Məhkəmə qərarları › İş №e-2-2(117)-301/2023

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-301/2023

11.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-301/2023 11.05.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “xx.xx.2022-ci il tarixli üzləşmə aktına əsasən 814,13 manat, xx.xx.2020-ci il tarixli üzləşmə aktına əsasən 1618 manat əsas borc məbləği, 70 manat gecikdirilmiş dövr üçün, 60 manat mediasiya xərci, 110 manat hüquqi xidmət üçün vəkilə ödənilmiş pulun cavabdehdən tutulması” tələbinə dair işə məhkəmənin binasında, məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.2022-ci il tarixli üzləşmə aktına əsasən 814,13 manat, xx.xx.2020-ci il tarixli üzləşmə aktına əsasən 1618 manat əsas borc məbləği, 70 manat gecikdirilmiş dövr üçün, 60 manat mediasiya xərci, 110 manat hüquqi xidmət üçün vəkilə ödənilmiş pulun cavabdehdən tutulması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxrtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İddiaçı elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək zəruriyyət aradan qalxdığından iddia ərizəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını və iddiaçının ərizəsini araşdırıb hesab edir ki, iddia ərizəsi qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırki iddiaya məhkəmə tərəfindən baxılmasını istəmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı QSC-nin Cavabdeh qarşı “xx.xx.2022-ci il tarixli üzləşmə aktına əsasən 814,13 manat, xx.xx.2020-ci il tarixli üzləşmə aktına əsasən 1618 manat əsas borc məbləği, 70 manat gecikdirilmiş dövr üçün, 60 manat mediasiya xərci, 110 manat hüquqi xidmət üçün vəkilə ödənilmiş pulun cavabdehdən tutulması” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver