Məhkəmə qərarları › İş №e-2-2(117)-528/2020

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-528/2020

01.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-528/2020 01.12.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, iddiaçı 13 saylı X1 Cavabdeh qarşı “xx.xx.2020-ci il tarixə sosial sığorta haqları üzrə borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 535 manat borcun ödənilməsinin təmin edilməsi məqsədilə 650 manat dəyərində siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması” tələbinə dair iş üzrə iddiaçı 13 saylı X1 iddiadan imtina barədə ərizəsinə baxaraq, müəyyən etdi: İddiaçı 13 saylı X2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.2020-ci il tarixə sosial sığorta haqları üzrə borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 535 manat borcun ödənilməsinin təmin edilməsi məqsədilə 650 manat dəyərində siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı xx.xx.2020-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək 535 manat borcun cavabdeh tərəfindən ödənildiyini bildirmiş və iddiadan imtina edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini araşdırıb hesab edir ki, iddiaçının iddiadan imtina etməsi qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozulmadığından, habelə tərəflər arasında mübahisə məhkəmədən kənar qaydada həll edildiyindən iddiaçının iddiadan imtina etməsi qəbul olunmalı və işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1.-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı 13 saylı X1 Cavabdeh qarşı “xx.xx.2020-ci il tarixə sosial sığorta haqları üzrə borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 535 manat borcun ödənilməsinin təmin edilməsi məqsədilə 650 manat dəyərində siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması” tələbinə dair iş üzrə iddiaçının iddiadan imtinası qəbul edilsin və e-2- 2(117)-528/2020 nömrəli işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar