Məhkəmə qərarları › İş №e-2-2(117)-412/2020

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-412/2020

28.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-412/2020 28.10.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Həmidov Vüsal Namiq oğlunun katibliyi ilə, İddiaçı 13 saylı X1 Cavabdeh Məhdud Məsuliyyətlinə qarşı “cavabdehin xx.xx.2020ci il tarixə dövlət büdcəsinə ödənilməmiş ******* manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə ******* manat məbləğində siyahıya alınmış əmlakın (1 ədəd, 400000 manat dəyərində istehsal avadanlığının (qurğusunun), 1 ədəd 100000 manat dəyərində qazanxana qurğusunun, 1 ədəd 50000 manat dəyərində idarəetmə pultunun, 3 ədəd, ədədin biri 150000 manat olmaqla cəmi 450000 manat dəyərində çənin (rezervuarın), 1 ədəd 50000 manat dəyərində üyütmə sexinin, 2 ədəd, ədədin biri 25000 manat olmaqla cəmi 50000 manat dəyərində iri tonnajlı tərəzinin, Balakən rayonu Şambul kəndi ərazisində yerləşən və müvafiq çıxarışla cavabdehə məxsus, 200000 manat dəyərində 102,5 hektar torpaq sahəsinin, Balakən rayonu Katex kəndi ərazisində yerləşən və müvafiq çıxarışla cavabdehə məxsus, 300000 manat dəyərində 12 hektar bağ sahəsinin və Balakən şəhəri, Nigar Rəfibəyli küçəsində yerləşən və müvafiq çıxarışla cavabdehə məxsus, 100000 manat dəyərində 1011,80 kv. metr qeyriyaşayış binasının) ixtisaslaşdırılmış açıq hərracda satılması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı 13 saylı X2 Cavabdeh Məhdud Məsuliyyətlinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehin xx.xx.2020-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş ******* manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə ******* manat məbləğində siyahıya alınmış əmlakın (1 ədəd, 400000 manat dəyərində istehsal avadanlığının (qurğusunun), 1 ədəd 100000 manat dəyərində qazanxana qurğusunun, 1 ədəd 50000 manat dəyərində idarəetmə pultunun, 3 ədəd, ədədin biri 150000 manat olmaqla cəmi 450000 manat dəyərində çənin (rezervuarın), 1 ədəd 50000 manat dəyərində üyütmə sexinin, 2 ədəd, ədədin biri 25000 manat olmaqla cəmi 50000 manat dəyərində iri tonnajlı tərəzinin, Balakən rayonu Şambul kəndi ərazisində yerləşən və müvafiq çıxarışla cavabdehə məxsus, 200000 manat dəyərində 102,5 hektar torpaq sahəsinin, Balakən rayonu Katex kəndi ərazisində yerləşən və müvafiq çıxarışla cavabdehə məxsus, 300000 manat dəyərində 12 hektar bağ sahəsinin və Balakən şəhəri, Nigar Rəfibəyli küçəsində yerləşən və müvafiq çıxarışla cavabdehə məxsus, 100000 manat dəyərində 1011,80 kv. metr qeyri-yaşayış binasının) ixtisaslaşdırılmış açıq hərracda satılması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə (elektron kabinet, sms bildiriş, poçt) xəbərdar edilmələlərinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və tərəflər işə iştirakları olmadan baxılması barədə məhkəməyə müraciət etməmişlər. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İddiaçının diqqətinə çatdırılır ki, iddianın baxılmamış saxlanılması yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı 13 saylı X1 Cavabdeh Məhdud Məsuliyyətlinə qarşı “cavabdehin xx.xx.2020ci il tarixə dövlət büdcəsinə ödənilməmiş ******* manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə ******* manat məbləğində siyahıya alınmış əmlakın (1 ədəd, 400000 manat dəyərində istehsal avadanlığının (qurğusunun), 1 ədəd 100000 manat dəyərində qazanxana qurğusunun, 1 ədəd 50000 manat dəyərində idarəetmə pultunun, 3 ədəd, ədədin biri 150000 manat olmaqla cəmi 450000 manat dəyərində çənin (rezervuarın), 1 ədəd 50000 manat dəyərində üyütmə sexinin, 2 ədəd, ədədin biri 25000 manat olmaqla cəmi 50000 manat dəyərində iri tonnajlı tərəzinin, Balakən rayonu Şambul kəndi ərazisində yerləşən və müvafiq çıxarışla cavabdehə məxsus, 200000 manat dəyərində 102,5 hektar torpaq sahəsinin, Balakən rayonu Katex kəndi ərazisində yerləşən və müvafiq çıxarışla cavabdehə məxsus, 300000 manat dəyərində 12 hektar bağ sahəsinin və Balakən şəhəri, Nigar Rəfibəyli küçəsində yerləşən və müvafiq çıxarışla cavabdehə məxsus, 100000 manat dəyərində 1011,80 kv. metr qeyriyaşayış binasının) ixtisaslaşdırılmış açıq hərracda satılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar