Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-671/2021 22.10.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, iddiaçı Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsinin Cavabdeh qarşı “30.06.2021-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 325,93 manat məbləğində vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 1455 manat məbləğində siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Vergi ödəyicisi olan cavabdeh öhdəliklərini yerinə yetirmədiyindən onun 30.06.2021ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 325,93 manat məbləğində manat borcu vardır. 02.06.2021-ci il tarixli bildiriş ilə cavabdehdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq edilmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmışdır. Yaranmış borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən vergi orqanının 30.06.2021-ci il tarixli **********3 nömrəli qərarı əsasında 26.07.2021-ci il tarixli **********3 nömrəli protokolla cavabdehə məxsus dəyəri 200 manat olan 1 ədəd soyuducu (İndesit), dəyəri 200 manat olan 1 ədəd soyuducu (Uğur), dəyəri 300 manat olan 1 ədəd televizor (Samsung), dəyəri 200 manat olan 1 ədəd pivə aparatı (30 litrlik), dəyəri 250 manat olan televizor (Skywarth), vahidinin dəyəri 15 manat olan 7 ədəd stul (taxta), dəyəri 30 manat olan stol (qabaq), dəyəri 50 manat olan divan (böyük), vahidinin dəyəri 10 manat olan 6 ədəd stul (dəmir) və vahidini dəyəri 20 manat olan 3 ədəd stol (qabaq) siyahıya alınmışdır. Borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, vergi ödəyicisi vergi yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə 325,93 manat borcu yaranmışdır. Lakin görülən tədbirlərə baxmayaraq, qeyd olunan borc məbləği bu günədək ödənilməmişdir. Vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə qərar çıxarmış, həmin qərar əsasında cavabdehin dövlət büdcəsinə yaranan borcuna görə əmlakı siyahıya alınmış və bu barədə əmlakın siyahıya alınması haqqında protokol tərtib edilmiş və məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, məhkəmə bildirişi “qapı bağlıdır” qeydi ilə geri qaytarılmış, cavabdehə və ya ailə üzvlərinə ilkin çatdırılması mümkün olmadığından çatdırılması üçün ə Mingəçevir Şəhər İcra Hakimiyyətinə göndərilmiş, 04.10.2021-ci il tarixdə qeyd edilən bildiriş qəbul edilmişdir. Lakin cavabdeh iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən, cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: 30.06.2021-ci il tarixli **********3 nömrəli qərarı, 26.07.2021-ci il tarixli **********3 nömrəli protokolun surəti və bildiriş daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1-ci və 24.0.1-ci maddələri ilə vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş vergiləri ödəmək, vergi orqanının üzərinə isə vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək vəzifələri qoyulmuşdur. 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. 78.1-ci maddəsinin tələblərinə görə vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. 90.1-ci maddəsinə görə vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə vergi orqanı vergi öhdəliyinin icrasının təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması barədə məhkəməyə müraciət edə bilər. Məhkəmə hesab edir ki, vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş vergiləri ödəmək vəzifəsi qoyulduğundan və o, verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdeh olduğundan iddia tələbi təmin edilməli və cavabdehin dövlət büdcəsinə olan 325,93 manat borcunun ödənilməsini təmin etmək məqsədi ilə dəyəri 200 manat olan 1 ədəd soyuducu (İndesit), dəyəri 200 manat olan 1 ədəd soyuducu (Uğur), dəyəri 300 manat olan 1 ədəd televizor (Samsung), dəyəri 200 manat olan 1 ədəd pivə aparatı (30 litrlik), dəyəri 250 manat olan televizor (Skywarth), vahidinin dəyəri 15 manat olan 7 ədəd stul (taxta), dəyəri 30 manat olan stol (qabaq), dəyəri 50 manat olan divan (böyük), vahidinin dəyəri 10 manat olan 6 ədəd stul (dəmir) və vahidini dəyəri 20 manat olan 3 ədəd stol (qabaq) ixtisaslaşdırılmış açıq hərraclar vasitəsi ilə satılmalıdır. Bundan əlavə vergi ödyicisinin şəxsi hesab vərəqəsindən Dövlət Sosial Müdafiə Fonduna da borcları mövcud olsa da vergi orqanı bu barəəd idia qaldırmamışdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Buna görə də cavabdehdən 30 (otuz) manat dövlət rüsumu dövlət gəlirinə tutulmalıdır. Nəticəvi hissə: İddia təmin edilsin. Cavabdeh 30.06.2021-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 325,93 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədilə cavabdehə məxsus dəyəri 200 manat olan 1 ədəd soyuducu (İndesit), dəyəri 200 manat olan 1 ədəd soyuducu (Uğur), dəyəri 300 manat olan 1 ədəd televizor (Samsung), dəyəri 200 manat olan 1 ədəd pivə aparatı (30 litrlik), dəyəri 250 manat olan televizor (Skywarth), vahidinin dəyəri 15 manat olan 7 ədəd stul (taxta), dəyəri 30 manat olan stol (qabaq), dəyəri 50 manat olan divan (böyük), vahidinin dəyəri 10 manat olan 6 ədəd stul (dəmir) və vahidini dəyəri 20 manat olan 3 ədəd stol (qabaq) ixtisaslaşdırılmış açıq hərraclar vasitəsi ilə satılsın. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu dövlət gəlirinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-671/2021
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-671/2021
22.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver