablanmışdır. Proses iştirakçıları tərəfindən icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Aktlar, Abonentin saldosu, Arayış, Üzləşdirmə aktı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İlk öncə məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa istinad edir və bildirir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmçinin qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdehin hərəktləri “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun təsir dairəsinə daxil deyildir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, cavabdeh iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ərazidə müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etmək məqsədi ilə hər hansı yoxlama tədbiri həyata keçirməmişdir. İddiaçı iddia ərizəsinin əsaslandırmasında bildirir ki, sayğaçın yeri və dayanıqlığı barədə Cavabdeh Tərtər RQİİ-nin Mingəçevir Xidmət Sahəsinə dəfələrlə rəsmi müraciətlər edilmiş, lakin bütün müraciətlər cavabsız qalmışdır. Dəfələrlə müraciət ediləndən sonra 04 aprel 2023-cü ildə sayğac yoxlanılmaq üçün Bakı şəhərinə göndərilmişdir. Eyni zamanda cavabdeh iddia tələbinə etirazında bildirir ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh İB-nin nümayəndələri tərəfindən iddiaçının müəssisəsinə quraşdırılmış ona məxsus G-25 markalı 75096324 nömrəli rotor tipli Elestr qaz sayğacına baxış keçirilmiş və sayğacın elektron göstəricisinin işləməməsi səbəbindən istehlakçının iştirakı ilə ******* nömrəli akt tərtib edərək yeni əvəzləyici qaz sayğacı ilə əvəzləyərək çıxarılıb növbədən kənar yoxlamaya göndərililmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3-cü maddəsinə əsasən, Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Göründüyü kimi, cavabdeh iddiaçının sahibkarlıq fəaliyyətinin həyata keçirdiyi yerə gəlməklə müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməmiş, iddiaçının müraciəti və sayğac oxunması zamanı sayğacın elektron göstəricisinin işləməməsi səbəbindən cavabdehin iştirakı ilə akt əsasında sayğac növbədən kənar yoxlamaya göndərilmişdir. Bu hal işin mübahisəsiz halıdır. Bundan başqa məhkəmə araşdırması zamanı iddiaçının məhkəmə iclasında verdiyi izahatı ilə müəyyən edilmişdir ki, qaz sayğacı müəssisənin girişində yerləşir və cavabdehin əməkdaşları tərəfindən qapağı açılaraq sayğac oxunması həyata keçirirlir. Belə olan halda cavabdehin əməkdaşlarının müəssisəyə daxil olaraq hər hansı yoxlamanın aparılmasından söhbət gedə bilməz. Sayğacın həm iddiaçının müraciəti, həm də cavabdehin əməkdaşları tərəfindən aşkarlanması zamanı dövlət yoxlamasına gösnərilməsi sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerə gəlməklə müqavilənin tələblərinin yerinə yetirilməsi ilə bağlı fəaliyyət olmadığından Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun təsir dairəsinə düşmür. Bundan başqa iddianın hüquqi əsasında qiymət verən məhkəmə qeyd edir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Əvvəla məhkəmə onu qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydalara 3 nömrəli əlavə ilə müəyyən olunmuş müqavilənin 2.3.4-cü bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. Eyni zamanda hazırki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixidə ”xxxx” İB-nin Mingəçevir Xidmət Sahəsinin əməkdaşları tərəfindən İddiaçı ASC-nin qaz sayğacını cəmiyyətin nümayəndəsinin iştirakı ilə dövlət yoxlamasına göndərmək məqsədilə açılaraq götürülmüşdür. Müəssisədən açılmış qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərilmiş, iddiaçının iddia ərizəsində etiraf etdiyi kimi nümayəndəsinin iştirakı ilə yoxlanıraq müəyyən edilmişdir ki, sayğacın daxili çirklidir, korrektor işləmir, impuls ötürücüsü normaldır, sayğaca hava vurulmuş, hesablayıcı mexanizm işləyir. Sayğac yuyulmuş, təmizlənmiş, hava vurulmuş, mexaniki hissə işləkdir. Ehtiyyat batareya quraşdırılmış, korrektorun xx.xx.2022-ci il tarixdən sönməsi, P=1,1325 bar, T=20 C0, V=1737111 m3, V=1635375 m3 əks olunmuşdur. Batareya yoxlanılmış, gərginliyi OV müəyyən olunmuş, korrektorun pozulması nəticəsində arxivin pozulması, mexaniki hissədən keçən 106774 m3 qaz həcminin elektron hissədə qeydə alınmaması müəyyən edilmiş və elektronla mexaniki göstəricilər arasında qeydə alınmamış 22643 m3 təbii qazın sərfiyyatı müəyyən edilmişdir. xxxx İB tərəfindən tərtib edilmiş qeyri-əhali qaz sayğacının yoxlanılması haqqında akta əsasən ******* nömrəli “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilərək istehlak olunmuş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh İByə göndərilmiş, həmin akta əsasən Cavabdeh İB –nin istehlakçılara satılan qaza nəzarət şöbəsində iddiaçı cəmiyyətin Mingəçevir Xidmət Sahəsinin abonent bazasındakı **********00000 nömrəli abonent koduna 22643 m3 qazın dəyəri, cavabdehin etirazında bildirdiyi kimi 0,25 manat hesabı ilə deyil 0,22 manat hesabı ilə hesablanaraq 4981,46 manat məbləğində istehlak olunmuş qaz sərfiyyatının dəyəri hesablanaraq vurulmuşdur. Göründüyü kimi iddiaçıya xidmət edən sayğacın işlək vəziyyətdə saxlanılmasına özü cavabdehlik daşımasına baxmayaraq iddiaçı cəmiyyətə xidmət edən sayğacda qüsur aşkar edilərək mübahisə predmeti olan istehlak olunmuş qazın dəyərinə görə borc hesablanmışdır. Hesablanmış borc akt əsasında hesablanmış cərimə deyil, iddiaçının istehlak etdiyi qazın dəyəridir. Məhkəmə baş vermiş qüsurda iddiaçı cəmiyyətin təqsirli olub-olmamasına münasibətdə qeyd edir ki, yuxarıda sadalanan qanunvericiliklə müəyyən edilmiş qaydada sayğacın işlək vəziyyətdə saxlanılmasına görə hüquqi şəxs birbaşa cavabdehlik daşıdığı üçün sayğacda baş verən xətalara, nöqsanlara görə də məsuliyyəti iddiaçı daşıyır. Bunlardan başqa məhkəmə qeyd edir ki, “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.3-cü bəndinə əsasən, qaz sayğacları Xidmət tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir. 4.4-cü bəndinə əsasən, qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. 4.5-ci bəndinə əsasən, qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Göründüyü kimi qayadaların tələbinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilməsi müəyyən edilmişdir. Eyni zamanda qaydalara əsasən bu yoxlamnın istehlakçının arzusu ilə dövlət yoxlamasından keçirilməsi nəzərdə tutulmuşdur. Bu isə onu deməyə əsas verir ki, istehlakçının arzusu ilə sayğac, onun texniki pasportunda göstərilmiş müddət bitmədən növbədən kənar yoxlamaya göndərilməsi imkanı nəzərdə tutulmuşdursa, sayğacda hər hansı xətanın aradan qaldırılması üçün onun növbədən kənar sazlanmaya göndərilməsi də istisna deyildir. İddiaçı iddia ərizəsində olan əsaslandırmasında sayğacın yeri və dayanıqlığı barədə Cavabdeh Tərtər RQİİ-nin Mingəçevir Xidmət Sahəsinə dəfələrlə rəsmi müraciətlər edilmiş, lakin bütün müraciətlər cavabsız qalmışdır. Dəfələrlə müraciət ediləndən sonra 04 aprel 2023-cü ildə sayğac yoxlanılmaq üçün Bakı şəhərinə göndərilmişdir. Eyni zamanda sayğacın elektron göstəricisinin işləməməsi işin mübahisəsiz halı olmaqla yanaşı, cavabdehdə bu halın müəyyn olunduğunu və sayğacın növbədən kənar yoxlamaya göndərildiyini bildirir. Məhkəmə araşdırması zamanı müəyyən olunan yuxarıda qeyd olunan hallara əsasən məhkəmə hesab edir ki, sayğacın elektron göstəricisinin işləməməsi səbəbindən həm iddiaçının müraciəti, həm də cavabdeh bu halı aşkarlaması nəticəsində sayğacın növbədən kənar dövlət yoxlamasına göndərilməsi və sazlanması qanunvericiliklə istina olunmadığından sayğacın növbədən kənar dövlət yoxlamasına göndərilməsi qanunsuz olmamışdır. İddiaçını bu hala istinad etməsi əsassızdır. Bundan başqa iddiaçı iddia ərizəsində “Qazdan istifadə Qaydaları”nın 4.9-cu maddəsinə istinad edərək bildirir ki, sayğacda baş vermiş zədələnmələrə görə abonenet hec bir məsuliyyət daşımır və zədələnmiş sayğac dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə qaz paylayıcının hesabına həyata keçirirlir. İstina olunan qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Göründüyü kimi, istinad olunan qaydaların 4.9-cu bəndi istehlak olunmuş, lakin sayğac tərəfindən qeydə alınmamış təbii qaza görə hesablaşmanı deyil, sayğacın təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi ilə bağlı məsələləri ilə tənziləyir və tərəflər arasında yaranmış mübahisəyə aidiyyət yoxdur. Belə ki, hazırki mühahisə sayğacın sazlanması zamanı onun təmiri üçün pul vəsatinin tələb olunması və ya hesablanması ilə bağlı deyil, istehlak olunaraq sayğacda hesaba alınmamış təbii qazın dəyərindən gedir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı qaydaların 4.9-cu bəndinə istinad etməkdə haqlı olmamışdır. Bundan başqa itirilmiş qazın dəyərinin hesablanması ilə bağlı iddiaçının münasibəti olmasa da məhkəmə hesablanma qaydasına aydınlıq gətirilməsini zəruri hesab edərək qeyd edir ki, hesablama qaydası düzgündür. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sayğacın elektron göstəricisi xx.xx.2022-ci il tarixdən sönmüş və arxivi silinmişdir. Bunun üçün sayğacın elektron hissəsinin sönməsinədən elektron göstərişi müəyyən edilmiş və nəticədə elektron göstərici olan 129068 m3dən mexaniki hissənin göstəricisi çıxılmaqla 22643 m3 uçota alınmayan qazın həcmi müəyyən edilmişdir. 22643 m3 təbii qazın dəyəri isə 0,22 manat hesabı ilə 4981,46 manat təşkil edir. Beləliklə yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı ASC tərəfindən sayğacın işlək vəziyyətdə saxlanılması ilə bağlı tədbirlər görülmədiyindən qaz sayğacının yoxlanılması zamanı pozuntular aşkarlanmış və haqlı olaraq ASC-yə borc hesablanmışdır. Bu səbəbdən də iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan Dövlət rüsumu haqqında Qanuna əsasən iddianın qiymətinə uyğun dövlət rüsumu 69,81 manat təşkil edir ki, iddia tələbi rədd edildiyindən həmi dövlət rüsumu iddiaçıdan tutulmalıdır. Ödənilməli 69,81 manat dövlət rüsumundan iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu çıxılmaqla qalan 59,81 manat dövlət rüsumu iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı ASC-nin Cavabdeh İB-yə qarşı “”xxxx” X2 X4 İdarəsi Mingəçevir Xidmət Şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş akt əsasında hesablanan 4981,46 manat borcun silinməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilməmiş 59,81 manat dövlət rüsumu İddiaçı ASC-dən tutularaq Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver