Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1002/2021 13.08.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh qarşı siyahıya alınmış aksiz markası olmayan malların dövlət nəfinə müsadirə edilməsi tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı yuxarıda qeyd edilən tələbə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aksiz markası ilə markalı olan lakin markalanmamış 28 qutu tütün məmulatının dövlət nəfinə müsadirə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavadeh Cavabdeh sahibkarlıq fəaliyyəti göstərdiyi Sumqayıt şəhəri, 6-cı mikrorayonda (“KİA MOTORS”-un yanı) yerləşən köşkdə aksiz markaları ilə markalanmalı və məcburi nişanlanmalı olan malların,habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların,mal və məmulatların və dini məzmunlu başqa məlumat materialların markalanmadan və ya saxta aksiz markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi məsəsləsi üzrə 07.04.2021-ci il tarixdə operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir və vergi nəzarət tədbiri zamanı köşkdə aksiz markası ilə markalanmalı olan lakin markalanmamış ümumi alış dəyəri 122,9 manat olan 28 qutu tütün məmulatının satışının həyata keçirildiyi müəyyən edilərək qanun pozuntusu halı cavabdehin iştirakı ilə 000134 nömrəli akt tərtib edilməklə rəsmiləşdirilmişdir. Aksiz markası ilə markalanmalı olan lakin markalanmamış tütün məmulatları 05.04.2021-ci il tarixli 000534 nömrəli protokol tərtib edilməklə götürülmüş və müvafiq aktla məsul saxlanmaya qoyulmuşdur. İddia ərizəsində Azərbaycan Respublikası Prezidentinin 07.12.2015-ci il tarixli Fərmanına və Vergi Məcəlləsinin 23.1.15-4, 23.1.15 və 24.0.2-2-ci maddələrinə istinad edilməklə iddianın təmin edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-284-5.3-cü maddələrinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verdikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin maddələrin tələbinə uyğun olaraq cavabdehə məhkəmə tərəfindən rəsmi qaydada bildiriş göndərilmiş və cavabdeh həmin bildirişi almışdır. Lakin, cavabdeh tərəfindən qanunla müəyyən edilmiş müddətdə etiraz təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması mümkündür. İş materiallarında olan 07.04.2021-ci il tarixli 000134 nömrəli aktdan və 05.04.2021-ci il tarixli 000534 nömrəli protokoldan görünür ki, operativ vergi nəzarətinin keçirilməsi zamanı Cavabdeh məxsus aksiz markası ilə markalanmalı olan lakin markalanmamış 28 qutu tütün məmulatları aşkar edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 07 dekabr 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməs Qaydaları”nın 2.0.4-cü bəndinə əsasən tütün məmulatlarının bütün növləri aksiz markaları ilə markalanmalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-4-cü maddəsinə görə aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan qaydaların tələblərinə əməl edilməsinə nəzarət etmək, 23.1.15-ci maddəsinə əsasən isə məhkəmənin qərarı ilə müsadirə edilmiş aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmayan və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanının hüququdur. Qeyd edilən Məcəllənin 24.0.2-2-ci maddəsinə görə vergi orqanı tərəfindən siyahıya alınmış aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan, lakin nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların müsadirə edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq vergi orqanlarının vəzifələrinə aid edilmişdir. Məhkəmə, işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən müddəalarını nəzərə alaraq hesab edir ki, Cavabdeh aksiz markası ilə markalanmalı olan tütün məmulatlarını markalanmamış satışını həyata keçirməsi müəyyən edildiyindən həmin məmulatların qanunvericiliyə uyğun olaraq satışını həyata keçirmək üçün müsadirə edilməsi barədə iddiaçının tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosesual Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Vergi Məcəlləsinin 20.3-cü maddəsinə görə vergi orqanları məhkəmələrə iddia ərizələrinin verilməsi üçün dövlət rüsumunu ödəməkdən azaddırlar.“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.4.7-ci maddəsinə əsasən vergi ödəmələri barədə mübahisələr üzrə iddia ərizələrindən 10 manat dövlət rüsumu ödənilir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, tədqiq olunan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi əsaslı olduğundan təmin edilməli, cavabdehə məxsus aksiz markaları ilə markalanmalı olan lakin markalanmamış 28 qutu tütün məmulatı dövlət nəfinə müsadirə edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən və hazırkı iş üzrə iddia təmin edildiyindən 10,00 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 284-5 və 284-6-cı maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh (VÖEN: **********) məxsus olan aksiz markaları ilə markalanmalı olan lakin markalanmamış dəyəri 122,9 manat olan 28 qutu tütün məmulatı onlarının satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilsin. Cavabdehdən 10 manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zahid Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(119)-1002/2021
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1002/2021
13.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver