Məhkəmə qərarları › İş №e-2-2(119)-1287/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1287/2021

26.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1287/2021 26.11.2021 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 4 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı aksiz markaları ilə markalanmalı olan, lakin markalanmamış malların müsaridə edilməsi tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı yuxarıda qeyd edilən tələbə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh məxsus aksiz markaları ilə markalanmalı olan lakin aksiz markaları ilə markalanmamış, alış dəyəri 45 manat olan 30 ədəd tütün məmulatının satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Vergi ödəyicisi Cavabdeh (VÖEN: **********) məxsus ünvan 1 ünvanda yerləşən “Favorit market” adlı təsərrüfat subyektində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 4 saylı Ərazi Vergilər İdarəsinin 01.10.2021-ci il tarixli **********1832 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında Qərar”a əsasən 04.10.2021-ci il tarixdə operativ vergi nəzarət tədbiri həyata keçirilmişdir. Nəzarət tədbiri zamanı obyektdə alış dəyəri 45 manat olan 30 ədəd aksiz markaları ilə markalanmalı olan, lakin markalanmamış tütün məmulatları aşkar edilmiş və nəticəsi üzrə vergi ödəyicisi barəsində “Markalanmalı (nişanlanmalı) malların dövriyyəsinin qanunauyğunluğunun yoxlanılması üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsinə dair” 04.10.2021-ci il tarixli DVX seriyalı 000211 nömrəli akt tərtib edilmişdir. Aşkar edilmiş tütün məmulatları “Markalanmalı (nişanlanmalı) malların götürülməsi barədə” 04.10.2021ci il tarixli DVX seriyalı 000311 nömrəli protokol tərtib edilərək götürülmüşdür. İddia ərizəsində Vergi Məcəlləsinin 23.1.15-4, 23.1.15 və 24.0.2-2-ci maddələrinə istinad edilməklə iddianın təmin edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-284-5.3-cü maddələrinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verdikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin maddələrin tələbinə uyğun olaraq cavabdehə məhkəmə tərəfindən rəsmi qaydada bildiriş göndərilmiş və cavabdeh həmin bildirişi almışdır. Lakin, cavabdeh tərəfindən qanunla müəyyən edilmiş müddətdə etiraz təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması mümkündür. İş materiallarında olan 04.10.2021-ci il tarixli DVX seriyalı 000211 nömrəli aktdan və 04.10.2021-ci il tarixli DVX seriyalı 000311 nömrəli protokoldan görünür ki, operativ vergi nəzarətinin keçirilməsi zamanı Cavabdeh oğluna məxsus aksiz markası ilə markalanmalı olan lakin markalanmamış 30 ədəd tütün məmulatı aşkar edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 07 dekabr 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməs Qaydaları”nın 2.0.4-cü bəndinə əsasən tütün məmulatlarının bütün növləri aksiz markaları ilə markalanmalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-4-cü maddəsinə görə aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan qaydaların tələblərinə əməl edilməsinə nəzarət etmək, 23.1.15-ci maddəsinə əsasən isə məhkəmənin qərarı ilə müsadirə edilmiş aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmayan və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanının hüququdur. Qeyd edilən Məcəllənin 24.0.2-2-ci maddəsinə görə vergi orqanı tərəfindən siyahıya alınmış aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan, lakin nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların müsadirə edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq vergi orqanlarının vəzifələrinə aid edilmişdir. Məhkəmə, işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən müddəalarını nəzərə alaraq hesab edir ki, Cavabdeh oğlunun aksiz markası ilə markalanmalı olan tütün məmulatlarını markalanmamış satışını həyata keçirməsi müəyyən edildiyindən həmin məmulatların qanunvericiliyə uyğun olaraq satışını həyata keçirmək üçün müsadirə edilməsi barədə iddiaçının tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosesual Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Vergi Məcəlləsinin 20.3-cü maddəsinə görə vergi orqanları məhkəmələrə iddia ərizələrinin verilməsi üçün dövlət rüsumunu ödəməkdən azaddırlar.“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.4.7-ci maddəsinə əsasən vergi ödəmələri barədə mübahisələr üzrə iddia ərizələrindən 10 manat dövlət rüsumu ödənilir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, tədqiq olunan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi əsaslı olduğundan təmin edilməli, cavabdehə məxsus aksiz markaları ilə markalanmalı olan lakin markalanmamış 30 ədəd tütün məmulatı dövlət nəfinə müsadirə edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən və hazırkı iş üzrə iddia təmin edildiyindən 10,00 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 284-5 və 284-6-cı maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh (VÖEN: **********) məxsus olan aksiz markaları ilə markalanmalı olan lakin markalanmamış dəyəri 45 manat olan 30 ədəd tütün məmulatı onlarının satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilsin. Cavabdehdən 10 manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zahid Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar