Məhkəmə qərarları › İş №e-2-2(117)-1294/2021

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1294/2021

09.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1294/2021 09.12.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, iddiaçı 4 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı “04.10.2021-ci il tarixə ödənilməmiş 1,13 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 500 manat məbləğində siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması” tələbinə dair iş üzrə iddiaçı 4 saylı Ərazi Vergilər İdarəsinin ərizəsinə baxaraq, müəyyən etdi: İddiaçı 4 saylı Ərazi Vergilər İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə 08.12.2021-ci il tarixdə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək “04.10.2021-ci il tarixə ödənilməmiş 1,13 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 500 manat məbləğində siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması” barədə qətnamə qəbul edilməsini xahiş etmiş, iddia ərizəsi məhkəmənin icraatına qəbul edilənədək 09.12.2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən borc məbləğinin tam ödənildiyini bildirmiş və iddia ərizəsinin qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırki sadələşdirilmiş iddia ərizəsi 08.12.2021-ci il tarixdə məhkəməyə daxil olduğundan və icraata götürülənədək iddiaçı tərəfindən iddia ərizəsinin qaytarılması barədə ərizə təqdim olunduğundan məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənəldər qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı 4 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı “04.10.2021-ci il tarixə ödənilməmiş 1,13 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 500 manat məbləğində siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar