Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1343/2024 10.10.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlunun sədrliyi, X2 qızının katibliyi, Cavabdeh1 nümayəndəsi Nümayəndə2 Nazim qızının və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin ləğvi, qeyriyaşayış sahəsinin boşaldılması və dəymiş maddi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)-1343/2024 nömrəli kommersiya işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı 25 iyul 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin ləğvi, qeyri-yaşayış sahəsinin boşaldılması və dəymiş maddi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 25 noyabr 2020-ci il tarixli icarə müqaviləsinin ləğvi, Cavabdeh1 məxsus əşyalarla birlikdə onun Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 67 ünvanında yerləşən ümumi sahəsi 2109 m qeyri-yaşayış sahəsindən çıxarılması və dəymiş ziyanın əvəzi olaraq 150000 manat məbləğində ziyanın, həmçinin 440 manat məbləğində dövlət rüsumunun Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (e-2-2(119)-1343/2024 nömrəli kommersiya işi). Həmin iddia ərizəsinə dair e-2-2(119)-1343/2024 nömrəli kommersiya işi üzrə 10 oktyabr 2024-cü il tarixinə təyin edilmiş məhkəmə hazırlıq iclasına Cavabdeh1 nümayəndəsi Nümayəndə2 və Cavabdeh2 gəlmiş olsalar da, məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı nümayəndəsi məhkəmə hazırlıq iclasına gəlməmişlər. Lakin, İddiaçı nümayəndəsi Nümayəndə1 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilən ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı və cavabdehlər tərəfindən tərtib olunaraq imzalanmış 19 avqust 2024-cü il tarixli Barışıq Sazişi və “Barışıq Sazişinin təsdiq edilməklə, işin icraatına xitam verilməsi” barədə ərizə təqdim edərək, həmin mübahisə üzrə tərəflər arasında bağlanaraq imzalanıb-möhürlənmiş 19 avqust 2024-cü il tarixli Barışıq Sazişinin məhkəmə tərəfindən təsdiq edilib, işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq, işə İddiaçı nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq zamanı Cavabdeh1 nümayəndəsi Nümayəndə2 və Cavabdeh2 da məhkəməyə həmin iddia ərizəsinə dair e-2-2(119)-1343/2024 nömrəli kommersiya işi üzrə iddiaçı və cavabdehlər tərəfindən tərtib olunaraq imzalanmış 19 avqust 2024-cü il tarixli Barışıq Sazişi və “Barışıq Sazişinin təsdiq edilməklə, işin icraatına xitam verilməsi” barədə ərizə təqdim edərək, həmin mübahisə üzrə tərəflər arasında bağlanaraq imzalanıbmöhürlənmiş 19 avqust 2024-cü il tarixli Barışıq Sazişinin məhkəmə tərəfindən təsdiq edilib, işin icraatına xitam verilməsini xahiş etdilər. Məhkəməyə təqdim edilmiş 19 avqust 2024-cü il tarixli Barışıq Sazişinin və “Barışıq Sazişinin təsdiq edilməklə, işin icraatına xitam verilməsi” barədə ərizənin məzmunu ilə müəyyən olunur ki, 19 avqust 2024-cü ildə İddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında Barışıq Sazişi bağlanmış və həmin Barışıq Sazişi hazırkı iddia tələbi üzrə iddiaçı və cavabdeh arasında məhkəmədən kənar gəlinən razılığı əks etdirir. Eyni zamanda, tərəflər Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191-ci maddəsinin tələbləri ilə tanış olmuşlar və barışıq sazişinin məhkəmə qaydasında təsdiqinin hüquqi nəticələri onlara məlumdur. Azərbaycan Respublikası Mulki-Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, tərəflərin işi Barışıq Sazişi ilə qurtarmaları heç bir şəxsin hüququnu və qanunla qorunan mənafeyini pozmadığına görə 19 avqust 2024-cü il tarixli Barışıq Sazişi təsdiq olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə - hakim iş üzrə icraata xitam verməlidir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-cü maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Beləliklə də, məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin ləğvi, qeyri-yaşayış sahəsinin boşaldılması və dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair kommersiya işi üzrə tərəflər arasında bağlanmış 19 avqust 2024-cü il tarixli Barışıq Sazişi təsdiq edilməli və həmin Barışıq Sazişinin təsdiq olunması ilə əlaqədar e-2-2(119)- 1343/2024 nömrəli kommersiya işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52, 191, 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 19 avqust 2024-cü il tarixli Barışıq Sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: - "1. İddiaçı və Cavabdeh2 Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 67 ünvanında yerləşən qeyri-yaşayış binasının zirzəmisinin və 1-ci mərtəbəsinin bir hissəsi, 2-ci mərtəbəsi isə tam olmaqla ümumilikdə 2109 (iki min yüz doqquz) metr sahənin Cavabdeh2 icarəyə verilməsinə dair xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə xitam verilməsi nəticəsində həmin sahənin bir hissəsinin subicarəçisi olan Cavabdeh1 maddi ziyan vurulmasını etiraf edirlər;
2. Cavabdeh2 xx.xx.2020-ci il tarixli müqaviləyə xitam verilməsi nəticəsində Cavabdeh1 dəymiş maddi ziyanın əvəzinin xx.xx.2024-cü il tarixədək (3 dəfədən çox olmayaraq) Cavabdeh1 ödəməyi öhdəsinə götürür;
3. Cavabdeh1 bu Sazişin 2-ci bəndinə müvafiq olaraq ona dəymiş ziyanın əvəzi tam şəkildə ödənildiyi təqdirdə Cavabdeh2 ilə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsi üzrə onun istifadəsinə verilmiş Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 67 ünvanında yerləşən qeyri-yaşayış binasının bir hissəsi - 2-ci mərtəbəsində 82 kv.metr sahədən özünə aid əşyalarla birlikdə çıxmağı öhdəsinə götürür;
4. Cavabdeh1, Cavabdeh2 və İddiaçı barışıq sazişində üzərlərinə düşən öhdəliklər yerinə yetirildikdən sonra xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli icarə müqavilələrinə xitam verilməsinə etiraz etmirlər;
5. Cavabdeh1, Cavabdeh2 və İddiaçı barışıq sazişində üzərlərinə düşən öhdəliklər yerinə yetirildikdən sonra xx.xx.2020-ci il tarixli icarə müqaviləsi üzrə onun istifadəsinə verilmiş Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 67 ünvanında yerləşən qeyriyaşayış binasının bir hissəsi - 2-ci mərtəbəsində 82 kv.metr sahəyə dair bir- birlərinə qarşı hər hansı tələb və ya şikayətlərinin olmayacağını öhdələrinə götürürlər;
6. Cavabdeh1, Cavabdeh2 və İddiaçı bu Saziş qüvvəyə mindikdən sonra aralarında olan məhkəmə mübahisələri üzrə öz iddialarından imtina etmələri barədə ərizə ilə aidiyyəti məhkəməyə müraciət etməyi öhdələrilə götürürlər;
7. Bu Saziş imzalandığı gündən qüvvəyə minir;
8. Bu Barışıq sazişi 4 nüsxədə tərtib olunur və imzalanır. Barışıq sazişinin bir nüsxəsi təsdiq edilmək üçün Sumqayıt Kommersiya Məhkəməsinə təqdim ediləcək və tərəflərdən hər birində bir nüsxə saxlanılacaqdır.”
Barışıq Sazişinin təsdiq olunması ilə əlaqədar İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin ləğvi, qeyri-yaşayış sahəsinin boşaldılması və dəymiş maddi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)-1343/2024 nömrəli kommersiya işi üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə şikayət verilə bilər.
Sədrlik edən İslam Əliyev