Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-382/2021 27.09.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, iddiaçı Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinin cavabdeh "xxxx" ASC-yə qarşı “qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 23260,03 manat vergi və Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 89380,08 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 19000 manat və 41000 manat məbləğində siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əvvəlcə “02.06.2020-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 41000 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 89380,08 borcunun ödənilməsinin tələb edilməsi məqsədi ilə 41000 manat siyahıya alınmış əmlakın satılması” tələbi ilə müraciət etmiş, 17.08.2021-ci il tarixdə iddia ərizəsinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə müraciət edərək, “qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 23260,03 manat vergi və Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 89380,08 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 19000 manat və 41000 manat məbləğində siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması” tələbi üzrə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Vergi ödəyicisi olan cavabdeh vergi öhdəliklərini yerinə yetirmədiyindən onun dövlət büdcəsinə ödənilməmiş 23260,03 manat vergi və Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 89380,08 manat məbləğində vergi borcu vardır. 14.04.2021-ci il tarixli xəbərdarlıq məktubu ilə cavabdehdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq edilmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmışdır. Yaranmış borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən vergi orqanının 04.01.2019-cu il tarixli **********1 nömrəli qərarı əsasında 08.04.2021-ci il tarixli **********1 protokolla cavabdehə məxsus dəyəri 19000 manat olan 1 ədəd Mercedes Benz yük avtombili (Dövlət qeydiyyat nişanı - 36AC354 olan, Ban № WDB903662 1R358952, 2001-ci il istehsalı), 02.06.2020-ci il tarixli **********4 nömrəli qərarı əsasında 08.04.2021-ci il tarixli **********4 protokolla cavabdehə məxsus dəyəri 20000 manat olan 1 ədəd Mercedes Benz yük avtombili (Dövlət qeydiyyat nişanı - 36AC353 olan, Ban № WDB903662 1R381440, 2002-ci il istehsalı), dəyəri 21000 manat olan 1 ədəd Mercedes Benz yük avtombili (Dövlət qeydiyyat nişanı - 36AC357 olan, Ban № WDB903662 1R721362, 2004-ci il istehsalı) siyahıya alınmışdır. Borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, vergi ödəyicisi vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə vergi və Dövlət Sosial Müdafiə Fonduna sosial sığorta borcu yaranmışdır. Lakin görülən tədbirlərə baxmayaraq, qeyd olunan borc məbləği bu günədək ödənilməmişdir. Vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə qərar çıxarmış, həmin qərar əsasında cavabdehin dövlət büdcəsinə yaranan borcuna görə əmlakı siyahıya alınmış və bu barədə əmlakın siyahıya alınması haqqında protokol tərtib edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Vergi orqanının 04.01.2019-cu il tarixli **********1 nömrəli qərarı əsasında 08.04.2021-ci il tarixli **********1 protokolla cavabdehə məxsus dəyəri 19000 manat olan 1 ədəd Mercedes Benz yük avtombili (Dövlət qeydiyyat nişanı - 36AC354 olan, Ban № WDB903662 1R358952, 2001-ci il istehsalı), 02.06.2020-ci il tarixli **********4 nömrəli qərarı əsasında 08.04.2021-ci il tarixli **********4 protokolla cavabdehə məxsus dəyəri 20000 manat olan 1 ədəd Mercedes Benz yük avtombili (Dövlət qeydiyyat nişanı - 36AC353 olan, Ban № WDB903662 1R381440, 2002-ci il istehsalı), dəyəri 21000 manat olan 1 ədəd Mercedes Benz yük avtombili (Dövlət qeydiyyat nişanı - 36AC357 olan, Ban № WDB903662 1R721362, 2004-ci il istehsalı) olan avtomobillər Azərbaycan Respublikası Ali Məhkəməsinin 13.11.2017-ci il tarixli 2-2(107)388/2017 nömrəli icra vərəqəsinə əsasən Qəbələ Rayon İcra və Probasiya şöbəsinin 05.12.2017-ci il tarixli qərarı ilə, eyni zamanda Şəki İnzibati-İqtisadi Məhkəməsinin 02.06.2017-ci il tarixli 2- 2(084)-93/2017 nömrəli icra sənədinə əsasən özgəninkiləşdirilməməsi barədə qeydlər aparılmış, həmin əmlaklar üzərinə həbs qoyulmuş, əmlakların qiymətləndirilməsi və əmlaklarla bağlı açıq hərracın keçirilməsi mərhələsindədir. Həmin avtomobillər hazırda cavabdehin mülkiyyətindədir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında özlərinin və ya nümayəndələrinin iştirakını təmin etməmiş, iddiaçının nümayəndəsi məhkəmə iclasının onun iştirakı olmadan baxılıb müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə, hazırkı işin təxirə salınması üçün konkret əsaslar müəyyən etməmiş və Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: cavabdehin şəxsi hesab vərəqəsinin surəti, əmlakın siyahıya alınmasına dair vergi orqanının 04.01.2019-cu il tarixli **********1 nömrəli və 02.06.2020-ci il tarixli **********4 nömrəli nömrəli qərarları, iddiaçı tərəfindən cavabdeh barədə tərtib edilmiş əmlakın siyahıya alınması barədə 08.04.2021-ci il tarixli **********1 nömrəli və 08.04.2021-ci il tarixli **********4 nömrəli protokolun surəti, xəbərdarlıq və bildiriş daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1-ci və 24.0.1-ci maddələri ilə vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş vergiləri ödəmək, vergi orqanının üzərinə isə vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək vəzifələri qoyulmuşdur. 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. 78.1-ci maddəsinin tələblərinə görə vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. 90.1-ci maddəsinə görə vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə vergi orqanı vergi öhdəliyinin icrasının təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması barədə məhkəməyə müraciət edə bilər. Məhkəmə cavabdehin hazırda mülkiyyətində olan 1 ədəd Mercedes Benz yük avtombili (Dövlət qeydiyyat nişanı - 36AC354 olan, Ban № WDB903662 1R358952, 2001ci il istehsalı), 20000 manat olan 1 ədəd Mercedes Benz yük avtombili (Dövlət qeydiyyat nişanı - 36AC353 olan, Ban № WDB903662 1R381440, 2002-ci il istehsalı) və dəyəri 21000 manat olan 1 ədəd Mercedes Benz yük avtombili (Dövlət qeydiyyat nişanı - 36AC357 olan, Ban № WDB903662 1R721362, 2004-ci il istehsalı) olan avtomobillərin digər məhkəmə qərarlarının icrası ilə bağlı hazırda açıq hərrac vasitəsilə satılması prosesinin getməsi və hazırkı məhkəmə qərarı ilə həmin əmlakların açıq hərracda satılması ilə bağlı qərarın qəbul edilməsi ilə bağlı aşağıdakılar qeyd edilməlidir. Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin tələblərinə görə daşınar əmlakın yüklülüyü dövlət, bələdiyyə və xüsusi yüklülük növlərinə bölünür. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.1-ci maddəsinə uyğun olaraq, vergi orqanı tərəfindən vergi borcları, onlara hesablanmış faizlər və tətbiq olunmuş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisinin əmlakının siyahıya alınması dövlət və bələdiyyə yüklülüyünə daxildir. Həmin Qanunun 6-cı maddəsinin tələblərinə görə eyni daşınar əmlak bir neçə yüklülüyün predmeti olduqda, yüklülük sahiblərinin tələbləri növbəliklə ödənilməsi müəyyən edilmişdir. Həmin Qanunun 7-ci maddəsində eyni növbəli yüklülük sahiblərinin tələblərinin ödənilməsi qaydası müəyyən edilmişdir. Qeyd edilən Qanunun 3.1-ci maddəsinə əsasən daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan daşınar əşyalar və dövlət qeydiyyatına alınmalı olan qiymətli kağızlar istisna olmaqla, yüklülük predmetini istənilən daşınar əmlak, habelə hüquqlar və tələblər, o cümlədən gələcəkdə yüklülük sahibinin mülkiyyətində olacaq daşınar əmlak təşkil edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 75-ci maddəsində tələbkarların tələblərinin icra sənədləri üzrə təmin edilməsinin növbəliliyi müəyyən edilmişdir. Qeyd edilən qanunvericiliyin məzmunundan müəyyən edilir ki, rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əmlakların bir neçə yüklülülyü mövcud ola bilər, həmin əmlaklar hesabına ödənilmə ilə bağlı tələblər üzrə müvafiq icra sənədləri əsasında növbəlilik nəzərə alınmaqla ödənilə bilər. Ona görə vergi orqanının tələbindən imtina üçün əsaslar mövcud deyildir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, cavabdehin 04.01.2019-cu il və 02.06.2020-ci il tarixlərə dövlət büdcəsinə ödənilməmiş 23260,03 manat vergi və Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 89380,08 manat sosial sığorta borcu yaranmış və həmin borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Məhkəmə hesab edir ki, vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş vergiləri və digər məcburi ödənişləri ödəmək vəzifəsi qoyulduğundan və o, qeyd edilən öhdəliyin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi və digər məcburi ödənişlər üzrə öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdeh olduğundan iddia tələbi təmin edilməli və cavabdehin dövlət büdcəsinə 04.01.2019-cu il və 02.06.2020-ci il tarixlərə dövlət büdcəsinə ödənilməmiş 23260,03 manat vergi və Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 89380,08 manat borcunun ödənilməsini təmin etmək məqsədi ilə ona məxsus olan 19000 manat və 41000 manat dəyərində siyahıya alınmış əmlak ixtisaslaşdırılmış açıq hərraclar vasitəsi ilə satılmalıdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Buna görə də cavabdehdən 30 (otuz) manat dövlət rüsumu dövlət gəlirinə tutulmalıdır. Nəticəvi hissə: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin 02.06.2020-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 23260,03 manat vergi borcu və Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 89380,08 manat sosial sığorta borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 19000 manat və 41000 manat məbləğində siyahıya alınmış əmlakı (məxsus dəyəri 19000 manat olan 1 ədəd Mercedes Benz yük avtombili (Dövlət qeydiyyat nişanı - 36AC354 olan, Ban № WDB903662 1R358952, 2001-ci il istehsalı), dəyəri 20000 manat olan 1 ədəd Mercedes Benz yük avtombili (Dövlət qeydiyyat nişanı - 36AC353 olan, Ban № WDB9036621R381440, 2002-ci il istehsalı), dəyəri 21000 manat olan 1 ədəd Mercedes Benz yük avtombili (Dövlət qeydiyyat nişanı - 36AC357 olan, Ban № WDB903662 1R721362, 2004-ci il istehsalı)) ixtisaslaşdırılmış açıq hərraclar vasitəsi ilə satılsın. Cavabdeh "xxxx" ASC-dən 30 (otuz) manat dövlət rüsumu dövlət gəlirinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-382/2021
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-382/2021
27.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver