Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1338/2021 17.12.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, iddiaçı 13 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı “cavabdehin 21.04.2021-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 1606,58 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 1834 manat məbləğində siyahıya alınmış əmlakın (Ədədin biri 180 manat olmaqla, 2 ədəd 360 manat dəyərində yeni lazer aparatının, ədədin biri 100 manat olmaqla, 4 ədəd 400 manat dəyərində yeni açar dəstinin, ədədin biri 80 manat olmaqla, 2 ədəd 160 manat dəyərində yeni hava nasosunun, ədədin biri 40 manat olmaqla, 7 ədəd 280 manat dəyərində yeni qaynaq üçün dəbilqənin, ədədin biri 90 manat olmaqla, 4 ədəd 360 manat dəyərində lakın (boya), ədədin biri 36 manat olmaqla, 4 ədəd 144 manat dəyərində fasad üçün şpaklyovkanın və ədədin biri 65 manat olmaqla, 2 ədəd 130 manat dəyərində yeni pulverizator aparatının, ümumilikdə 1834 manat məbləğində siyahıya alınmış əmlakın) ixtisaslaşdırılmış açıq hərracda satılması” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı 13 saylı Ərazi Vergilər İdarəsi Cavabdeh qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək “cavabdehin 21.04.2021-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 1606,58 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 1834 manat məbləğində siyahıya alınmış əmlakın (Ədədin biri 180 manat olmaqla, 2 ədəd 360 manat dəyərində yeni lazer aparatının, ədədin biri 100 manat olmaqla, 4 ədəd 400 manat dəyərində yeni açar dəstinin, ədədin biri 80 manat olmaqla, 2 ədəd 160 manat dəyərində yeni hava nasosunun, ədədin biri 40 manat olmaqla, 7 ədəd 280 manat dəyərində yeni qaynaq üçün dəbilqənin, ədədin biri 90 manat olmaqla, 4 ədəd 360 manat dəyərində lakın (boya), ədədin biri 36 manat olmaqla, 4 ədəd 144 manat dəyərində fasad üçün şpaklyovkanın və ədədin biri 65 manat olmaqla, 2 ədəd 130 manat dəyərində yeni pulverizator aparatının, ümumilikdə 1834 manat məbləğində siyahıya alınmış əmlakın) ixtisaslaşdırılmış açıq hərracda satılması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, hazırki iddia ərizəsinə ərazi aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən baxılmalı olmadığından ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən, iddia ərizəsinin məzmunundan və Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh ünvan 1 nömrəli mənzildə qeydiyyatdadır. Bu səbəbdən də hazırki iddia tələbinə cavabdehin qeydiyyat yeri üzrə səlahiyyətli məhkəmə tərəfindən baxılmalıdır. Belə ki, Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanunun 1-ci maddəsinin 1-ci cümləsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.... 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer - onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. 3-cü maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Cavabdeh onun yaşayış yeri sayılmayan, Zaqatala şəhərində müvəqqəti yaşadığı mehmanxanada, sanatoriyada, istirahət evində, pansionatda, kempinqdə, turist bazasında, xəstəxanada və digər belə ictimai yerlərdə, habelə yaşayış binasında (özünün, qohumunun, tanışının və b.) olması və olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı məhkəməyə sübut təqdim edilməmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir ki, Cavabdeh şəxsiyyət vəsiqəsi məlumatlarına əsasən sonuncunun qeydiyyat və yaşayış yeri Sumqayıt şəhəridir. Bundan başqa Cavabdeh fərdi sahibkar olaraq vergi qeydiyyatına alındığı zaman Zaqatala şəhərini ünvanı kimi göstərməsi mübahisəyə baxılmasının ərazi aidiyyətinə təsir etməmiş və bu hal aidiyyəti dəyişdirməmişdir. Belə ki, bu hal Mülki Prosessual Məcəllənin 36-cı maddəsində nəzərdə tutulmuş iddiaçının seçməsinə görə aidiyyətə aid deyildir. Beləliklə şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı, cavabdehə qarşı iddia ərizəsini ərazi aidiyyəti qaydalarına görə düzgün vermədiyindən və hazırki iddia tələbinə cavabdehin qeydiyyat və yaşayış ünvanı üzrə Sumqayıt Kommersiya Məhkəməsində baxılmalı olduğundan iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmaldıır. Belə ki, Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı 13 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı “cavabdehin 21.04.2021-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 1606,58 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 1834 manat məbləğində siyahıya alınmış əmlakın (Ədədin biri 180 manat olmaqla, 2 ədəd 360 manat dəyərində yeni lazer aparatının, ədədin biri 100 manat olmaqla, 4 ədəd 400 manat dəyərində yeni açar dəstinin, ədədin biri 80 manat olmaqla, 2 ədəd 160 manat dəyərində yeni hava nasosunun, ədədin biri 40 manat olmaqla, 7 ədəd 280 manat dəyərində yeni qaynaq üçün dəbilqənin, ədədin biri 90 manat olmaqla, 4 ədəd 360 manat dəyərində lakın (boya), ədədin biri 36 manat olmaqla, 4 ədəd 144 manat dəyərində fasad üçün şpaklyovkanın və ədədin biri 65 manat olmaqla, 2 ədəd 130 manat dəyərində yeni pulverizator aparatının, ümumilikdə 1834 manat məbləğində siyahıya alınmış əmlakın) ixtisaslaşdırılmış açıq hərracda satılması” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1338/2021
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1338/2021
17.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver