Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-360/2021 26.05.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, iddiaçı 8 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh ASC-yə qarşı “03.05.2021-ci il tarixinə İşsizlikdən Sığorta Fonduna 1808,48 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 8000 manat məbləğində siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı 8 saylı Ərazi Vergilər İdarəsi Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “03.05.2021-ci il tarixinə İşsizlikdən Sığorta Fonduna 1808,48 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 8000 manat məbləğində siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, hazırkı mübahisəyə ərazi aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən baxılmalı olmadığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarından göründüyü kimi, iş üzrə Cavabdeh ASC-nin hüquqi ünvanı İmişli rayonu Bəhrəmtəpə ŞTQ-dir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir.... 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14.11.2019-cu il tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasına əsasən İmişli rayonu Şirvan Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Göründüyü kimi İmişli rayonunda qeydiyyata alınmış hazırkı cavabdehə qarşı iddia tələbinə hazırki məhkəmədə deyil, Şirvan Kommersiya Məhkəməsində baxılmalıdır. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin başlığında da ərizə Şirvan Kommersiya Məhkəməsinə ünvanlanmış, lakin elektron qaydada Şəki Kommersiya Məhkəməsinə göndərilmişdir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı 8 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh ASC-yə qarşı “03.05.2021-ci il tarixinə İşsizlikdən Sığorta Fonduna 1808,48 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 8000 manat məbləğində siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-360/2021
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-360/2021
26.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver