Məhkəmə qərarları › İş №e-2-2(117)-19/2020

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-19/2020

13.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-19/2020 13.02.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Həmidov Vüsal Namiq oğlunun katibliyi ilə, İddiaçı 4 saylı X1 cavabdeh “xxxx” MMC-yə qarşı “cavabdehin xx.xx.2019-cu il tarixə dövlət büdcəsinə ödənilməmiş 50860,40 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi üçün 60610 manat məbləğində siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı 4 saylı X2 cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehin xx.xx.2019-cu il tarixə dövlət büdcəsinə ödənilməmiş 50860,40 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi üçün 60610 manat məbləğində siyahıya alınmış əmlakın açıq hərracda satılması” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı 4 saylı ƏVİ iddia ərizəsinin qaytarılması barədə ərizə ilə məhkəməyə müraciət edərək vergi ödəyicisinin dövlət büdcəsinə borcu olmadığını bildirmiş və iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını və iddiaçının ərizəsini araşdırıb, cavabdehin məhkəmə iclasında iştirak etməməsini, habelə tərəflər arasında mübahisənin aradan qalxmasını cavabdeh tərəfindən işin mahiyyəti üzrə həll olunmasını tələb etməməsi kimi qiymətləndirib hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı 4 saylı X1 cavabdeh “xxxx” MMC-yə qarşı “cavabdehin xx.xx.2019-cu il tarixə dövlət büdcəsinə ödənilməmiş 50860,40 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi üçün 60610 manat məbləğində siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbinədair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar