Məhkəmə qərarları › İş №e-2-2(117)-138/2020

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-138/2020

21.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-138/2020 21.05.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi ilə, İddiaçı 4 saylı X1 Cavabdeh qarşı “cavabdehin xx.xx.2020-ci il tarixə borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 407,87 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 532,88 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 1290 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı 4 saylı X2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehin xx.xx.2020-ci il tarixə borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 407,87 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 532,88 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 1290 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması”barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək vergi ödəyicisinin dövlət büdcəsinə borcu olmadığını bildirmiş və iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını və iddiaçının ərizəsini araşdırıb, cavabdehin məhkəmə iclasında iştirak etməməsini onun tərəfindən işin mahiyyəti üzrə həll olunmasını tələb etməməsi kimi qiymətləndirib hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı 4 saylı X1 Cavabdeh qarşı “cavabdehin xx.xx.2020-ci il tarixə borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 407,87 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 532,88 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 1290 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar