Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1175/2021 16.12.2021 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Tağıyev Xəqani Qəhrəman oğlunun sədrliyi, X2 qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinin Cavabdeh qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsi Cavabdeh qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun Dövlət Sosial Müdafiə Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 12/07/2021-ci il tarixli qərar çıxarmışdır Qərar əsasında vergi ödəyicisinin 12/07/2021-ci il tarixə yaranan 722.03 manat borcuna görə onun fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən “DƏRZİ” adlı təsərrüfat subyektində ümumilikdə 250,0 manat dəyərində olan 1 ədəd dərzi ütüsü olan əmlak siyahıya alınmış və bu barədə 19/08/2021-ci il tarixli **********8 saylı protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc müvafıq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə 25/08/2021-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin 12/07/2021-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna 250.00 manat ödənilməmiş borcu qalmışdır. Göstərilənləri nəzərə alaraq, iddiaçı məhkəmədən cavabdehin 12/07/2021-ci il tarixli qərar əsasında cavabdehin həmin tarixə yaranan Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 250,0 manat borcuna görə onun fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən “DƏRZİ” adlı təsərrüfat subyektində **********8 saylı Protokolla rəsmiləşdirimiş 1 ədəd dərzi ütüsü olmaqla, ümumilikdə 250,0 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi İ.Ağalarov məhkəməyə ərizə verərək, vaxtın azlığını nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh əvvəlki məhkəmə iclaslarında izahat verərək vergi borcundan ödəniş etdiyini, borcunun qalan hissəsinidə ödəyəcəyini bildirmiş, sonuncu məhkəmə iclasına isə gəlməmişdir. Məhkəmə gəlmiş tərəfi dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 18.05.2020-ci il tarixli, **********514800 nömrəli bildirişdən görünür ki, ümumilikdə 586,66 manat məbləğində borcunu könüllü olaraq Dövlət Sosial Müdafiə Fonduna ödəməsi barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarından olan “Əmlakın siyahıya alınması” haqqında 19/08/2021-ci il tarixli **********8 saylı protokoldan və ona əlavə edilmiş siyahıdan görünür ki, cavabdehin fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən “DƏRZİ” adlı təsərrüfat subyektində 1 ədəd dərzi ütüsü olmaqla ümumilikdə 250,0 manat məbləğində əmlak siyahıya alınmışdır. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində hesablanmış borc məbləği dövlət büdcəsinə ödənilmədiyi halda, siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. İş materiallarında olan 06.12.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh tərəfindən 150,40 manat ödəniş edilmişdir, lakin, bu borc onun Dövlət Sosial Müdafiə Fonduna olan borcu ilə bağlı deyil, vergi borcu ilə bağlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1 və 16.1.1-ci maddələrinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 23.1.6-cı maddəsinə əsasən, müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının hüququdur. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, qanunla müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün Cavabdeh Dövlət Sosial Müdafiə Fonduna 722.03 manat borcu yaranmışdır. Yaranmış borc məbləğinin dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə xəbərdarlıq edilmişdir. Cavabdeh tərəfindən dövlət büdcəsinə ödənişlər olunsa da, 250,0 manat borc ödənilməmişdir. Buna görə də, iddiaçı məcbur olub məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi əsaslı olduğundan təmin edilməli, cavabdehin Dövlət Sosial Müdafıə Fonduna ödənilməmiş 250,0 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 250,0 manat məbləğində siyahıya alınmış əmlakı ixtisaslaşdırılmış açıq hərracda satılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220, 284-5 və 284-6-cı maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinin Cavabdeh qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair iddiası təmin edilsin. Cavabdehin 12/07/2021-ci il tarixli Qərar əsasında həmin tarixə yaranan Dövlət Sosial Müdafıə Fonduna ödənilməmiş 250 manat borcuna görə onun fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən “DƏRZİ” adlı təsərrüfat subyektində **********8 nömrəli protokolla rəsmiləşdirimiş dəyəri 250 manat olmaqla 1 ədəd dərzi ütüsü ixtisaslaşdırılmış açıq hərracda satılsın. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Xəqani Tağıyev
Məhkəmə qərarları › İş №e-2-2(119)-1175/2021
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1175/2021
16.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver