Məhkəmə qərarları › İş №e-2-2(117)-30/2020

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-30/2020

13.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-30/2020 13.03.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Həmidov Vüsal Namiq oğlunun katibliyi, cavabdeh “xxxx” MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı 4 saylı X2 cavabdeh “xxxx” MMC-yə qarşı “cavabdehin xx.xx.2019-cu il tarixə dövlət büdcəsinə ödənilməmiş 209056,50 manat borcunun ödənilməsininin təmin edilməsi məqsədilə 328647,50 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Vergi ödəyicisi olan cavabdeh vergi öhdəliklərini yerinə yetirmədiyindən onun xx.xx.2019-cu il tarixə dövlət büdcəsinə 209206,50 manat məbləğində borcu yaranmış və cavabdehin şəxsi hesab vərəqəsinə əsasən onun xx.xx.2019-cu il tarixə 209056,50 manat borcu vardır. Yaranmış borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən vergi orqanının xx.xx.2019-cu il tarixli **********5 nömrəli və xx.xx.2019-cu il tarixli **********809300 nömrəli qərarları əsasında xx.xx.2019-cu il tarixli **********5 nömrəli protokolla cavabdehə məxsus əmlak – hər birinin dəyəri 2,5 manat olan 32224 ədəd 0,5 llik Polyarniy Medved araq, hər birinin dəyəri 2,5 manat olan 540 ədəd 0,5 l-lik White Fox araq, hər birinin dəyəri 3,5 manat olan 351 ədəd 0,7 l-lik White Fox araq, hər birinin dəyəri 4,5 manat olan 240 ədəd 1 l-lik White Fox araq, hər birinin dəyəri 2,5 manat olan 2464 ədəd 0,5 l-lik White Owl araq, hər birinin dəyəri 2,5 manat olan 14256 ədəd 0,5 l-lik Dina araq, hər birinin dəyəri 3,5 manat olan 8145 ədəd 0,7 l-lik Dina araq, hər birinin dəyəri 2,5 manat olan 1944 ədəd 0,5 l-lik Green Leaf araq, hər birinin dəyəri 3,5 manat olan 999 ədəd 0,7 l-lik Green Leaf araq, hər birinin dəyəri 2,5 manat olan 3043 ədəd 0,5 l-lik Stolicniy Kr qırmızı araq, hər birinin dəyəri 3,5 manat olan 5922 ədəd 0,7 l-lik Stolicniy Kr qırmızı araq, hər birinin dəyəri 4,5 manat olan 2976 ədəd 1 l-lik Stolicniy Kr qırmızı araq, hər birinin dəyəri 3,5 manat olan 1188 ədəd 0,7 l-lik Çarskaya Peçat araq, hər birinin dəyəri 3,5 manat olan 5130 ədəd 0,7 l-lik Çempion araq, hər birinin dəyəri 2,5 manat olan 6540 ədəd 0,5 l-lik Veliriy Status araq, hər birinin dəyəri 3,5 manat olan 9540 ədəd 0,7 l-lik Veliriy Status araq, hər birinin dəyəri 4,5 manat olan 3430 ədəd 1 l-lik Veliriy Status araq, hər birinin dəyəri 2,5 manat olan 930 ədəd 0,5 l-lik Rural (wisciy), hər birinin səyəri 2,5 manat olan 2976 ədəd 0,5 l-lik Stolicniy Kr göy araq, hər birinin dəyəri 3,5 manat olan 5976 ədəd 0,7 l-lik Stolicniy Kr göy araq və hər birinin dəyəri 4,5 manat olan 2346 ədəd 1 l-lik Stolicniy Kr göy araq siyahıya alınmışdır. xx.xx.2019-cu il tarixli xəbərdarlıq məktubu ilə cavabdehdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq edilmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırki mübahisə yaranmışdır. Borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, vergi ödəyicisi vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə vergi borcu yaranmışdır. Lakin görülən tədbirlərə baxmayaraq, qeyd olunan borc məbləği bu günədək ödənilməmişdir. Vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə qərar çıxarmış, həmin qərar əsasında cavabdehin dövlət büdcəsinə yaranan borcuna görə əmlakı siyahıya alınmış və bu barədə əmlakın siyahıya alınması haqqındaprotokol tərtib edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət edərək bildirdi ki, 4 saylı ƏVİ-nin iddiasını etiraf edirlər. Vergi borcunun ödənilməsi üçün 328647,50 manat məbləğində siyahıya alınmış əmlakın satılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəblərini bildirməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: cavabdehin şəxsi hesab vərəqəsinin surəti, əmlakın siyahıya alınmasına dair vergi orqanının qərarları, iddiaçı tərəfindən cavabdeh barədə tərtib edilmiş əmlakın siyahıya alınması barədə protokolun surəti, Akt, Bildiriş, Xəbərdarlıq daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, vergi ödəyicisi olan cavabdeh vergi öhdəliklərini yerinə yetirmədiyindən onun xx.xx.2019-cu il tarixə dövlət büdcəsinə 209206,50 manat məbləğində borcu yaranmış və yaranmış borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən vergi orqanının xx.xx.2019-cu il tarixli **********5 nömrəli və xx.xx.2019-cu il tarixli **********809300 nömrəli qərarları əsasında xx.xx.2019-cu il tarixli **********5 nömrəli protokolla cavabdehə məxsus 328647,50 manat dəyərində əmlak siyahıya alınmışdır. xx.xx.2019-cu il tarixli xəbərdarlıq məktubu ilə cavabdehdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq edilmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırki mübahisə yaranmışdır. Cavabdehin nümayəndəsi xx.xx.2020-ci il tarixli məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət edərək bildirdi ki, 4 saylı ƏVİ-nin iddiasını etiraf edirlər. Vergi borcunun ödənilməsi üçün 328647,50 manat məbləğində siyahıya alınmış əmlakın satılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia cavabdeh tərəfindən etiraf edildiyindən və borcun etiraf edilməsi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından iddianın etiraf edilməsi məhkəmə tərəfindən qəbul edilməli və iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: İddia təmin edilsin. Cavabdeh “xxxx” MMC-nin dövlət büdcəsinə olan 209056,50 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 328647,5 manat məbləğində siyahıya alınmış əmlakı ixtisaslaşdırılmış açıq hərraclar vasitəsilə satılsın. Cavabdeh “xxxx” MMC-dən 30 (otuz) manat dövlət rüsumu dövlət gəlirinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar