Məhkəmə qərarları › İş №e-2-2(117)-618/2021

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-618/2021

28.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-618/2021 28.09.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, cavabdeh Balakən rayon İstehsal-İstehlak kooperativinin sədri X7 və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin cavabdeh Balakən rayon İstehsal-İstehlak Kooperativinə qarşı “Cavabdehin 26.10.2020-ci il tarixə qeyd olunan sosial sığorta haqları üzrə borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 11102 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə cəmi 15000 manat məbləğində siyahıya alınmış əmlakın (15000 manat dəyərində istifadəyə yararlı qeyriyaşayış binasının (sahəsi 62 kv.metr olan birmərtəbəli Mağaza binası) açıq hərracda satılması” tələbinə dair iş üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Vergi ödəyicisi olan cavabdeh vergi öhdəliklərini yerinə yetirmədiyindən onun 26.10.2020-ci il tarixə sosial sığorta haqları üzrə dövlət büdcəsinə ödənilməmiş 11102 manat məbləğində vergi borcu vardır. 16.04.2021-ci il tarixli xəbərdarlıq məktubu ilə cavabdehdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq edilmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmışdır. Yaranmış borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən vergi orqanının 26.10.2020-ci il tarixli **********9 nömrəli qərarı, 31.03.2021-ci il tarixli əmlakın siyahıya alınmasına dair qərar üzrə icraatın təzələnməsi haqqında **********423000 nömrəli qərarına əsasən, 13.04.2021-ci il tarixli **********9 protokolla cavabdehə məxsus dəyəri 15000 manat olan qeyri-yaşayış binası (62kv.m mağaza binası, 1 mərtəbəli tikili) siyahıya alınmışdır. Borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, vergi ödəyicisi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Lakin görülən tədbirlərə baxmayaraq, qeyd olunan borc məbləği bu günədək ödənilməmişdir. Vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə qərar çıxarmış, həmin qərar əsasında cavabdehin dövlət büdcəsinə yaranan borcuna görə əmlakı siyahıya alınmış və bu barədə əmlakın siyahıya alınması haqqında protokol tərtib edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdeh Balakən rayon İstehsal-İstehlak kooperativinin sədri X7 və nümayəndəsi X4 izahatlarında bildirmişdir ki, vergi orqanının siyahıya aldığı əmlak Balakən rayon İstehsal-İstehlak kooperativinin mülkiyyətində deyildir. Belə ki, 21.04.2021-ci il tarixli ******* nömrəli Daşınmaz əmlakın Alqı-satqı müqaviləsinə əsasən Balakən rayon İstehsal- İstehlak kooperativi Balakən rayon Katex kəndində yerləşən 62 kv.m qeyri yaşayış binasının (mağaza) X1. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir cavabdeh tərəfin məhkəmə iclasında iştirakı təmin edilmiş , iddiaçının nümayəndəsi isə 04.08.2021ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsnin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara cavabdehin şəxsi hesab vərəqəsinin surəti, əmlakın siyahıya alınmasına dair vergi orqanının 26.10.2020-ci il tarixli **********9 nömrəli qərarı, 31.03.2021-ci il tarixli əmlakın siyahıya alınmasına dair qərar üzrə icraatın təzələnməsi haqqında **********423000 nömrəli qərarı, iddiaçı tərəfindən cavabdeh barədə tərtib edilmiş əmlakın siyahıya alınması barədə 13.04.2021-ci il tarixli **********9 nömrəli protokolun surəti, xəbərdarlıq və bildiriş daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1-ci və 24.0.1-ci maddələri ilə vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş vergiləri ödəmək, vergi orqanının üzərinə isə vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək vəzifələri qoyulmuşdur. 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. 78.1-ci maddəsinin tələblərinə görə vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər, lakin bu normada həmin şəxsin mülkiyyətində olan əmlak nəzərdə tutulub. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, cavabdehin 26.10.2020-ci il tarixdə dövlət büdcəsinə ödənilməmiş vergilər üzrə 11102 manat borcu yaranmış və həmin borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Məhkəmə hesab edir ki, vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş vergiləri ödəmək vəzifəsi qoyulduğundan və o, verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməlidir. Lakin cavabdehin dövlət büdcəsinə 26.10.2020-ci il tarixə yaranmış 11102 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək məqsədi ilə ona məxsus olan 15000 manat dəyərində siyahıya alınmış əmlakı (qeyri-yaşayış binası (62kv.m mağaza binası, 1 mərtəbəli tikili) 21.04.2021-ci il tarixli ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Balakən rayon İstehsal-İstehlak kooperativi həmin mağazanı X2 və həmin daşınmaz əmlak 16.05.2021-ci il tarixli **********09-06301 nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daaşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən yeni mülkiyyətçinin adına hüquqi qeydiyyatdan keçmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, qanunvericilik sistemi mülkiyyətçinin hüquqlarının dövlət tərəfindən qorunmasına və həmin hüquqlara təminat verməsini nəzərə alaraq iddianın təmin edilməsi üçüncü şəxsin mülkiyyətin hüquqlarını pozması ilə nəticələnəcəyi səbəbindən qanunsuz və əsassız olardı. Məhkəmə qeyd edir ki, həmin əmlak 13.04.2021-ci il tarixdə vergi orqanı tərəfindən dövlət büdcəsinə olan borcun ödənilməsi məqsədi ilə siyahıya alınmış, 16.04.2021-ci il tarixli Çıxarışa əsasən mübahisəli əmlak cavabdehin mülkiyyətində olmuş, qeyd edilən əmlak üzrə alqı-satqı isə 21.04.2021-ci il tarixində həyata keçirilmişdir. İddiaçı olan vergi orqanının nəzərinə çatdırılır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 303.1-ci maddəsinə əsasən siyahıya alınmış və ya üzərinə həbs qoyulmuş əmlakın etibar olunmuş şəxs tərəfindən israf edilməsi, özgəninkiləşdirilməsi, gizlədilməsi, həmçinin dəyişdirilməsi, habelə üzərinə həbs qoyulmuş pul vəsaitləri (əmanətləri) ilə bank əməliyyatlarının bank və ya digər kredit təşkilatının nümayəndəsi tərəfindən həyata keçirilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuş, iddiaçı bu məsələ ilə bağlı aidiyyəti üzrə müraciət edə bilər. Məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, iddia tələbi bütövlükdə əsassız olduğundan rədd edilməlidir. Nəticəvi hissə: İddiaçı Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin cavabdeh Balakən rayon İstehsal-İstehlak Kooperativinə qarşı “Cavabdehin 26.10.2020-ci il tarixə qeyd olunan sosial sığorta haqları üzrə borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 11102 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə cəmi 15000 manat məbləğində siyahıya alınmış əmlakın (15000 manat dəyərində istifadəyə yararlı qeyriyaşayış binasının (sahəsi 62 kv.metr olan birmərtəbəli Mağaza binası) açıq hərracda satılması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlı̇ k edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar