Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-396/2020 24.09.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, iddiaçı 13 saylı X1 Cavabdeh qarşı “xx.xx.2019cu il tarixə ödənilməmiş 364,75 manat vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 500 manat məbləğində siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması” tələbinə dair iş üzrə iddiaçı 13 saylı X1 icraata xitam verilməsi barədə ərizəsinə baxaraq, müəyyən etdi: İddiaçı 13 saylı X2 Cavabdeh qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək “xx.xx.2019-cu il tarixə ödənilməmiş 364,75 manat vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 500 manat məbləğində siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması” barədə qətnamə qəbul edilməsini xahiş etmiş, iddia ərizəsi məhkəmənin icraatına qəbul edilənədək xx.xx.2019-cu il tarixli ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən borc məbləğinin tam ödənildiyini və iddiadan imtina etdiklərini bildirmiş və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırki sadələşdirilmiş iddia ərizəsi xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olduğundan və icraata götürülənədək iddiaçı tərəfindən cavabdehin borc məbləğini tam ödəməsi barədə ərizə təqdim olunduğundan məhkəmə hesab edir ki, tərəflər arasında artıq mübahisə mövcud olmadığından iddiaçının iş üzrə icraata xitam verilməsi barədə ərizəsi iddia ərizəsinin geri qaytarılması kimi qiymətləndirilərək iddia ərizəsi və ona əlavə edilmiş sənəldər qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı 13 saylı X1 Cavabdeh qarşı “xx.xx.2019-cu il tarixə ödənilməmiş 364,75 manat vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 500 manat məbləğində siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-396/2020
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-396/2020
24.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver