Məhkəmə qərarları › İş №e-2-2(119)-135/2020

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-135/2020

25.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-135/2020 25.02.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlu, iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi 2 saylı Ərazi Vergilər Baş İdarəsinin cavabdeh “Metalçılar-2” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “səyyar vergi yoxlaması üçün sənədlərin götürülməsi” tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “Azərbaycan Respublikası Vergilər Nazirliyi 2 saylı Ərazi Vergilər Baş İdarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdeh “Metalçılar-2” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “səyyar vergi yoxlaması üçün sənədlərin götürülməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Cavabdehndə növbəti səyyar vergi yoxlamasının keçirilməsi üçün xx.xx.2016 - xx.xx.2018 vergi dövrlərinə aid olan zəruri sənədlərin götürülməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin, həmin iddia ərizəsində qeyd olunan tələblə əlaqədar müvafiq qaydada “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq aidiyyəti üzrə Kommersiya Məhkəməsinə deyil, müvafiq İnzibati Məhkəməyə müraciət oluna bilər. Buna görə də, Sumqayıt Kommersiya Məhkəməsində baxılmalı olmadığı üçün yolverilməzliyə görə iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi 2 saylı Ərazi Vergilər Baş İdarəsinin cavabdeh “Metalçılar-2” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “səyyar vergi yoxlaması üçün sənədlərin götürülməsi” barədə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddələrinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə - hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır və işə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 149-153, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi 2 saylı Ərazi Vergilər Baş İdarəsinin cavabdeh “Metalçılar-2” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “səyyar vergi yoxlaması üçün sənədlərin götürülməsi” barədə iddia ərizəsinin qəbulundan imtina edilsin. İddiaçıya izah olunsun ki, “səyyar vergi yoxlaması üçün sənədlərin götürülməsi” barədə iddia tələbi ilə aidiyyəti üzrə müvafiq İnzibati Məhkəməyə müraciət oluna bilər. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar