Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-2/2025 17.10.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı X20 cavabdehlər Cavabdeh1 MMC-yə, İsmayıllı rayon Notariat ofisi, X13, Cavabdeh2, Cavabdeh3, X15, Cavabdeh5 və Cavabdeh6 qarşı cavabdeh “X29” MMC-nin İsmayıllı şəhərində mülkiyyətində olan 0,24 ha torpaq sahəsində yerləşən çoxmərtəbəli binanın mənzillərinin və qeyri-yaşayış sahələrinin özgəninkiləşdirilmələrinə dair 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilən əqdlərdən, cəmiyyətin direktoru tərəfindən İsmayıllı rayon Notariat ofisində təsdiq edilmiş, Cavabdeh2 ilə bağlanılmış xx.xx.2021-ci il tarixli, 0941777, ******* reyestr nömrəli, xx.xx.2022-ci il tarixli, 0853964, 0853960, ******* reyestr nömrəli, Cavabdeh3 ilə bağlanılmış xx.xx.2021-ci il tarixli, 0941779, 0941781, 0941782,0941783, 0941784, 0941786, 0941787, ******* reyestr nömrəli, Cavabdeh6 ilə bağlanılmış xx.xx.2020-ci il tarixli, ******* reyestr nömrəli, xx.xx.2021-ci il tarixli, 0941796, 0941797, 0941798, 0941800, 0941801, 0941802, 0941805, 0941804, 0941803, 0941799, ******* reyestr nömrəli, cavabdeh X15 ilə bağlanılmış xx.xx.2021-ci il tarixli ******* reyestr nömrəli və Cavabdeh5 ilə bağlanılmış xx.xx.2021-ci il tarixli, 0941841, 0941840, 0941832, 0941833, 0941834, 0941835, 0941839, 0941842, ******* və ******* reyestr nömrəli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, iddiaçının “X29” MMC-dən çıxması üçün cəmiyyətin növbədənkənar ümumi yığıncağın keçirilməsi və iddiaçının cəmiyyətin nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsi ödənilməsi vəzifəsinin cavabdeh “X29” MMC-yə həvalə edilməsi, iddiaçının təsisçisi olduğu “X29” MMC-nin mülkiyyətində olan əmlakların uydurma əqdlər vasitəsilə mənimsənilməsi faktının araşdırılması üçün xüsusi qərardad qəbul edilərək prokurorluğa göndərilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Şəki Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Seyit Ahmed Tangudur (bundan sonra mətndə-iddiaçı) Cavabdeh1nə (bundan sonra mətndə-Cəmiyyət) qarşı iddiaçının Cavabdeh1 MMC-dən çıxması üçün növbədənkənar ümumi yığıncağının keçirilməsi və iddiaçının Cəmiyyətin nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsi ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə ərizə ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmişdir.
2. İddiaçı Seyit Ahmed Tangudur xx.xx.2023-cü il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə cavabdehlər "xxxx" MMC, İsmayıllı rayon Notariat ofisi, Cavabdeh2, Cavabdeh3, X15, Cavabdeh5, Cavabdeh6 qarşı müraciət edərək “əvvəlki iddia tələbləri olduğu kimi saxlanılmaqla, iddia tələbinin həcmi artırılsın və aşağıdakı kimi müəyyən edilsin: Cavabdeh1 adına İsmayıllı şəhərində mülkiyyətində olan 0,24 ha torpaq sahəsində yerləşən çoxmərtəbəli binanın mənzillərinin və qeyri-yaşayış sahələrinin özgəninkiləşdirilmələrinə dair 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilən əqdlərdən, Cəmiyyətin direktoru tərəfindən İsmayıllı rayon Notariat ofisində təsdiq edilmiş, Cavabdeh2 ilə bağlanılmış xx.xx.2021-ci il tarixli, 0941777, ******* reyestr nömrəli, xx.xx.2022-ci il tarixli, 0853964, 0853960, ******* reyestr nömrəli, Cavabdeh3 ilə bağlanılmış xx.xx.2021-ci il tarixli, 0941779, 0941781, 0941784, 0941786, 0941787, ******* reyestr nömrəli, Cavabdeh6 ilə bağlanılmış xx.xx.2021-ci il tarixli, 0941805, 0941804, 0941803, 0941799, ******* reyestr nömrəli, cavabdeh X15 ilə bağlanılmış xx.xx.2021-ci il tarixli ******* reyestr nömrəli və Cavabdeh5 ilə bağlanılmış xx.xx.2021-ci il tarixli, 0941841, ******* və ******* reyestr nömrəli alqı-satqı müqavilələri etibarsız hesab edilməsini, iddiaçı X20 Cavabdeh1 MMC-dən çıxması üçün Cəmiyyətin növbədənkənar ümumi yığıncağının keçirilməsi və iddiaçının Cəmiyyətin nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsi ödənilməsi vəzifəsinin Cavabdeh1 MMC-yə həvalə edilməsini, iddiaçı X20 təsisçisi olduğu "xxxx" MMC-nin mülkiyyətində olan əmlakların uydurma əqdlər vasitəsilə mənimsənilməsi faktının araşdırılması üçün xüsusi qərardad qəbul edilərək prokurorluğa göndərilməsini xahiş etmişdir.
3. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək “əvvəlki iddia tələbləri (artırmalarla birlikdə) olduğu kimi saxlanılmaqla, iddia tələbinin həcminin aşağıdakılar əlavə edilməklə artırılmasını, cavabdeh "xxxx" MMCnin direktoru Azər Göyüşov tərəfindən İsmayıllı rayon Notariat ofisində təsdiq edilmiş, Cavabdeh3 ilə bağlanılmış xx.xx.2021-ci il tarixli, 0941782, ******* reyestr nömrəli, Cavabdeh6 ilə bağlanılmış xx.xx.2020-ci il tarixli, ******* reyestr nömrəli və xx.xx.2021- ci il tarixli, 0941796, 0941797, 0941798, 0941800, 0941801, ******* reyestr nömrəli, Cavabdeh5 ilə bağlanılmış xx.xx.2021-ci il tarixli, 0941833, 0941834, 0941835, 0941839, 0941842, 0941843, ******* reyestr nömrəli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsini xahiş etmişdir.
4. İddiaçı Seyit Ahmed Tangudur xx.xx.2025-ci il tarixdə iddia tələblərinin dəqiqləşdirilməsinə və iş üzrə cavabdehin cəlb edilməsinə dair ərizə ilə müraciət edərək cavabdehlər "xxxx" MMC, İsmayıllı rayon Notariat ofisi, Cavabdeh2, Cavabdeh3, X15, Cavabdeh5, Cavabdeh6 qarşı “iddia ərizəsində göstərilən əsaslarla yanaşı, hazırkı ərizədə göstərilən iddia tələbinin faktiki əsaslarının da nəzərə alınması, iş üzrə “TANYAPİ İNŞAAT LTD" MMC-nin direktoru X6 cavabdeh qismində işə cəlb edilməsini xahiş etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Cəmiyyətin təsisçisidir və Cəmiyyətin nizamnamə kapitalındakı payın 50%-i ona məxsusdur. Hazırda iddiaçı ilə Cəmiyyətin digər təsisçisi və direktoru X13 arasında Cəmiyyətin fəaliyyəti ilə əlaqədar məhkəmə mübahisələri vardır. Bunun səbəbi, digər təsisçi və eyni zamanda Cəmiyyətin direktoru olan X6 iddiaçını Cəmiyyətin fəaliyyətində kənarda qoyması, ümumi yığıncaqlar keçirməməklə iddiaçıya Cəmiyyətin fəaliyyəti ilə bağlı heç bir məlumat və sənədlər təqdim etməməsi və s. olmuşdur. Məhz bu səbəbdən, iddiaçı təsisçisi olduğu Cəmiyyətdən çıxmaq və digər təsisçi ilə aralarında mübahisə yarandığını nəzərə alaraq Cəmiyyətin nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsini məhkəmə qaydasında tələb etmək qərarına gəlmişdir. İddiaçı tərəfindən cavabdehə dəfələrlə (hətta mediasiya mərhələsində də) müraciətlər edilməsinə baxmayaraq, cavabdeh tərəfindən, Cəmiyyətin hazırda mülkiyyətində (balansında) olan əmlaklar barədə heç bir sənəd və ya məlumat iddiaçıya təqdim edilməmiş, hazıra qədər iddiaçının Cəmiyyətdən çıxmasına dair ərizəsinə baxılmamış, bununla əlaqədar növbədənkənar ümumi yığıncaq çağırılmamış, Cəmiyyətdən çıxan iddiaçıya (iştirakçıya) nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsi ödənilməmişdir. Qanunvericiliyin tələbinə görə Məhdud Məsuliyyətli Cəmiyyətin iştirakçısı onun digər iştirakçılarının razılığından asılı olmayaraq istənilən vaxt cəmiyyətdən çıxa bilər. Eyni zamanda, Məhdud Məsuliyyətli Cəmiyyətdən çıxan iştirakçıya, əgər cəmiyyətin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, həmin iştirakçının nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsi ödənilir. Çıxan iştirakçının cəmiyyət ilə razılaşmasına əsasən əmlakın dəyərinin ödənilməsi əmlakın naturada verilməsi ilə əvəz edilə bilər. Bundan əlavə cavabdeh Cəmiyyətin direktoru X13 hüquqi şəxsin mülkiyyətində olan daşınmaz əmlakları öz ailə üzvlərinin və yaxınlarının adına, yəni cavabdehlər Cavabdeh2. Cavabdeh3. Cavabdeh6, X15 və Cavabdeh5 adına rəsmiləşdirməyə nail olmuşdur. Hazırda notariat orqanından əldə edilmiş daha bir sıra müqavilələrə əsasən, eyni əsaslarla və eyni cavabdehlərə qarşı iddia tələblərinin artırılmasına zərurət yaranmışdır. Belə ki, iddiaçı hesab edir ki, əvvəlki ərizədə göstərilən müqavilələrdən əlavə cavabdeh Cəmiyyətin direktoru Azər Göyüşov tərəfindən İsmayıllı rayon Notariat ofisində təsdiq edilmiş, Cavabdeh3 ilə bağlanılmış xx.xx.2021-ci il tarixli, 0941782, ******* reyestr nömrəli, Cavabdeh6 ilə bağlanılmış xx.xx.2020-ci il tarixli, ******* reyestr nömrəli və xx.xx.2021-ci il tarixli, 0941796, 0941797, 0941798, 0941800, 0941801, ******* reyestr nömrəli. Cavabdeh5 ilə bağlanılmış xx.xx.2021-ci il tarixli, 0941833, 0941834, 0941835, 0941839, 0941842, 0941843, ******* reyestr nömrəli alqı-satqı müqavilələri də (ümumilikdə 705.500 manat məbləğində) əvvəlki ərizədə göstərilmiş eyni əsaslarla etibarsız hesab edilməlidir. Eyni zamanda, İsmayıllı rayon Notariat ofisi tərəfindən elektron məhkəmə sisteminə əlavə edilmiş notariat qaydasında təsdiq edilən müqavilələrdən başqa, Cəmiyyətlə digər cavabdehlər arasında notariat qaydasında rəsmiləşdirilməyən daha əvvəlki tarixə imzalanmış müqavilələr və maliyyə arayışları da aşkar edilmişdir. Cəmiyyətlə digər cavabdehlər arasında notariat qaydasında rəsmiləşdirilməyən daha əvvəlki tarixə imzalanmış bir sıra müqavilələr və maliyyə arayışları olmasına baxmayaraq, sonradan eyni mənzillərlə bağlı, eyni məzmunlu müqavilələrin notariat qaydasında imzalanması, qeyd edilən notariat qaydasında rəsmiləşdirilməyən müqavilələrin və maliyyə arayışlarının əhəmiyyətsiz (etibarsız) olduğunu tam təsdiq edir. Qeyd edilən və əhəmiyyətsiz olan müqavilələrə aşağıdakılar aiddir: Cavabdeh5 ilə notariatda bağlanılmış və iş üzrə mübahisələndirilən xx.xx.2021-ci il tarixli, ******* nömrəli müqavilədə qeyd edilən mənzilə dair eyni məzmunda xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi və maliyyə arayışı, notariatda bağlanılmış və iş üzrə mübahisələndirilən xx.xx.2021-ci il tarixli, ******* reyestr nömrəli müqavilədə qeyd edilən mənzilə dair eyni məzmunda xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi və maliyyə arayışı, notariatda bağlanılmış və iş üzrə mübahisələndirilən xx.xx.2021-ci il tarixli, ******* reyestr nömrəli müqavilədə qeyd edilən mənzilə dair eyni məzmunda xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi və maliyyə arayışı; Cavabdeh3 ilə notariatda bağlanılmış və iş üzrə mübahisələndirilən xx.xx.2021-ci il tarixli, ******* reyestr nömrəli müqavilədə qeyd edilən mənzilə dair xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi və maliyyə arayışı, xx.xx.2021-ci il tarixli ******* reyestr nömrəli müqavilədə qeyd edilən mənzilə dair xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi və maliyyə arayışı, notariatda bağlanılmış və iş üzrə mübahisələndirilən xx.xx.2021-ci il tarixli, ******* reyestr nömrəli müqavilədə qeyd edilən mənzilə dair eyni məzmunda xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi və maliyyə arayışı, notariatda bağlanılmış xx.xx.2021-ci il tarixli, ******* nömrəli müqavilə və həmin müqavilədə qeyd edilən mənzilə dair eyni məzmunda xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi və maliyyə arayışı, notariatda bağlanılmış və iş üzrə mübahisələndirilən xx.xx.2021-ci il tarixli, ******* reyestr nömrəli müqavilədə qeyd edilən mənzilə dair eyni məzmunda xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi və maliyyə arayışı, notariatda bağlanılmış və iş üzrə mübahisələndirilən xx.xx.2021-ci il tarixli, ******* reyestr nömrəli müqavilədə qeyd edilən mənzilə dair eyni məzmunda xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi və maliyyə arayışı, Cavabdeh6 ilə notariatda bağlanılmış və iş üzrə mübahisələndirilən xx.xx.2021-ci il tarixli, ******* reyestr nömrəli müqavilədə qeyd edilən mənzilə dair eyni məzmunda xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi və maliyyə arayışı, notariatda bağlanılmış və iş üzrə mübahisələndirilən xx.xx.2021-ci il tarixli, ******* reyestr nömrəli müqavilədə qeyd edilən mənzilə dair eyni məzmunda xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi və maliyyə arayışı. Həmçinin məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, cavabdeh notariat orqanı xx.xx.2021-ci il tarixdə, ******* reyestr nömrəli müqavilə ilə Cavabdeh3, xx.xx.2021-ci il tarixli, ******* reyestr nömrəli müqavilə ilə Cavabdeh5 eyni mənzilin alqı-satqısını rəsmiləşdirmişdir. Göründüyü kimi müqavilələrin reyestr nömrələri də eynidir. Qeyd edilənlərə əsasən, təqdim edilmiş iddia ərizəsində göstərilən əsaslarla yanaşı, yuxarıda qeyd edilən əsasların da, yəni mübahisələndirilən əhəmiyyətsiz müqavilələr üzrə mənzillərin dəyərininin ödənilməməsi, Cəmiyyətə mənzillərin satışından heç bir pul vəsaitinin mədaxil edilməməsi nəzərə alınmalıdır. Cəmiyyətin direktoru X6 öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, binaların inşası üçün xərcləri mühasibat sənədlərində əsassız olaraq həddən artıq yüksək göstərməsi və Cəmiyyəti özünə münasibətdə 3.000.000 manatdan artıq məbləğdə borclu göstərməsi, bundan sonra isə dəyəri xüsusilə külli miqdar təşkil edən mənzilləri öz yaxın qohumlarının və digər yaxınlarının adına rəsmiləşdirməsi, Cəmiyyətin əmlakının qanunsuz olaraq ələ keçirilməsi kimi qiymətləndirilməlidir.
6. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 95, 96.1-cı maddələrinə əsaslanmışdır.
7. Cəmiyyətin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən təqdim edilmiş etirazda bildirilmişdir ki, iddiaçının növbədənkənar ümumi yığıncağının keçirilməsi ilə bağlı müraciət etməsi barədə məlumatı məhkəmə iclasında əldə edilmiş, Cəmiyyətin fəaliyyəti dayandırıldığı üçün elektron bildirişin göndərilməsindən xəbərsiz olmuşlar və ümumiyyətlə nə iddiaçının ilkin mediasiya sessiyasının keçirilməsi barədə təklifində bu barədə qeyd olunmuşdur, nə də ki, mediasiya sessiyasında bu mövzu müzakirə olunmuşdur. İddiaçının bu xahişini nəzərə alaraq məhkəmədə mübahisə edilən və iddianın predmetini təşkil edən həmin mövzuların gündəmə çıxarılması ilə bağlı xx.xx.2023-cü il tarixdə saat 14:00-a Cəmiyyətin növbədənkənar ümumi yığıncağının keçirilməsini təşkil etmək məqsədi ilə cavabdeh "X29" MMC tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixli bildiriş göndərilmişdir. İddiaçı X16 Cəmiyyətin həmin növbədənkənar ümumi yığıncağının keçirilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə "X29" MMC-nin direktoru Azər Göyüşova etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, direktor Azər Göyüşov tərəfindən qanunsuz olaraq üçüncü şəxslərə verilmiş Cəmiyyətə məxsus əmlakların qaytarılması təmin edilənədək, Cəmiyyətdən çıxmağının və ona təsisçi kimi əmlak hissəsinin verilməsi barədə məsələyə baxılmamalıdır. Cəmiyyətə məxsus əmlaklar qaytarıldıqdan sonra qeyd edilən məsələlərə baxıla bilər. Göründüyü kimi, iddiaçının Cəmiyyətin növbədənkənar ümumi yığıncağının keçirilməsinə etiraz etməsi, hazırkı iddia tələbindən imtina etməsini təsdiq edir və onun Cəmiyyətin nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsinin ödənilməsinə dair tələbini artıq onun üçün aktual olmadığından xəbər verir. Bu səbəbdən, iddianın predmetini təşkil edən mübahisə aradan qaldırıldığı üçün artıq iddia ərizəsinin müzakirəsinə ehtiyac qalmamışdır. Daha sonra, iddiaçı iddia tələbinin həcminin artırılması ilə ərizə ilə müraciət edərək cavabdeh Cəmiyyətin adına İsmayıllı şəhərində mülkiyyətində olan 0,24 ha torpaq sahəsində yerləşən çoxmərtəbəli binanın mənzillərinin və qeyriyaşayış sahələrinin özgəninkiləşdirilmələrinə dair 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilən əqdlərin etibarsız hesab edilməsi, iddiaçının Cəmiyyətdən çıxması üçün Cəmiyyətin növbədənkənar ümumi yığıncağının keçirilməsi və iddiaçının Cəmiyyətin nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsi ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, Cəmiyyətin digər təsisçisi və həmçinin direktoru olan X13 ilə iddiaçı arasında üç ilə yaxındır ki, Cəmiyyətin mənfəət məsələləri ilə bağlı məhkəmə mübahisələri davam edir. Məhz bu səbəbdən iddiaçı hesab edir ki, Cəmiyyətin digər təsisçisi (həmçinin direktoru) tərəfindən 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilən mənzillərin və qeyri-yaşayış sahələrinin özgəninkiləşdirilmələri ilə bağlı uydurma əqdlər bağlanılmış, əslində Cəmiyyətin hesabına bunun müqabilində heç bir vəsait daxil olmamış və bu uydurma özgəninkiləşdirmələrin həyata keçirilməsində əsas məqsədi Cəmiyyətdə iddiaçıya məxsus əmlakların mənimsənilməsi olmuşdur. İddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada, iddiaçı cavabdehə ərizə ilə müraciət edərək Cəmiyyətin növbədənkənar ümumi yığıncağının keçirilməsinin ləğv edilməsini xahiş etməsi artıq iddia tələbinin "X20 "xxxx" MMC-dən çıxması üçün Cəmiyyətin növbədənkənar ümumi yığıncağının keçirilməsi və iddiaçının Cəmiyyətin nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsi ödənilməsi" hissəsində mübahisə olmadığını təsdiq edir. Eyni zamanda, müqavilələrin etibarsız hesab edilməsi ilə bağlı bildiririk ki, cavabdeh X13 Cəmiyyətin 50 faiz payla təsisçisi, eyni zamanda direktorudur (qanuni nümayəndəsidir) və mübahisəli müqavilələr Cəmiyyətin adından onun tərəfindən imzalanmışdır. Cəmiyyətin nizamnaməsinin 4.5-ci bəndinə əsasən MMC-nin fəaliyyətinə cari rəhbərlik cəmiyyətin idarəedici orqanı və qanuni təmsilçilik funksiyasına malik olan Direktor tərəfindən həyata keçirilir. Direktor cəmiyyətin adından vəkalətnaməsiz fəaliyyət göstərir, cəmiyyətin operativ idarə edilməsini həyata keçirir, üçüncü şəxslərlə münasibətdə, o cümlədən məhkəmədə cəmiyyəti təmsil edir, cəmiyyətin adından əqdlər bağlayır, ümumi yığıncağın və digər idarəetmə orqanlarının səlahiyyətlərinə aid edilməyən digər səlahiyyətləri həyata keçirir. Göründüyü kimi, iddiaçının mübahisələndirdiyi əqdlər lazımi subyektlərin (səlahiyyətli şəxslərin) arasında bağlanılmışdır, onları bağlamış şəxslərin arasında iradə vahidliyinin yoxluğu ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Əlavə olaraq qeyd olunmalıdır ki, qanunvericiliyin tələblərinə əsasən, dövlət reyestrində qeydə alınmış mənzillərin alqsatqısı notarial qaydada həyata keçirilir və alıcı tərəfindən ödənilmiş mənzilin pulu rəsmi olaraq MMC-nin hesabına yatırılır, əks təqdirdə Notarius müqaviləni təsdiq edə bilməz. Hazırda mübahisələndirilən mənzillər qanununvericiliyin tələblərinə uyğun olaraq notarial qaydada alıcıların adına rəsmiləşdirilərək ödənilmiş vəsaitlər Cəmiyyətin hesabına yatırılmışdır. Məhkəməyə təqdim olunmuş xx.xx.2019-cu il tarixli auditor hesabatının doğruluğunu təkzib edən hər hansı sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmiş və ekspertizanın keçirilməsi üçün yaranan zərurəti kifayət qədər əsaslandırmamışdır. Məhkəməyə təqdim olunmuş xx.xx.2019-cu il tarixli auditor hesabatı ilə müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixinə Cəmiyyətin X8 ümumilikdə 3.862.773,62 (üç miliyon səkkiz yüz altmış iki min yeddi yüz yetmiş üç, 62) manat və 14.948 (on dörd min doqquz yüz qırx səkkiz) ABŞ dolları məbləğində borcu, X3 isə ümumilikdə 5.257,57 (beş min iki yüz əlli yeddi,57) manat borcu vardır. Bu səbəbdən iddia tələbi əsassız olduğundan rədd edilməlidir.
İİ. Tərəflərin mövqeləri:
8. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirak etdiyi əvvəlki məhkəmə iclaslarında təqdim edilmiş iddia tələblərinə uyğun izahat verərək tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
9. Cavabdeh Cəmiyyətin nümayəndəsi Vəkil2 məhkəmə iclasında təqdim edilmiş etiraza uyğun izahat vermiş və tələbin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
10. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflər xəbərdar edilsə də, İsmayıllı rayon Notariat ofisinin nümayəndəsi, Cavabdeh2, Cavabdeh3, X15, Cavabdeh5, Cavabdeh6 və X13 hər hansı bir üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Eyni zamanda, iddiaçının nümayənədəsi və vəkili Vəkil1 ərizə ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək xx.xx.2025-ci il tarixə olan məhkəmə iclasının heç bir səbəb olmadan ləğv edilməsini və xx.xx.2025-ci il tarixə məhkəmə iclasının təyin edilməsini iddiaçı tərəfin hüquqlarının kobud pozuntusuna şərait yaratması kimi qiymətləndirmişdir.
11. Məhkəmə qeyd edir ki, iddiaçının nümayəndəsi dəfələrlə məhkəmə iclasının təxirə salınması ilə bağlı məhkəməyə müraciətlər etmiş, hər dəfə qeyd edilən ərizələr nəzərə alınmaqla müvafiq iclaslar təxirə salınmış, xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasının ləğv edilməsinə səbəb hakimin beynəlxalq tədbirdə iştirakı ilə bağlı ezamiyyətə getməsi olmuş, bu barədə xx.xx.2025-ci il tarixdə tərəflərin elektron kabinetnə bildiriş yerləşdirilmişdir. İddiaçının nümayəndəsi və vəkili qeyd edilən ərəfədə deyil, xx.xx.2025-ci il tarixdə məhz iclas günü başqa məhkəmələrdə işlərinin olmasını və məhkəmədə süründürməçilik hallarına yol verildiyini bildirmişdir.
12. Məhkəmə iddiaçı tərəfin qeyd edilən etiraz və iradlarını əsassız hesab etmiş və hazırkı işin digər tərəflərin iştirakı olmadan baxılıb yekunlaşmasını məqsədə uyğun hesab etmişdir.
II. Məhkəmə baxışının hədləri:
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV. Tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikasının Konstitusiyası
M a d d ə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı
- İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. - İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. - İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. - İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
M a d d ə 1 2 5 . Məhkəmə hakimiyyətinin həyata keçirilməsi
- Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
Maddə 1 2 7 . Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri
- İ. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. - İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. - İV. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. - Vİİ. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. - Vİİİ. Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur.
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
- 87.10. Məhdud Məsuliyyətli Cəmiyyətin xalis aktivlərinin dəyərinin əlli faizindən artıq məbləğdə olan əqd xüsusi əhəmiyyətli əqd hesab edilir. Xüsusi əhəmiyyətli əqdin bağlanılması barədə qərar cəmiyyətinin iştirakçılarının ümumi yığıncağında qəbul edilir. - 90.1. Məhdud Məsuliyyətli Cəmiyyətin nizamnamə kapitalı onun iştirakçılarının mayalarının dəyərindən təşkil olunur. Cəmiyyətin nizamnamə kapitalı onun kreditorlarının mənafelərinə təminat verən əmlakının minimum miqdarını müəyyənləşdirir. Cəmiyyətin nizamnamə kapitalının miqdarı onun kreditorlarının mənafelərinə təminat verən məbləğdən az ola bilməz. Maliyyə bazarlarında nəzarət edilən subyektlərə münasibətdə nizamnamə kapitalının minimum miqdarı, onun formalaşdırılması qaydası sahəvi qanunların tələbləri nəzərə alınmaqla müəyyən edilir. - 90.8. Məhdud Məsuliyyətli Cəmiyyətin nizamnamə kapitalının azaldılması bütün iştirakçıların mayalarının nominal dəyərinin azaldılması yolu ilə həyata keçirilə bilər. Bütün iştirakçıların mayalarının nominal dəyərinin azaldılması yolu ilə nizamnamə kapitalının azaldılması bütün iştirakçıların mayalarının nisbəti saxlanılmaqla həyata keçirilir. Cəmiyyətin nizamnamə kapitalının azaldılması cəmiyyətin ümumi yığıncağının qərarı əsasında həyata keçirilir. Nizamnamə kapitalının azaldılması haqqında ümumi yığıncağın qərarı qəbul edildikdən sonra nizamnamədə və ya cəmiyyətin ümumi yığıncağının qərarında müəyyən edilmiş müddətdə cəmiyyət özünün bütün kreditorlarına bu barədə yazılı məlumat göndərməlidir. Məlumat alındığı gündən bir ay müddətində cəmiyyətin kreditorlarının cəmiyyətin müvafiq öhdəliklərinin vaxtından əvvəl yerinə yetirilməsini və ya xitamını, düşdükləri zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. - 91.1-1. Məhdud Məsuliyyətli Cəmiyyətin iştirakçılarının ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər. Hər bir iştirakçının cəmiyyətin iştirakçılarının ümumi yığıncağında iştirak etmək, cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla), şəxsən iştirak etmək və ya bu Məcəllə ilə müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq, ümumi yığıncağın gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək hüququ vardır. İştirakçıların həmin hüquqlarını məhdudlaşdıran hər hansı razılaşma və ya hərəkət etibarsızdır. Cəmiyyətin iştirakçılarının ümumi yığıncaqda hər bir iştirakçının onun nizamnamə kapitalındakı payına mütənasib səsi vardır. Cəmiyyətin iştirakçısı olmayan kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri ümumi yığıncaqda məşvərətçi səs hüququ ilə iştirak edə bilər. Bu Məcəllə ilə cəmiyyətin iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid edilən məsələlərdən başqa, cəmiyyətin nizamnaməsinə uyğun olaraq cəmiyyətin iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə digər məsələlər də aid edilə bilər. Nizamnamədə müəyyən edilibedilməməsindən asılı olmayaraq, ümumi yığıncaq cəmiyyətin fəaliyyəti ilə əlaqədar istənilən məsələni müzakirə edə bilər. - 91.3. Məhdud Məsuliyyətli Cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir: 91.3.1. cəmiyyətin nizamnaməsini və onun nizamnamə kapitalının miqdarını dəyişdirmək; 91.3.2. cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək; 91.3.3. cəmiyyətin illik hesabatlarını və maliyyə hesabatlarını təsdiq etmək, onun mənfəətini və zərərini bölüşdürmək; 91.3.4. cəmiyyətin yenidən təşkili və ya ləğvi haqqında qərar qəbul etmək; 91.3.5. cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya təftiş komissiyasını (müfəttişini) seçmək və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək; 91.3.6. bu Məcəllənin 49-1.2-ci və 87.10-cu maddələrində nəzərdə tutulmuş əqdlərin bağlanması haqqında qərar qəbul etmək - 96.1. Məhdud Məsuliyyətli Cəmiyyətdən çıxan iştirakçıya, əgər cəmiyyətin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, həmin iştirakçının nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsi ödənilir. Çıxan iştirakçının cəmiyyət ilə razılaşmasına əsasən əmlakın dəyərinin ödənilməsi əmlakın naturada verilməsi ilə əvəz edilə bilər. Cəmiyyətin əmlakının çıxan iştirakçıya düşən hissəsi və ya onun dəyəri iştirakçının çıxdığı məqamda tərtib edilən balans üzrə müəyyənləşdirilir. - 96.2. Əgər məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalına maya kimi əmlakdan istifadə hüququ verilmişdirsə, müvafiq əmlak cəmiyyətdən çıxan iştirakçıya qaytarılır. Həmin əmlakın normal aşınma nəticəsində dəyərinin azalmasının əvəzi ödənilmir. - 96.3. Cəmiyyət iştirakçısının vərəsəsi və ya onun iştirakçısı olan hüquqi şəxsin hüquq varisi cəmiyyətə daxil olmadıqda onunla hesablaşmalar bu maddənin qaydalarına uyğun aparılır. - 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. - 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. - 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. - 95. Məhdud Məsuliyyətli Cəmiyyətin iştirakçısı onun digər iştirakçılarının razılığından asılı olmayaraq istənilən vaxt cəmiyyətdən çıxa bilər.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
- 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
V. Sübutların tədqiqi:
18. “X29” MMC İddiaçı tərəfindən təsis olunmuş, müəssisənin ümumi yığıncağının 29 aprel 2008-ci il tarixli qərarı ilə X13 nizamnamə fonduna 50 faiz məbləğində əmlak qoymaqla, təsisçi kimi daxil edilmişdir. Hazırda müəssisənin təsisçiləri X13 (50% - 224600 manat əmlak şəklində) və İddiaçı (50% - 16780.08 manat pul, 2077819,92 manat əmlak şəklində), qanuni təmsilçisi X9r.
19. 08.05.2008-ci il tarixli Dövlət Reyestrindən çıxarışa əsasən müəssisənin qanuni təmsilçisi X14 olmuşdur. Təsisçinin xx.xx.2007-ci il tarixli 3 saylı qərarına əsasən X14 həmin tarixdən "X29" MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir. Müəssisənin əvvəlki təsisçisi 100 faiz paya malik olmaqla X7muşdur.
20. 27.05.2014-cü il tarixində "xxxx" MMC-nin "X29" MMC-yə birləşməsi ilə əlaqədar yenidən qeydiyyata alınmış "X29" MMC-nin nizamnaməsinə əsasən nizamnamə kapitalı 449.200,0 manat, hər biri 100 azn olmaqla 4492 paydan ibarət olmuşdur. X18 2246 pay, 224600 azn, əmlak şəklində, Türkiyə Respublikası vətəndaşı İddiaçı Cemil 2246 pay, 224.600,0 azn, 16.780,08 azn pul şəklində, 207819.92 azn əmlak şəklində. Qeyd etmək lazımdır ki, "YAPİMAK YAРІ MAKİNALARİ PAZARLAMA VE TİCARET LTD" MMС xx.xx.2008-ci il tarixində qeydiyyata alınmış və xx.xx.2008-ci il tarixli Dövlət Reyestrindən çıxarışa əsasən Cəmiyyətin təsisçiləri Gürcüstan vətəndaşı X13 50%, Türkiyə Respublikası vətəndaşı İddiaçı Cemil 50%, qanuni təmsilçi X13 olmuşdur.
21. “X29” MMC-nin surəti iş materiallarına əlavə edilmiş nizamnaməsinin 4.5-ci bəndinə əsasən, cəmiyyətin fəaliyyətinə cari rəhbərlik cəmiyyətin icraedici orqanı və qanuni təmsilçilik funksiyasına malik olan Direktor tərəfindən həyata keçirilir. Direktor cəmiyyətin adından vəkalətnaməsiz fəaliyyət göstərir, cəmiyyətin operativ idarə edilməsini həyata keçirir, üçüncü şəxslərlə münasibətdə, o cümlədən məhkəmədə cəmiyyəti təmsil edir, cəmiyyətin adından əqdlər bağlayır, ümumi yığıncağın və digər idarəetmə orqanlarının səlahiyyətlərinə aid edilməyən digər səlahiyyətləri həyata keçirir.
22. İşdə olan Seriya RX № ******* nömrəli Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən edilir ki, İsmayıllı şəhəri, M.F.Axundov kuçəsi N 18 də yerləşən, 0,24 ha torpaq sahəsində, 4503 kv.m sahədən ibarət çox mərtəbəli yaşayış binası xüsusi mülkiyyət hüququ ilə **********28-05301 reyestr nömrəsi ilə "X29" adına tam mülkiyyət hüququ ilə Qeydiyyat nömrəsi **********, Qeydiyyat tarixi xx.xx.2016-cı il olmaqla hüquqi qeydiyyatdan keçmişdir.
23. Məhkəməyə təqdim edilmiş Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, 0941777, ******* reyestr nömrəli müqavilələrlə müəyyən edilir ki, İsmayıllı şəhəri, M.F.Axundov küçəsi b 14-18 ünvanında yerləşən C blokda, 3-cü mərtəbədə 99,7 kv.m 47856 manat məbləğə, 86,7 kv.m mənzili isə 41616 manat məbləğə, xx.xx.2022-ci il tarixli 0853964, 0853960, ******* reyestr nömrəli alqı-satqı müqavilələrinə əsasən İsmayıllı şəhəri, M.F.Axundov küçəsi b 14-18 ünvanında yerləşən C blokda, 2-ci mərtəbədə yerləşən 104,4 kv.m mənzil 38480 manata, 68,5 kv.m 28000 manata, 1-ci mərtəbədə yerləşən 493,1 kv.m qeyri-yaşayış sahəsi 311710 manata sonuncuya satılmış, qeyd edilən vəsaitlər kassa mədaxil orderlərinə əsasən Cəmiyyətin kassasına mədaxil edilmişdir.
24. Məhkəməyə təqdim edilmiş Cavabdeh1 MMC ilə Cavabdeh3 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, 0941779, 0941781, 0941782, 0941783, 0941784, 0941786, 0941787, ******* reyestr nömrəli alqı-satqı müqavilələrinə əsasən İsmayıllı şəhəri, M.F.Axundov küçəsi b 14-18 ünvanında yerləşən C blokda, 4-cü mərtəbədə yerləşən 107,3 kv.m mənzil 53650 manata, 5-ci mərtəbə yerləşən 100 kv.m mənzil 50000 manata, 4-cü mərtəbədə 116 kv.m mənzil 50000 manata, 5-ci mərtəbədə yerlşən 86,7 kv.m mənzil 43350 manata, 5-ci mərtəbədə 107,3 kv.m mənzil 53650 manata, 5-ci mərtəbədə 99,7 kv.m mənzil 49850 manata, 5-ci mərtəbədə 56 kv.m mənzil 28000 manata, B blokda 6-cı mərtəbədə 100 kv.m mənzil 50000 manata sonuncuya satılmış, kassa mədaxil orderlərinə əsasən qeyd edilən məbləğlər Cəmiyyətin kassasına mədaxil edilmişdir.
25. Məhkəməyə təqdim edilmiş Cavabdeh1 MMC ilə Cavabdeh6 arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, ******* reyestr nömrəli müqavilə üzrə İsmayıllı şəhəri, M.F.Axundov küçəsi b 14-18 ünvanında yerləşən C blokda, 4-cü mərtəbədə yerləşən 214,9 kv.m qeyri-yaşayış sahəsi 55000 manata, xx.xx.2021-ci il tarixli, 0941796, 0941797, 0941798, 0941800, 0941801, 0941802, 0941805, 0941804, 0941803, 0941799, ******* reyestr nömrəli müqavilələrə əsasən müvafiq olaraq 8-ci mərtəbədə yerləşən 86,9 kv.m mənzil 21725 manata, B blokda 7-ci mərtəbədə 95,5 kv.m mənzil 47750 manata, B blokda 6-cı mərtəbədə 99,7 kv.m mənzil 49850 manata, B blok 6-cı mərtəbədə yerləşən 86,7 kv.m mənzil 43350 manata, B blokda 8-ci mərtəbədə 86,9 kv.m mənil 21725 manata, B blokda 7-ci mərtəbədə 86,1 kv.m məznil 43050 manata, B blok 7-ci mərtəbədə yerləşən 54 kv.m mənzil 27000 manata, B blok 7-ci mərtəbədə 85,8 kv.m mənzil 42900 manata, C blok 8-ci mərtəbədə 86,9 kv.m mənzil 21725 manata, B blok 6-cı mərtəbədə 56 kv.m mənzil 28000 manata, B blok 8-ci mərtəbədə 86,9 kv.m mənzil 21725 manata satılmış, mədaxil orderlərinə əsasən müvafiq məbləğlər Cəmiyyətin kassasına mədaxil edilmişdir.
26. Məhkəməyə təqdim edilmiş Cavabdeh1 MMC ilə cavabdeh X15 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli ******* reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən İsmayıllı şəhəri, M.F.Axundov küçəsi b 14-18 ünvanında yerləşən B blokda 1-ci mərtəbədə yerləşən 86,7 kv.m mənzil 43350 manata satılmış, həmin məbləğ Cəmiyyətin kassasına mədaxil edilmişdir.
27. Məhkəməyə təqdim edilmiş Cavabdeh1 MMC ilə Cavabdeh5 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, 0941841, 0941840, 0941832, 0941833, 0941834, 0941835, 0941839, 0941842, ******* və ******* reyestr nömrəli alqı-satqı müqavilələrinə əsasən müvafiq olaraq İsmayıllı şəhəri, M.F.Axundov küçəsi b 14-18 ünvanında yerləşən müvafiq olaraq C blokda 7-ci mərtəbədə yerləşən 86,1 kv.m olan mənzil 43050 manata, 95,5 kv.m olan mənzil 47750 manata, 54 kv.m olan mənzil 27000 manata, 6-cı mərtəbədə yerləşən 107,3 kv.m mənzil 53650 manata, 100 kv.m mənzil 50000 manata, 7-ci mərtəbədə yerləşən 85,8 kv. m mənzil 42900 manata, 75,9 kv.m mənzil 37950 manata, 6cı mərtəbədə 99,7 kv.m mənzil 49850 manata, 86,7 kv.m mənzil 43350 manata, 56 kv.m mənzil 28000 mnata satılmış, kassa mədaxil orderlərinə əsasən qeyd edilən məbləğlər Cəmiyyətin kassasına mədaxil edilmişdir.
28. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/407 nömrəli, 01 oktyabr 2024-cü il tarixli rəyinin nəticə hissəsinə əsasən ekspertiza təyini haqqında qərardadda ekspert qarşısında qoyulmuş suallar, ilkin mülki iş materialları və ekpert vəsatəti üzrə təqdim edilmiş zəruri olan cəmiyyətə məxsus 2 ədəd kassa kitabları, müxtəlif banklarda olan hesablar üzrə çıxarışlar, vergi bəyannamələri, gəlir və xərclər barədə cədvəl məlumatlar, ƏDV-nin depozit hesabı üzrə mədaxil və məxaric əməliyyatları barədə məlumatlar, mədaxil-məxaric orderləri, borc müqavilələri, alqı-satqı müqavilələri, maliyyə arayışları, qaimə fakturalar, hesabatlar, bildirişlər və digər mühasibat sənədləri, eyni zamanda aparılmış audit yoxlamasında göstərilənlər nəzərə alınmaqla Cəmiyyətin fəaliyyəti dövründə (xx.xx.2023-cü il tarixədək) illik hesabatları və mühasibat balansının uyğunluq təşkil etdiyi, həmçinin qeyd edilən maliyyə sənədləri ilə vergi orqanına təqdim edilmiş vergi bəyannamələrində əks olunan göstəriciləri ilə kənarlaşmanın olmadığı müəyyən edilir.
29. Ticarət və Sənaye palatasının "Azərekspertiza Birliyindən cəlb edilmiş qiymətləndirici ekspert və mütəxəssislərin İsmayıllı şəhəri, Axundov küçəsi 18 ünvanında inşa edilmiş 3 ədəd çoxmənzilli 8 mərtəbə və masard yaşayış binasının tikintisinə çəkilmiş xərclərin ümumi həcmi 6493841.20 manat qiymətləndirilməsinə baxmayaraq, hər iki təsisçi qiymətləndirmə ilə razılaşmamış və təsisçi X28 tərəfindəki dəvət olunmuş "xxxx" MMC tərəfindən 2008-2015- ci illər üçün xərc metodu ilə qiymətləndirmə yuvarlaq olaraq ******* manat, təsişçi X13 tərəfindən dəvət olunmuş "xxxx" MMC tərəfindən xərc metodu ilə qiymətləndirmə yuvarlaq olaraq 6279300,0 manat qiymətləndirilmişdir.
30. İş materiallarında olan xx.xx.2019-cu il tarixli "xxxx" MMC tərəfindən tərtib edilmiş Auditor hesabatına əsasən "təqdim edilmiş sənədlərə əsasən müəyyən edildi ki, xx.xx.2019-cu il tarixinə "X29" MMC-nin X8 ümumilikdə 3862773,62 (1762187,8+2100585,82=3862773,62) manat və 14948 ABŞ dolları məbləğində borcu, Seyit X12 isə ümumilikdə 5257,57 manat borcu vardır."
31. İddiaçı Seyit X10 cavabdehlər X8, “X29” Məhdud Məsuliyyətli Cəmiyyətinə və X4 qarşı “üzləşmə aktının və müqavilənin ləğv edilməsi” tələbinə dair ilk və iddiaçı X6 cavabdeh Seyit X12 qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-1244/2024 nömrəli Qərarında müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Auditorlar Palatasının 07 avqust 2023-cü il tarixli rəyinə əsasən – qeyd edilən müqavilələrin dəyəri xalis aktivlərinin dəyərinin əlli faizindən az olmuşdur. Belə ki, 2014-cü il üçün təqdim edilmiş mənfəət vergisinin əlavəsində (Əlavə 1) ilin əvvəlinə xalis aktivlər 1023730,20 manat, ilin sonuna isə 898400 manat qeyd edilmiş və həmin dövr müvafiq səyyar vergi yoxlamasından keçmişdir. Göründüyü kimi, mübahisələndirilən əqdlər MMC-nin xalis aktivlərinin dəyərinin əlli faizindən az olmuşdur. Belə olan halda isə həmin əqdlər xüsusi əhəmiyyətli əqd hesab edilməməklə, onların bağlanılması barədə cəmiyyətinin iştirakçılarının ümumi yığıncağında hər hansı qərarın qəbuluna da zərurət olmamışdır.
Vİ. Məhkəmənin mövqeyi:
18. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin qanuni, obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
19. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
20. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıdakı göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
21. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, “X29” MMC İddiaçı tərəfindən təsis olunmuş, müəssisənin ümumi yığıncağının 29 aprel 2008-ci il tarixli qərarı ilə X13 nizamnamə fonduna 50 faiz məbləğində əmlak qoymaqla təsisçi kimi daxil edilmişdir. Hazırda müəssisənin təsisçiləri X13 (50% - 224600 manat əmlak şəklində) və İddiaçı (50% - 16780.08 manat pul, 2077819,92 manat əmlak şəklində), qanuni təmsilçisi X9r. Eyni zamanda, qeyd edilən hüquqi şəxsin mülkiyyətində İsmayıllı şəhəri, M.F.Axundov küçəsi, №18 ünvanında, 0,24 ha torpaq sahəsi üzərində yerləşən, 4503 kv.m sahədən ibarət çox mərtəbəli 3 ədəd yaşayış binaları mövcuddur.
22. İşin mübahisələndirilən hallarına; 1) iddiaçının Cəmiyyətin təsisçisi olaraq çıxması üçün cəmiyyətin növbədənkənar ümumi yığıncağının keçirilməsi və iddiaçının cəmiyyətin nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsi ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi; 2) Cəmiyyətin direktoru tərəfindən Cəmiyyətin mülkiyyətində olan İsmayıllı şəhəri, M.F.Axundov küçəsi, №18 ünvanında, 0,24 ha torpaq sahəsi üzərində yerləşən, 4503 kv.m sahədən ibarət çox mərtəbəli yaşayış binalarda yerləşən mənzil və qeyri-yaşayış sahələrinin öz yaxın qohumlarına satılması ilə bağlı əqdlərin etibarsız hesab edilməsi ilə bağlıdır.
23. Məhkəmə iddiaçının Cəmiyyətin təsisçisi olaraq çıxması üçün cəmiyyətin növbədənkənar ümumi yığıncağının keçirilməsi və iddiaçının cəmiyyətin nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsi ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi hissəsi ilə bağlı qeyd edir ki, qanunvericiliyin tələbinə görə məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı onun digər iştirakçılarının razılığından asılı olmayaraq istənilən vaxt cəmiyyətdən çıxa bilər. Eyni zamanda, Məhdud Məsuliyyətli Cəmiyyətdən çıxan iştirakçıya, əgər cəmiyyətin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, həmin iştirakçının nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsi ödənilir.
24. Cavabdeh tərəf iş materiallarında olan sənədlərə əsaslanaraq etirazında qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 14:00-a Cəmiyyətin növbədənkənar ümumi yığıncağının keçirilməsini təşkil etmək məqsədi ilə Cəmiyyət tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixli bildiriş göndərilmiş, iddiaçı həmin növbədənkənar ümumi yığıncağın keçirilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, direktor Azər Göyüşov tərəfindən qanunsuz olaraq üçüncü şəxslərə verilmiş Cəmiyyətə məxsus əmlakların qaytarılması təmin edilənədək, Cəmiyyətdən çıxmağı və ona təsisçi kimi əmlak hissəsinin verilməsi barədə məsələyə baxılmamalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı təsisçi olaraq qeyd edilən ümumi yığıncağın keçirilməsi və qarşı tərəfin etirazı daxil olsa da iddia tələbini geri götürməmiş və digər əmlaklarla bağlı iddiaya məhkəmədə baxılanadək qeyd edilən məsələyə baxılmamasını xahiş etmişdir.
25. Məhkəmə hesab edir ki, iddiaçının təsisçi olaraq qanunvericilikdə nəzərdə tutulan hüquqlarının təminatı üçün məhkəməyə müraciət etməsi, qeyd edilən hüquqi şəxslə onun təsisçisi arasında mübahisənin olması uzun müddətdir bu mübahisənin davam etdiyini təsdiq edir. Bu səbəbdən iddiaçının qeyd edilən Cəmiyyətin təsisçiliyindən çıxması ilə bağlı hər hansı bir maneənin yaradılması qanunsuzdur. Ona görə də yuxarıda qeyd edilən hüquq normalarının tələbləri baxımından təsisçinin Cəmiyyətdən ayrılmasının və onun payına uyğun əmlak payının ona verilməsinin dayandırılması və ya təxirə salınması üçün qanuni əsasların mövcud olmadığı qənaətindədir. Cavabdeh tərəfin imtinası olsa belə Cəmiyyət təsisçinin qanunda nəzərdə tutulan hüququnu məhdudlaşdıra və poza bilməz. Mülki Məcələnin müvafiq normalarında belə bir hal nəzərdə tutulmamışdır.
26. Bu səbəbdən məhkəmə qeyd edilən ümumi yığıncağın fəaliyyətinə birbaşa təsir etmə imkanlarının sərhədləri müəyyən edildiyindən iddiaçının Cəmiyyətin təsisçiliyindən çıxması ilə bağlı müraciəti üzrə müvafiq qərarın qəbul edilməsi zəruridir. Qeyd edilən qərar qəbul edildiyi təqdirdə həmin qərarın qanuniliyinə müvafiq müraciət əsasında məhkəmə tərəfindən baxılması mümkündür. Məhkəmənin qeyd edilən məsələdə aktiv rolunu qanunvericilik müəyyən etməsə də, yəni ümumi yığıncağın səalhiyyətlərini həyata keçirmək imkanı olmasa da, iddiaçının belə bir hüququ məhdudlaşdırılmamalıdır. Cəmiyyətin nizamnaməsini və onun nizamnamə kapitalının miqdarını dəyişdirmək və digər səlahiyyətlər ümumi yığıncağın səlahiyyətinə aid edildiyindən tələbin qeyd edilən hissəsinin təmin edilməsi qanuni və əsaslıdır.
27. İddia tələbinin Cəmiyyətin direktoru tərəfindən Cəmiyyətin mülkiyyətində olan İsmayıllı şəhəri, M.F.Axundov küçəsi, №18 ünvanında, 0,24 ha torpaq sahəsi üzərində yerləşən, 4503 kv.m sahədən ibarət çox mərtəbəli yaşayış binalarda yerləşən mənzil və qeyri-yaşayış sahələrinin özünün yaxın qohumlarına satılması ilə bağlı əqdlərin etibarsız hesab edilməsi ilə bağlı tələbinə münasibətdə qeyd edilməlidir ki, Mülki Məcəllənin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
28. Müqavilə əqdlərin bir növü kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır (Mülki Məcəllənin 389.1-ci maddəsi). Əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər.
29. Məhkəmə araşdırması zamanı iddiaçının bildirdiyi arqumentlər mübahisələndirilən əqdlərin nəticələrinin etibarsız hesab edilməsi üçün kifayət deyildir. Belə ki, iddiaçının arqumenti Cəmiyyət tərəfindən onun direktorunun yaxın qohumlarına Cəmiyyətin balansında olan çoxmənzilli yaşayış binasının mənzillərinin satılması ilə bağlıdır.
30. Məhkəmə ilkin olaraq müəyyən etmişdir ki, qanunvericiliyin tələbinə əsasən müqavilə bağlayan şəxslərin yaxın qohum olması müqavilənin etibarsız hesab edilməsi üçün əsas deyildir. Belə ki, qanunda nəzərdə tutulan subyektə dair tələblər onu nəzərdə tutur ki, müqavilə tərəfləri tam səlahiyyətli müqavilə bağlamaq səlahiyyətinə malik, anlaqlı və digər tələblərə cavab verən şəxslər olmalıdır. Belə ki, qeyd edilən Cəmiyyətin balansında olan mənzillərin Cəmiyyətin rəhbərinin yaxın qohumlarına satması zamanı etibarsızlığa səbəb olan hal Cəmiyyətin adından müqavilə bağlayan şəxsin səlahiyyətinin olmaması, qeyd edilən alqı-satqı müqaviləsinin dəyərinin Cəmiyyətə ödənilməməsi, dəyərin aşağı salınması, bu halın Cəmiyyətin təsisçilərinin payının azalmasına xidmət etməsi, xüsusi əhəmiyyətli əqd olaraq Cəmiyyətin ümumi yığıncağı tərəfindən müvafiq qərarın qəbul edilməməsi ola bilər.
18. Məhkəmə təsdiq edilmiş işin halları olaraq qeyd edir ki, Azər Göyüşov “X29” MMC-nin 50% payla təsisçisi, eyni zamanda direktorudur (qanuni nümayəndəsidir) və həm sözügedən üzləşmə aktı, həm də müvafiq müqavilə MMC-nin adından onun tərəfindən imzalanmışdır. “X29” MMC-nin surəti iş materiallarına əlavə edilmiş nizamnaməsinin 4.5-ci bəndinə əsasən, cəmiyyətin fəaliyyətinə cari rəhbərlik cəmiyyətin icraedici orqanı və qanuni təmsilçilik funksiyasına malik olan Direktor tərəfindən həyata keçirilir. Direktor cəmiyyətin adından vəkalətnaməsiz fəaliyyət göstərir, cəmiyyətin operativ idarə edilməsini həyata keçirir, üçüncü şəxslərlə münasibətdə, o cümlədən məhkəmədə cəmiyyəti təmsil edir, cəmiyyətin adından əqdlər bağlayır, ümumi yığıncağın və digər idarəetmə orqanlarının səlahiyyətlərinə aid edilməyən digər səlahiyyətləri həyata keçirir. Cəmiyyətin direktoru olaraq Azər Göyüşovun belə bir qanuni səlahiyyəti olmuşdur.
19. Məhkəmə iş üzrə təyin edilmiş məhkəmə-iqtisad ekspertizasının rəyini iş materialları ilə birlikdə tədqiq edərək 2 ədəd kassa kitabları, müxtəlif banklarda olan hesablar üzrə çıxarışlar, vergi bəyannamələri, gəlir və xərclər barədə cədvəl məlumatlar, ƏDV-nin depozit hesabı üzrə mədaxil və məxaric əməliyyatları barədə məlumatlar, mədaxil-məxaric orderləri, borc müqavilələri, alqı-satqı müqavilələri, maliyyə arayışları, qaimə fakturalar, hesabatlar, bildirişlər və digər mühasibat sənədləri, eyni zamanda aparılmış audit yoxlamasında göstərilənlər nəzərə alınmaqla Cəmiyyətin fəaliyyəti dövründə (xx.xx.2023-cü il tarixədək) illik hesabatları və mühasibat balansının uyğunluq təşkil etdiyi, həmçinin qeyd edilən maliyyə sənədləri ilə vergi orqanına təqdim edilmiş vergi bəyannamələrində əks olunan göstəriciləri ilə kənarlaşmanın olmadığı müəyyən etmişdir.
20. Bundan başqa Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin aparılması ilə əlaqədar xx.xx.2007-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək olan dövr ərzində təh-təl hesab şəxs-direktor Azər Göyüşova Cəmiyyətin xəzinəsindən nağd vəsaitlər verilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, direktor Azər Göyüşov tərəfindən istehsalat zərurəti ilə əlaqədar Cəmiyyətin xəzinəsindən verilən pulların və Azər Göyüşovun öz şəxsi vəsaitlərinin xərclənməsinə dair avans hesabatları tərtib edilmişdir. X1 avans olaraq təh-təl hesaba 2277646,0 manat məbləğində pul verilmişdir. Azər Göyüşovun adından tərtib edilmiş avans hesabatlarına əsasən onun tərəfindən 4378231,82 manat məbləğində pul xərclənmişdir. Avans hesabatlarına təsdiqedici sənədlər əlavə edilmişdir. Buradan görünür ki, X13 tərəfindən 2100585,82 manat (4378231,82-2277646,0) məbləğində vəsait (şəxsi vəsait) avans olaraq təh-təl hesaba ayrılmış vəsaitdən artıq xərclənmişdir.
21. Eyni zamanda, İddiaçı Cemil tərəfindən xx.xx.2007-ci il tarixində İsmayıllı bələdiyyəsinə 4800,0 manat və xx.xx.2007-ci il tarixində X2 120,0 manat ödənilməsi mühasibatlıq tərəfindən təqdim edilmiş müxabirləşmələrdə göstərilmişdir. Beləliklə, təqdim edilmiş sənədlərə əsasən İddiaçı Cemil tərəfindən Cəmiyyətin bank hesablarına və kənar təşkilatlara ümumilikdə 5257,57 manat məbləğində pul ödənilməsi müəyyən edilir.
22. Bundan başqa xəzinə sənədləri üzrə tədqiqat aparan ekspert müəyyən etmişdir ki, direktor X13 ilə bağlanmış borc müqavilələrinə əsasən xx.xx.2007-ci il tarixindən başlayaraq xx.xx.2018-ci ii tarixinədək olan dövr ərzində ondan 2.333.910,0 manat borc alınmış və nağd olaraq xəzinəyə mədaxil edilmişdir. xx.xx.2019-cu il tarixinə kimi olan dövr ərzində X8 594.372,0 manat məbləğində borc nağd şəkildə xəzinədən qaytarılmışdır. Bundan əlavə X13 tərəfindən borc müqaviləsinə əsasən 2010-2019-cu illər ərzində "X29" MMC-nin "xxxx" ASC-də olan manat üzrə hesablaşma hesabına 110.650,0 manat, ABŞ dolları üzrə hesablaşma hesabına 14.948,0 ABŞ dolları mədaxil edilmişdir. "xxxx" ASC-də olan hesablaşma hesabından borc qaytarılması təyinatı ilə 88.000,0 manat X6 bank hesabına xx.xx.2017-də 43000 manat, xx.xx.2017-də 45000 manat məbləğində vəsait köçürülmüşdür. X13 tərəfindən "xxxx" ASC-də olan hesablaşma hesabına borc qismində pulların qoyulması və götürülməsi barədə borc müqaviləsində bankın işçiləri tərəfindən qeydlər aparılmışdır. 30 sentyabr 2019-cu il tarixinə "X29" MMC-nin X8 borc müqavilələrinə əsasən 1.762.187,8 manat və 14948 ABŞ dolları məbləğində borcu mövcud olmuşdur. (110650+2333909,8-88000- 594372=1762187,8) Qeyd olunan dövr ərzində təqdim edilmiş mövcud bank və xəzinə sənədlərinə əsasən digər təsisçi İddiaçı Cəmil tərəfindən Cəmiyyətin xəzinəsinə borc qismində pul verilməmişdir. Lakin onun tərəfindən Cəmiyyətin "YapıKrediBank"da olan hesablaşma hesabına xx.xx.2007-ci il tarixində 104,0 manat, xx.xx.2007-ci il tarixində 20,0 manat və xx.xx.2008-ci il tarixində 188,57 manat, "xxxx" ASC-də olan hesablaşma hesabına xx.xx.2007-ci il tarixində 25,0 manat məbləğində pul mədaxil edilmişdir.
23. "İnşaatçı Təmir Tikinti" müəssisəsinin mühəndisi tərəfindən tərtib edilmiş smeta sənədlərinə əsasən yaşayış binalarının ümumi smeta dəyəri 6184637,9 manat təşkil etmişdir. Ticarət və Sənaye palatasının "Azərekspertiza Birliyindən cəlb edilmiş qiymətləndirici ekspert və mütəxəssislərin İsmayıllı şəhəri, Axundov küçəsi 18 ünvanında inşa edilmiş 3 ədəd çoxmənzilli 8 mərtəbə və masard yaşayış binasının tikintisinə çəkilmiş xərclərin ümumi həcmi 6493841.20 manat qiymətləndirilməsinə baxmayaraq, hər iki təsisçi qiymətləndirmə ilə razılaşmamış və təsisçi X28 tərəfindən dəvət olunmuş "xxxx" MMC tərəfindən 2008-2015- ci illər üçün xərc metodu ilə qiymətləndirmə yuvarlaq olaraq ******* manat, təsişçi X13 tərəfindən dəvət olunmuş "xxxx" MMC tərəfindən xərc metodu ilə qiymətləndirmə yuvarlaq olaraq 6279300,0 manat qiymətləndirilmişdir.
24. Məhkəmə yuxarıda qeyd edilən təkzibedilməz sübutlar əsasında müəyyən edir ki, qeyd edilən mənzillərin satışından əldə edilmiş vəsait Cəmiyyətin kassasına daxil edilmiş, vergilər ödənilmiş, müvafiq əməliyyatlar aparılmışdır. İddiaçının əsas arqumenti “yaxın qohumlara” mənzillərin satılması ilə bağlıdır. Məhkəmə iddia tələbinin əqdlərin etibarsız hesab edilməsinə dair hissəsi ilə bağlı mülki qanunvericiliyin normalarını və formalaşmış məhkəmə praktikasını əsas tutaraq notarial qaydada bağlanmış daşınmaz əmlaka dair əqdlərin etibarlılığı əsaslarına hüquqi qiymət vermiş və yaxın qohumlara mənzillərin satılması faktının birbaşa əqdin etbarsızlığına səbəb olmadığı qənaətinə gəldiyindən tərəflərin “yaxın qohum” olması ad və soyadlarda uyğunluq müəyyən edilsə də, bu faktı tam araşdırmamışdır.
25. İddiaçının əsas arqumentlərindən biri də satılmış bir mənzillə bağlı həm Cəmiyyətin şəxsən alıcı ilə müqavilə bağlaması, eyni zamanda həmin müqavilənin notarial qaydada bağlanmasıdır. Bununla bağlı tərəflərin təqdim etdikləri sübutlar əsasında müəyyən edilmişdir ki, ilk əvvəl yaşayış binaları tam hazır olmadığından, eyni zamanda Cəmiyyət hüquqi şəxs olaraq “MTK” deyil, “MMC” formasında fəaliyyət göstərdiyindən mənzillər hazır olmasa belə xüsusi mülkiyyətinə keçirməsi mümkün olmamış, yaşayış binaları istismara qəbul edildikdən sonra daşınmaz əmlakla bağlı alqı-satqı müqavilələrinin notarial qaydada bağlanması tələblərinə əməl edilmişdir.
26. Məhkəmə bununla bağlı qeyd edir ki, ilk anda yaxın qohumlara qeyd edilən mənzillərin satılması etibarsız əqd görüntüsü yarada bilər. Məhkəmə tərəfindən tədqiq edilmiş ekspert, auditor rəyləri, məhkəmə qərarları bunun əksini təsdiq edir. Belə ki, Azər Göyüşovun qeyd edilən binanın inşası üçün cəlb etdiyi, aldığı borclar, qoyduğu maya məbləği, mənzillərin smeta dəyəri, Cəmiyyətin mənzilləri satdığı qiymət, müvafiq qiymətləndiricilər tərəfindən bazar dəyəri ilə bağlı sübutlar, həmçinin Cəmiyyətin həmin təsisçiyə borcunun qalması faktları əqdlər əsasında əldə olunmuş məbləğin Cəmiyyətin büdcəsindən gizlədilmədiyini sübut edir.
27. Məhkəmə qeyd edir ki, məhdud məsuliyyətli cəmiyyətin xalis aktivlərinin dəyərinin əlli faizindən artıq məbləğdə olan əqd xüsusi əhəmiyyətli əqd hesab edilir. Xüsusi əhəmiyyətli əqdin bağlanılması barədə qərar cəmiyyətin iştirakçılarının ümumi yığıncağında qəbul edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-1244/2024 nömrəli Qərarında müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Auditorlar Palatasının 07 avqust 2023-cü il tarixli rəyinə əsasən – qeyd edilən müqavilələrin dəyəri xalis aktivlərinin dəyərinin əlli faizindən az olmuşdur. Belə ki, 2014-cü il üçün təqdim edilmiş mənfəət vergisinin əlavəsində (Əlavə 1) ilin əvvəlinə xalis aktivlər 1023730,20 manat, ilin sonuna isə 898400 manat qeyd edilmiş və həmin dövr müvafiq səyyar vergi yoxlamasından keçmişdir. Məhkəməyə təqdim edilən və mübahisələndirilən ayrı-ayrı şəxslərlə Cəmiyyətə məxsus mənzillərin alqı-satqı müqavilələrinin ayrı-ayrılıqda məbləğləri (ən yüksək 311710 manat) daha az olmuşdur.
28. Nəzərə alınmalıdır ki, qanunvericilikdə birbaşa nəzərdə tutulmuş hallar istisna olmaqla əqdin etibarlılığı və ya etibarsızlığı məsələləri iddia tələbindən və məhkəmədən kənarda mövcud olan hüquqi hadisələrdir. Etibarsızlıq, əqdin etibarlılıq şərtləri ilə bağlı bir anlayışdır. Yəni, əqd bağlanarkən qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğun olduqda etibarlı sayılır, uyğun olmadıqda isə etibarsız hesab edilir. Etibarlılıq şərtləri, bir müqavilənin əsaslı hüquqi nəticələr yaratmasını təmin edən tələblərdir. Qanunda bütün əqdlər üçün tələb olunan (əqdi bağlayan şəxsin anlaqlı olması, əqdin məzmununun mümkünsüz, məcburi hüquq qaydalarına zidd olmaması, əqdi əmələ gətirən iradə ifadələrinin sağlam/zədələnməmiş olması, iradə bəyanlarının uydurma və ya yalan olmaması) və müəyyən növ əqdlər üçün tələb edilən (qanunda nəzərdə tutulmuş formaya uyğun olması, gərəkli razılığın verilmiş olması və s.) etibarlılıq şərtləri nəzərdə tutulmuşdur.
29. Mülki Məcəllədə əqdlərin etibarsızlığı ilə əlaqədar göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri).
30. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar).
31. Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər.
32. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur;- gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur.
33. Məhkəmə onu qeyd edir ki, iddiaçı tərəfin iddia tələbini və daşınmaz əmlakın alqı-satqı qanuniliyini təkzib edən arqumentlərini iddianın təmin edilməsi üçün kifayət hesab etmir. Belə ki, müqavilənin bağlanması proseduru qanunauyğun aparılmış, müvafiq şəxslərlə müvafiq müqavilə bağlanmışdır.
34. Hesab edək ki, müqavilə lazımı qaydada yəni əqdi bağlayan şəxsin anlaqlı olması, əqdin məzmununun mümkünsüz, məcburi hüquq qaydalarına zidd olmaması, əqdi əmələ gətirən iradə ifadələrinin sağlam/zədələnməmiş olması, iradə bəyanlarının uydurma və ya yalan olmaması, qanunda nəzərdə tutulmuş formaya uyğun olması, gərəkli razılığın verilmiş olması və s. etibarlılıq şərtlərinə tam əməl edilmişdir. Lakin hər hansı bir bağlanmış müqavilə üzrə razılaşdırılmış məbləğ ödənilmir, qismən ödənilir və yaxud da həmin məbləğ ünvanına deyil, başqa şəxsə ödənilir. Bu halların mövcud olması o anlama gəlmir ki, həmin əqd etibarsızdır. Əksinə əqdin bağlanması proseduru tam qanunun tələblərinə uyğun aparılsa da, həmin əqdin icrası ilə bağlı qeyd edilən məsələlər ortaya çıxarsa bu məsələlərin icra qaydasında həll edilməsi və ya məhkəmə qaydasında məbləğin tutulması, həmçinin səhvən ödənilmiş vəsaitin geri qaytarılması və.s hallar mümkündür. Bu isə əqdin etibarsızlığına deyil, tərəflərin davranışları və mövqeləri nəzərə alınmaqla müqavilənin ləğv edilməsinə səbəb ola bilər.
35. Eyni zamanda, iddiaçının qeyd edilən çoxmənzilli yaşayış binasının tikintisində aktiv iştirakı, pul və maya formasında, aktivlərin cəlb edilməsi ilə bağlı fəaliyyəti təqdim edilmiş maliyyə sənədlərində ekspert və audit rəylərində müəyyən edilmir. Belə ki, Cəmiyyət cəlb etdiyi pul vəsaitini geri qaytarmamaq və ya mənimsəmək üçün satılmış mənzillərin dəyərini qəbul etməsəydi belə bu halda Cəmiyyət özünə ziyan vura bilərdi. İddiaçının təsisçi olaraq qoyduğu əmlak və digər payların məbləği ümumilikdə qoyduğu mayanın dəyəri hesabat sənədlərindən müəyyən edilir. Əgər əqd nəticəsində dəyərin azaldılması, dəyərin ödənilməməsi və digər hallarda ziyan çəkən tərəf Cəmiyyət ola bilər. Lakin Cəmiyyətin direktorunun yaşayış binalarının tikintisi üçün cəlb etdiyi borcalmalar və Cəmiyyətin onun təsisçisi olan direktoruna olan borcu nəzərə alınarsa burada ziyana düşən şəxs iddiaçı hesab edilə bilməz. İddiaçı Cəmiyyətin təsisçisi olaraq nizamnamə kapitalına qoyduğu mayaya uyğun əmlaka payının ödənilməsi qanunda nəzərdə tutulmuşdur.
36. Hüquqi şəxslərin təsisçilərinin hüquqi şəxsin nizamnamə kapitalına qoyduğu maya və ya paya uyğun hüquqlar əldə edib öhdəliklər daşıyırlar. İddiaçının cavabdeh Cəmiyyətin nizamnamə kapitalındakı payı və ya onun ekspert və ya audit rəyində göstərilən sonradan cəlb edilən cüzi vəsaiti qeyd edilən yaşayış binalarının tikintisinə kifayət etməməsi təqdim edilmiş qeyd edilən rəylər əsasında açıq-aydın görünür.
37. Məhkəmə tərəfindən hazırkı işə baxılması ilə əlaqədar olaraq Cəmiyyətin direktoru tərəfindən qeyd edilən müqavilələrin bağlanması ilə əlaqədar qanunun tələblərinin pozulması və cinayət faktları aşkar edilmədiyindən xüsusi qərardadın qəbul edilməsi və ya təqdimatın verilməsi ilə bağlı müvafiq tədbirlər görülməmişdir.
38. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri).
39. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli Qərarında qeyd etmişdir ki, Hüquq sistemlərində “həqiqət” anlayışına fərqli yanaşmalar mövcuddur. Anqlo-sakson hüquq sisteminə xas olan formal həqiqət xalis çəkişmədir və sübutetmə prosesində məhkəmənin passivliyini nəzərdə tutur: məhkəmə, tərəflərin sübut kimi təqdim etdiklərini dəyərləndirməklə kifayətlənən, qərəzsiz arbitr rolunda çıxış edir.
40. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar.
41. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.
42. Məhkəmə qeyd edilən işin faktiki hallarını və bu hallara tətbiq edilən qanunvericiliyin hüquqi izahları baxımından məsələyə yanaşaraq bu nəticəyə gəlir ki, iddiaçı X20 “X29” MMC-dən çıxması üçün cəmiyyətin növbədənkənar ümumi yığıncağının keçirilməsi və iddiaçı X20 cəmiyyətin nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsi ödənilməsi cavabdeh “X29” MMC tərəfindən təmin edilməli, iddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir.
Vİİ. Məhkəmə məsrəfləri:
43. İddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilməmiş 100 manat dövlət rüsumunun 50 manatı iddiaçıdan, 50 manatı cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməli, aparılmış tədqiqatın dəyəri olan 100 manat pulun 50 manat hissəsi iddiaçı X20, 50 manat hissəsi isə cavabdeh “X29” MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
Vİİİ Nəticə:
44. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı X20 “X29” MMC-dən çıxması üçün cəmiyyətin növbədənkənar ümumi yığıncağı keçirilməsi və iddiaçı X20 cəmiyyətin nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsi ödənilməsi cavabdeh “X29” MMC tərəfindən təmin edilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilməmiş 100 manat məbləğində dövlət rüsumunun 50 manatı iddiaçıdan, 50 manatı cavabdeh “X29” MMC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Aparılmış tədqiqatın dəyəri olan 100 manat pulun 50 manat hissəsi iddiaçı X22, 50 manat hissəsi isə Cavabdeh1 MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X5, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41nabz********************, sfift bik: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, Vöen: **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mübariz Hüseynov