Məhkəmə qərarları › İş №e-2-2(119)-222/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-222/2021

30.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-222/2021 30.03.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X5 qızının katibliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən cavabdeh “Günəş” Kooperativinə qarşı verilmiş “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdeh “Günəş” Kooperativinə qarşı “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxxxx 2020-ci il tarixinə Dövlət Büdcəsinə ödənilməmiş 65526,37 (altmış beş min beş yüz iyirmi altı manat 37 qəpik) manat məbləğində vergi borcunun, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 8125,87 (səkkiz min yüz iyirmi beş manat 87 qəpik) manat məbləğində borcun və X1 ödənilməmiş 114,19 (yüz on dörd manat 19 qəpik) manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə xx xxxxxx 2020-ci il tarixli **********9 nömrəli protokol əsasında siyahıya alınmış Abşeron rayonu X3 ərazisindəki daş karxanasında yerləşən cavabdeh “Günəş” Kooperativinə məxsus daş kəsən kombaynın və xətt vuran (şırımaçan) maşınların ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsi xahiş olunmuş və iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün hüquqi şəxs “Günəş” Kooperativinin (VÖEN **********) Dövlət Büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna və İşsizlikdən Sığorta Fonduna borcu yaranmış və həmin borc məbləğinin 5 gün ərzində Büdcəyə və müvafiq fonda ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin, borcun ödənilməsi üçün cavabdeh “Günəş” Kooperativinə bildiriş verilməsinə baxmayaraq, həmin borc məbləği yenə də ödənilməmiş və cavabdehin xx xxxxxxxx 2020-ci il tarixinə Dövlət Büdcəsinə 65526,37 manat məbləğində vergi borcu, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 8125,87 manat məbləğində, İşsizlikdən Sığorta Fonduna ödənilməmiş 114,19 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Ona görə də, Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi Vergi orqanı tərəfindən vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx xxxxxxxx 2020-ci il tarixli Qərar qəbul edilmiş və həmin Qərar əsasında vergi ödəyicisi “Günəş” Kooperativinin xx xxxxxxxx 2020-ci il tarixə yaranmış borclarına görə hər birinin dəyəri 12000 manat məbləğində qiymətləndirilən 4 ədəd daş kəsən kombayn və hər birinin dəyəri 7000 manat məbləğində qiymətləndirilən 3 ədəd xətt vuran (şırım açan) maşın siyahıya alınaraq, bu barədə xx xxxxxx 2020-ci il tarixli **********9 nömrəli Protokol tərtib edilmişdir. Həmin əmlaklar siyahıya alındıqdan sonra 30 gün müddətində borc Dövlət Büdcəsinə və müvafiq Fondlara ödənilmədiyi halda, siyahıya alınmış əmlakların açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi orqanı tərəfindən cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Həmin iddia ərizəsinə dair kommersiya işi üzrə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən məhkəməyə xx xxxx 2021-ci il tarixli “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə təqdim edilərək, xx xxxx 2021-ci il tarixinə Dövlət Büdcəsinə ödənilməmiş 64484,37 (altmış dörd min dörd yüz səksən dörd manat 37 qəpik) manat məbləğində vergi borcunun, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 8020,87 (səkkiz min iyirmi manat 87 qəpik) manat məbləğində borcun və X1 ödənilməmiş 114,19 (yüz on dörd manat 19 qəpik) manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə xx xxxxxx 2020-ci il tarixli **********9 nömrəli protokol əsasında siyahıya alınmış Abşeron rayonu X3 ərazisindəki daş karxanasında yerləşən cavabdeh “Günəş” Kooperativinə (VÖEN **********) məxsus hər birinin dəyəri 12000 manat məbləğində qiymətləndirilən 4 (dörd) ədəd daş kəsən kombaynın və hər birinin dəyəri 7000 manat məbləğində qiymətləndirilən 3 (üç) ədəd xətt vuran (şırımaçan) maşının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin ərizə - məlum əmlaklar ixtisaslaşdırılmış açıq hərracda satılması üçün siyahıya alındıqdan sonra vergi ödəyicisi tərəfindən edilmiş ödənişlər nəticəsində cavabdeh “Günəş” Kooperativinin xx xxxx 2021-ci il tarixinə Dövlət Büdcəsinə ödənilməmiş 64484,37 manat məbləğində vergi borcunun, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 8020,87 manat məbləğində borcun və X1 ödənilməmiş 114,19 manat məbləğində borcun qalması ilə əsaslandırılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X4 iddia tələbini müdafiə edib, iddia ərizəsində və “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizədə yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və xx xxxx 2021-ci il tarixinə Dövlət Büdcəsinə ödənilməmiş 64484,37 manat məbləğində vergi borcunun, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 8020,87 manat məbləğində borcun və İşsizlikdən Sığorta Fonduna ödənilməmiş 114,19 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə xx xxxxxx 2020-ci il tarixli **********9 nömrəli protokol əsasında siyahıya alınmış Abşeron rayonu X3 ərazisindəki daş karxanasında yerləşən cavabdeh “Günəş” Kooperativinə məxsus hər birinin dəyəri 12000 manat məbləğində qiymətləndirilən 4 ədəd daş kəsən kombaynın və hər birinin dəyəri 7000 manat məbləğində qiymətləndirilən 3 ədəd xətt vuran, yəni şırımaçan maşının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh “Günəş” Kooperativi məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, kommersiya işinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini, “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, vergi öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün vergi ödəyicisi “Günəş” Kooperativinin (VÖEN **********) xx xxxxxxxx 2020-ci il tarixinə Dövlət Büdcəsinə ödənilməmiş 65526,37 manat məbləğində vergi borcu, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 8125,87 manat məbləğində borcu və İşsizlikdən Sığorta Fonduna ödənilməmiş 114,19 manat məbləğində borcu yaranmışdır. Vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı tərəfindən həmin vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə qərar qəbul edilmiş və həmin Qərar əsasında vergi ödəyicisinin xx xxxxxxxx 2020-ci il tarixinə Dövlət Büdcəsinə ödənilməmiş 65526,37 manat məbləğində vergi borcunun, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 8125,87 manat məbləğində borcun və İşsizlikdən Sığorta Fonduna ödənilməmiş 114,19 manat məbləğində ödənilməmiş borcuna görə ümumilkdə 69000 manat məbləğində qiymətləndirilmiş əmlakları siyahıya alınmış və bu barədə xx xxxxxx 2020-ci il tarixli **********9 nömrəli protokol tərtib edilmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, həmin Protokol əsasında vergi ödəyicisi “Günəş” Kooperativinin Abşeron rayonu X3 ərazisindəki daş karxanasında yerləşən hər birinin dəyəri 12000 manat məbləğində qiymətləndirilən 4 (dörd) ədəd daş kəsən kombayn və hər birinin dəyəri 7000 manat məbləğində qiymətləndirilən 3 (üç) ədəd xətt vuran (şırımaçan) maşın siyahıya alınmış (siyahıya alınmış əmlakların tam siyahısı tərtib edilərək, müvafiq səlahiyyətli şəxslər tərəfindən imzalanmışdır) və həmin əşyalar siyahıya alındıqdan sonra saxlanılması üçün həmin vergi ödəyicisinin səlahiyyətli nümayəndəsinin məsul saxlancına verilmişdir. Həmin Protokolda və tərtib edilmiş digər sənədlərdə siyahıya alınmanın hüquqi nəticələri, siyahıya alınmış əmlaklarla əlaqədar davranış qaydaları və həmin qaydaların pozulmasının hüquqi nəticələri vergi ödəyicisi “Günəş” Kooperativinin səlahiyyətli nümayəndəsinə elan edilmiş və sonuncu həmin sənədləri imzalamışdır. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc ödənilmədiyi halda, siyahıya alınmış əmlakın açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq edilmişdir. Bundan sonra da məlum vergi borcu ödənilmədiyi üçün iddaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi hazırkı iddia ərizəsi ilə cavabdeh “Günəş” Kooperativinə qarşı “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin siyahıya alınmış əmlakların ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin, həmin iddia ərizəsinə məhkəmədə baxılarkən iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən məhkəməyə xx xxxx 2021-ci il tarixli “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə təqdim edilərək, xx xxxx 2021-ci il tarixinə Dövlət Büdcəsinə ödənilməmiş 64484,37 manat məbləğində vergi borcunun, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 8020,87 manat məbləğində borcun və X1 ödənilməmiş 114,19 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə xx xxxxxx 2020-ci il tarixli **********9 nömrəli protokol əsasında siyahıya alınmış Abşeron rayonu X3 ərazisindəki daş karxanasında yerləşən cavabdeh “Günəş” Kooperativinə məxsus 4 ədəd daş kəsən kombayn və 3 ədəd xətt vuran (şırımaçan) maşının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən, bu Məcəllənin vergi tutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergi tutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Həmin Məcəllənin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 23.1.6-cı maddəsinə əsasən, müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının hüququdur. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən, Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən, məhkəmə bu Məcəllənin 90.1-ci maddəsində göstərilən vergi orqanının müraciətinə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsində müəyyən edilmiş qaydada baxır. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, xx xxxx 2021-ci il tarixinə Dövlət Büdcəsinə ödənilməmiş 64484,37 manat məbləğində vergi borcunun, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 8020,87 manat məbləğində borcun və İşsizlikdən Sığorta Fonduna ödənilməmiş 114,19 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə xx xxxxxx 2020-ci il tarixli **********9 nömrəli protokol əsasında siyahıya alınmış Abşeron rayonu X3 ərazisindəki daş karxanasında yerləşən cavabdeh “Günəş” Kooperativinə (VÖEN **********) məxsus 4 ədəd daş kəsən kombaynın və 3 ədəd xətt vuran (şırımaçan) maşının ixtisaslaşdırılmış açıq hərracda satılması ilə əlaqədar verilmiş iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki iddia təmin edilməli və xx xxxx 2021-ci il tarixinə Dövlət Büdcəsinə ödənilməmiş 64484,37 manat məbləğində vergi borcunun, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 8020,87 manat məbləğində borcun və X1 ödənilməmiş 114,19 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə xx xxxxxx 2020-ci il tarixli **********9 nömrəli protokol əsasında siyahıya alınmış Abşeron rayonu X3 ərazisindəki daş karxanasında yerləşən cavabdeh “Günəş” Kooperativinə (VÖEN **********) məxsus 4 ədəd daş kəsən kombayn və 3 ədəd xətt vuran (şırımaçan) maşın ixtisaslaşdırılmış açıq hərracda satılmalıdır. Eləcə də, cavabdeh “Günəş” Kooperativindən dövlət nəfinə 10 manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən, məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları və bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx xxxx 2021-ci il tarixinə Dövlət Büdcəsinə ödənilməmiş 64484,37 (altmış dörd min dörd yüz səksən dörd manat 37 qəpik) manat məbləğində vergi borcunun, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 8020,87 (səkkiz min iyirmi manat 87 qəpik) manat məbləğində borcun və X1 ödənilməmiş 114,19 (yüz on dörd manat 19 qəpik) manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə xx xxxxxx 2020-ci il tarixli **********9 nömrəli protokol əsasında siyahıya alınmış Abşeron rayonu X3 ərazisindəki daş karxanasında yerləşən cavabdeh “Günəş” Kooperativinə (VÖEN **********) məxsus 4 (dörd) ədəd daş kəsən kombayn və 3 (üç) ədəd xətt vuran (şırımaçan) maşın ixtisaslaşdırılmış açıq hərracda satılsın. Cavabdeh “Günəş” Kooperativindən dövlət nəfinə 10 (on) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar