Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1226/2021 15.12.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh1 qarşı “01.09.2021-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 805,02 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 1000 manat siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Vergi ödəyicisi olan "xxxx"MMC-nin Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 805,02 manat borcu yaranmışdır. Borcun ödənilməsi təmin edilmədiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx"MMC-nin Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 805,02 manat məbləğində borcu vardır. Bu səbəbdən qeyd olunan borc məbləğinin ödənilməsinin təmin edilməsi üçün Cavabdeh1 məxsus 1000 manat siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, sonuncu 02.12.2021-ci il tarixdə bildirişi qəbul etmişdir. İddiaçının nümayəndəsi 14.12.2021-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək cavabdehin dövlət büdcəsinə borcunun olmadığını bildirmiş və iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni və ərizəyə əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, məhkəmə icraatı ərəfəsində vergi ödəyicisi tərəfindən sığorta borcu ödənildiyindən, tərəflər arasında hazırkı vəziyyətdə artıq mübahisə mövcud olmadığından, işə məhkəmə tərəfindən baxılmalı deyil və iş üzrə icraata xitam verilməlidir. Qeyd edilən halla bağlı qanunvericilikdə norma nəzərdə tutulmadığından məhkəmə qanunun analogiyasını tətbiq etməklə analoji münasibətləri tənzimləyən prosessual normaların tətbiq edilməsini mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən işə məhkəmədə baxılmalı deyildirsə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279, 263-264, 266 -268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsinin cavabdeh "xxxx"MMC-yə qarşı “01.09.2021-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 805,02 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 1000 manat siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov.
Məhkəmə qərarları › İş №e-2-2(117)-1226/2021
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1226/2021
15.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver