Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-11/2020 19.06.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X9 qızının katibliyi, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı X4 nümayəndəsi X8 oğlunun iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı X4 Cavabdeh qarşı “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi 4 saylı X7(hal-hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı X7) xx xxx 2019-cu ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdeh qarşı “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2019-cu il tarixinə hesablanmış vergi borcunun Dövlət Büdcəsinə ödənilməmiş 11312,27 (on bir min üç yüz on iki manat 27 qəpik) manat hissəsinin ödənilməsinin təmin edilməsi məqsədi ilə Cavabdeh (VÖEN**********) məxsus11312,27 (on bir min üç yüz on iki manat 27 qəpik) manat məbləğində siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən xx xxx 2019-cu ildə məhkəməyə təqdim olunmuş iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışıdır ki, AzərbaycanRespublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün vergi ödəyicisi olan fiziki şəxs Cavabdeh (VÖEN**********) Dövlət Büdcəsinə vergi borcu yaranmış və həmin borc məbləğinin 5 gün ərzində Büdcəyə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin,vergi borcunun Büdcəyə ödənilməsi üçün Cavabdeh bildiriş verilməsinə baxmayaraq,həmin borc məbləği yenə də Büdcəyə ödənilməmiş və cavabdehin xx xxxx 2019-cu il tarixinə Dövlət Büdcəsinə 11312,27 (on bir min üç yüz on iki manat 27 qəpik) manat məbləğində ödənilməmiş vergi borcu qalmışdır. Ona görə də, Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx xxxx 2019-cu il tarixli Qərar qəbul etmiş və həmin Qərar əsasında vergi ödəyicisi Cavabdehxx xxxx 2019-cu il tarixə ödənilməmiş 11312,27 (on bir min üç yüz on iki manat 27 qəpik) manat məbləğində vergi borcuna görə cəmi 16000 (on altı min manat) manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx xxxx 2019-cu il tarixli **********2 saylı Protokol tərtib edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc Dövlət Büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xx xxxx 2019-cu il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı X4 nümayəndəsi X5 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və xx xxxx 2019-cu il tarixinə hesablanmış vergi borcunun Dövlət Büdcəsinə ödənilməmiş 11312,27 manat hissəsinin ödənilməsinin təmin edilməsi məqsədi ilə Cavabdeh cəmi 16000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı X4 nümayəndəsi X1 cavab olaraq bildirdi ki, Cavabdeh vergi ödəyicisi olaraq qızıl-zinət əşyalarının satışı ilə məşğul olur və vergi borcuna görə açıq hərracda satılması üçün siyahıya alınmış əmlak cavabdehə məxsus mağazada satış üçün nəzərdə tutulan brilyant daşlı qızıl-ziynət əşyalarıdır və həmin qızıl-ziynət əşyaları siyahıya alındıqdan sonra cavabdehin məsul saxlancına verilmişdir. Hazırkı iddia ərizəsində nəzərdə tutulan iddia tələbi cavabdehin xx xxxx 2019-cu il tarixinə hesablanmış 11312,27 manat miqdarında vergi borcuna görə verilmişdir. Lakin, həmin vaxtdan sonra Cavabdeh tərəfindən məlum borc üzrə müəyyən məbləğlərdə ödənişlər edilmiş və buna görə də, hal-hazırda cavabdehin Dövlət Büdcəsinə ödənilməmiş cəmi 9386,11 manat məbləğində vergi borcu qalmışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, işə Cavabdehnın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, vergi öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün ünvan 1 ünvanında qeydiyyatda olan və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün vergi ödəyicisi olan - fiziki şəxs Cavabdeh (VÖEN **********) Dövlət Büdcəsinə xx xxxx 2019-cu il tarixə hesablanmış vergi borcunun 11312,27 (on bir min üç yüz on iki manat 27 qəpik) manat hissəsi ödənilməmişdir. Vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı tərəfindən həmin vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx xxxx 2019-cu il tarixli qərar qəbul edilmişdir. Həmin Qərar əsasında vergi ödəyicisinin xx xxxx 2019-cu il tarixinə ödənilməmiş 11312,27 manat məbləğində vergi borcuna görə cəmi 16000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx xxxx 2019-cu il tarixli **********2 saylı protokol tərtib edilmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, həmin Protokol əsasında vergi ödəyicisinin bir dəst brilyant (əyyar-750, karat-2, 40 qram), bir dəst brilyant (əyyar-750, karat-1, 38 qram), bir dəst brilyant (əyyar-750, karat-1,5, 29,5 qram), bir dəst brilyant (əyyar-750, karat-1, 31 qram) və bir dəst qızıl (əyyar-583, 36,5 qram) siyahıya alınmış və həmin əmlaklar siyahıya alındıqdan sonra müvafiq qaydada qablaşdırılaraq saxlanılması üçün Cavabdeh məsul saxlancına verilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində həmin vergi borcu Dövlət Büdcəsinə ödənilmədiyi halda, siyahıya alınmış əmlakın açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xx xxxx 2019-cu il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Bundan sonra iddaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi 4 saylı X7 (hal-hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı X7) xx xxx 2019-cu ildə hazırkı iddia ərizəsi ilə Cavabdeh qarşı “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin siyahıya alınmış əmlakların ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin, Cavabdeh məlum vergi borcunu inzibati icraat qaydasında mübahisələndirmiş olduğundan, cavabdeh tərəfin vəsatəti əsasında qəbul edilmiş xx xxx 2019-cu il tarixli qərardadla hazırkı işüzrə icraat Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin tələblərinə əsasən tərəflər arasında Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin icraatında olan 2-1(085)-896/2019 nömrəli inzibati iş üzrə qəbul edilmiş qərar qanuni qüvvəyə minənədək dayandırılmışdır. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə işin icraatının dayandırılması səbəbi aradan qalxdığı üçün iddiaçının işin icraatının təzələnməsi barədə ərizəsinə əsasən hazırkı iş üzrə icraat təzələnmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən 2-1(085)-896/2019 nömrəli inzibati iş üzrə qəbul edilmiş qərarlarla müəyyən olunur ki, Cavabdeh məlum vergi borcunu mübahisələndirməsi ilə əlaqədar vermiş olduğu iddia tələbi təmin edilməmişdir. xx xxxx 2020-ci ildə keçirilən məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı X4 nümayəndəsi X2 məhkəməyə təqdim etdiyi vergi ödəyicisi Cavabdeh (VÖEN **********) xx xxxx 2020-ci ildə çap edilərək, müvafiq qaydada təsdiq edilmiş doqquz vərəqdən ibarət X3 məlumatlarla (həmin məlumatlar xx xxxx 2017-ci ildən xx xxxx 2020-ci ilədək olan dövrü əhatə edir) müəyyən olunur ki, vergi ödəyicisi Cavabdeh tərəfindən məlum vergi borcu üzrə sonuncu dəfə xx xxx 2020-ci ildə ödəniş edilmiş (Şəxsi Hesabın 4-cü vərəqəsi) və onun xx xxxx 2020-ci il tarixə cəmi Dövlət Büdcəsinə ödənilməmiş cəmi 9386,11 (doqquz min üç yüz səksən altı manat 11 qəpik) manat məbləğində vergi borcu qalmışdır (Həmin məlumatların doğruluğunu iddiaçının nümayəndəsi də məhkəmə iclasında verilən sualları cavablandırarkən bir daha təsdiq etmişdir). Beləliklə də, iddiaçının nümayəndəsinin izahatı və iş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə xx xxx 2019-cu ildə məhkəməyə müraciət olunarkən Cavabdeh xx xxxx 2019-cu il tarixinə Dövlət Büdcəsinə ödənilməmiş 11312,27 (on bir min üç yüz on iki manat 27 qəpik) manat məbləğində vergi borcu olmasına baxmayaraq, hal-hazırda yəni, xx xxxx 2020-ci il tarixinə onun ödənilməmiş vergi borcu cəmi 9386,11 (doqquz min üç yüz səksən altı manat 11 qəpik) manat məbləğindədir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1 və 16.1.1-ci maddələrinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 23.1.6-cı maddəsinə əsasən, müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının hüququdur. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən, Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı X4 Cavabdeh qarşı “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbi barədə hazırkı iddia ərizəsi üzrə xx xxxx 2019-cu il tarixinə hesablanmış vergi borcunun azalması və xx xxxx 2020-ci il tarixinə Cavabdeh cəmi 9386,11 (doqquz min üç yüz səksən altı manat 11 qəpik) manat məbləğində vergi borcunun olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və xx xxxx 2020-ci il tarixinə Dövlət Büdcəsinə ödənilməmiş 9386,11 (doqquz min üç yüz səksən altı manat 11 qəpik) manat məbləğində vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə Cavabdeh (VÖEN **********) məxsus siyahıya alınmış bir dəst brilyant (əyyar-750, karat-2, 40 qram), bir dəst brilyant (əyyar-750, karat-1, 38 qram), bir dəst brilyant (əyyar-750, karat-1,5, 29,5 qram), bir dəst brilyant (əyyar-750, karat-1, 31 qram) və bir dəst qızıl (əyyar-583, 36,5 qram) ixtisaslaşdırılmış açıq hərracda hərracda satılmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, Cavabdeh dövlət nəfinə 10 manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən, məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları və bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx xxxx 2020-ci il tarixinə Dövlət Büdcəsinə ödənilməmiş 9386,11 (doqquz min üç yüz səksən altı manat 11 qəpik) manat məbləğində vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə Cavabdeh (VÖEN **********) məxsus siyahıya alınmış bir dəst brilyant (əyyar-750, karat-2, 40 qram), bir dəst brilyant (əyyar-750, karat-1, 38 qram), bir dəst brilyant (əyyar-750, karat-1,5, 29,5 qram), bir dəst brilyant (əyyar-750, karat-1, 31 qram) və bir dəst qızıl (əyyar-583, 36,5 qram) ixtisaslaşdırılmış açıq hərracda satılsın. Cavabdeh dövlət nəfinə 10 (on) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-11/2020
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-11/2020
19.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver