Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-150/2021 04.02.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı X2 Cavabdeh qarşı saxta aksiz markaları ilə markalanmış malların müsadirə edilməsi tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı yuxarıda qeyd edilən tələbə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək saxta aksiz markaları ilə markalanmış 472 ədəd alkoqollu içkilərin satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavadeh Cavabdeh məxsus Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən obyekdə Vergilər Nazirliyinin Vergi X1 Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********7334 nömrəli Qərarına əsasən xx.xx.2020-ci il tarixdə operativ vergi nəzarət tədbiri həyata keçirilmişdir və vergi nəzarət tədbiri zamanı obyektdə saxta aksiz markaları ilə markalanmış ümumi alış dəyəri 130,33 manat olan 100 ədəd alkoqollu içkilər aşkar edilmiş və fakt üzrə vergi ödəyicisi barəsində “Markalanmalı (nişanlanmalı) malların dövriyyəsinin qanunauyğunluğunun yoxlanılması üzrə keçirilmiş “operativ vergi nəzarətinin nəticəsinə dair” xx.xx.2020-ci il tarixli VN seriyalı 004310 nömrəli akt tərtib edilmişdir. Aşkar edilmiş məhsullar “Markalanmalı (nişanlanmalı) malların götürülməsi barədə” xx.xx.2020-ci il tarixli VN № 004310 nömrəli protokol tərtib edilərək götürülmüşdür. Həmçinin, vergi ödəyicisi Cavabdeh (VÖEN: **********) məxsus Xaçmaz şəhəri, R. Behbudov küçəsində yerləşən digər obyektdə Vergilər Nazirliyinin Vergi X1 Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********7333 nömrəli Qərarına əsasən xx.xx.2020-ci il tarixdə operativ vergi nəzarət tədbiri həyata keçirilmişdir. Nəzarət tədbiri zamanı obyektdə ümumi alış dəyəri 757,44 manat olan 372 ədəd saxta aksiz markaları ilə markalanmış alkoqollu içkilər aşkar edilmiş və nəticəsi üzrə vergi ödəyicisi barəsində “Markalanmalı (nişanlanmalı) malların dövriyyəsinin qanunauyğunluğunun yoxlanılması üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsinə dair” xx.xx.2020-ci il tarixli VN seriyalı 004311 nömrəli Akt tərtib edilmişdir. Aşkar edilmiş alkoqollu içkilər “Markalanmalı (nişanlanmalı) malların götürülməsi haqqında” xx.xx.2020ci il tarixli VN seriyalı 004311 nömrəli Protokol tərtib edilərək götürülmüşdür. Qeyd olunan malların saxta aksiz markaları ilə markalanması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 2264 nömrəli və 2763 nömrəli rəyləri ilə təsdiq edilmişdir. Ekspert tədqiqatlarına əsasən vergi ödəyicisi Cavabdeh məxsus hər iki obyektdə aşkar olunmuş saxta aksiz markaları ilə markalanmış 472 ədəd alkoqollu içkilərin istifadəyə yararlı olduğu məlum olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-284-5.3-cü maddələrinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verdikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin maddələrin tələbinə uyğun olaraq cavabdehə məhkəmə tərəfindən rəsmi qaydada bildiriş göndərilmiş və cavabdeh həmin bildirişi almışdır. Lakin, cavabdeh tərəfindən qanunla müəyyən edilmiş müddətdə etiraz təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması mümkündür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli VN seriyalı 004310 nömrəli və xx.xx.2020-ci il tarixli VN seriyalı 004311 nömrəli aktlardan görünür ki, vergi ödəyicisi olan Cavabdeh operativ vergi nəzarətinin keçirilməsi zamanı ona məxsus saxta aksiz markaları ilə markalanmış 472 ədəd alkoqollu içkilər aşkar edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməs Qaydaları”nın 2.0.2-cü bəndinə əsasən spirtli içkilərin bütün növləri aksiz markaları ilə markalanmalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-4-cü maddəsinə görə aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan qaydaların tələblərinə əməl edilməsinə nəzarət etmək, 23.1.15-ci maddəsinə əsasən isə məhkəmənin qərarı ilə müsadirə edilmiş aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmayan və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanının hüququdur. Qeyd edilən Məcəllənin 24.0.2-2-ci maddəsinə görə vergi orqanı tərəfindən siyahıya alınmış aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan, lakin nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların müsadirə edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq vergi orqanlarının vəzifələrinə aid edilmişdir. Məhkəmə, işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən müddəalarını nəzərə alaraq hesab edir ki, Cavabdeh saxta aksiz markaları ilə markalanmış məmulatların satışını həyata keçirmək vəzifəsini lazımınca həyata keçirmədiyindən, həmin məmulatların qanunvericiliyə uyğun olaraq satışını həyata keçirmək üçün müsadirə edilməsi barədə iddiaçının tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosesual Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Vergi Məcəlləsinin 20.3-cü maddəsinə görə vergi orqanları məhkəmələrə iddia ərizələrinin verilməsi üçün dövlət rüsumunu ödəməkdən azaddırlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.4.7-ci maddəsinə əsasən vergi ödəmələri barədə mübahisələr üzrə iddia ərizələrindən 10 manat dövlət rüsumu ödənilir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, tədqiq olunan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi əsaslı olduğundan təmin edilməli, cavabdehə məxsus saxta aksiz markaları ilə markalanmış olan 472 ədəd alkoqollu içkilərin satışı qanunvericiliyə uyun olaraq təşkil edilməsi məqsədi ilə müsadirə edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən və hazırkı iş üzrə iddia təmin edildiyindən 10,00 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 284-5 və 284-6-cı maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh (VÖEN:**********) məxsus olan 472 ədəd alkoqollu içkilərin satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilsin. Cavabdehdən 10 manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zahid Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(119)-150/2021
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-150/2021
04.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver