Məhkəmə qərarları › İş №e-2-2(117)-846/2022

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-846/2022

13.07.2022 · Vergi mübahisələri - Vergi mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-846/2022 13.07.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı “siyahıya alınmış əmlakın ticarət şəbəkələrində satılması” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsi Cavabdeh qarşı “DSMF-nə ödənilməmiş 678,32 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 720 manat məbləğində siyahıya alınmış əmlakının ticarət şəbəkələrində satılması” barədə iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmişdir. İddiaçının nümayəndəsi elektron kabinet vasitəsilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək vergi ödəyicisi tərəfindən borc ödənildiyindən iddianın baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını iddiaçının müraciəti ilə birlikdə araşdırıb hesab edir ki, tərəflər məhkəmədənkənar qaydada mübahisəni həll etdiyindən, cavabdehin borcu olmadığından və iddiaçının ərizənin baxılmamış saxlanması barədə müraciəti olduğundan iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı “DSMF-nə ödənilməmiş 678,32 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 720 manat məbləğində siyahıya alınmış əmlakının ticarət şəbəkələrində satılması” tələbinə dair iddiası baxılmamış saxlanılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver