Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-269/2025 24.04.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Atakişiyeva Nülufər Nizami qızının katibliyi, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı tərəfindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 6755 (altı min yeddi yüz əlli beş) manat məbləğində borcun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 27 iyul 2022-ci il tarixli 01-22T nömrəli “yükdaşıma xidməti göstərilməsi haqqında” müqaviləyə əsasən iddiaçı ona məxsus **-DG-*** qeydiyyat nişanlı, Kamaz 65115 yük markalı nəqliyyat vasitəsilə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin fabrikindən yüklərin yüklənməsinin, daşınmasının və boşaldılmasının təmin edilməsini öz üzərinə götürmüş, sifarişçi Cavabdeh Açıq Səhmdar Cəmiyyəti isə bu müqavilə üzrə xidmət haqqının ödənilməsini öz üzərinə götürmüşdür. Müqavilənin qüvvədə olma tarixi 27 iyul 2022-ci il tarixindən 31 dekabr 2022-ci il tarixinədək müəyyən edilmişdir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçıya ödəniləcək xidmət haqqı hər bir reys (yüklərin bir dəfə yüklənməsi və təyinat məntəqəsində təhvil verilməsi) üçün vergi və digər ödənişlər xaric olmaqla 30 manat olmaqla hesablanmışdır. 28 dekabr 2022-ci il tarixdə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış 27 iyul 2022-ci il tarixli 01-22T nömrəli xidmət müqavilə üzrə əlavə razılaşmaya əsasən müqavilənin qüvvədə olma müddəti 31 dekabr 2023-cü il tarixinədək uzadılmışdır. 25 dekabr 2023-cü il tarixdə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış 27 iyul 2022-ci il tarixli 01-22T nömrəli xidmət müqavilə üzrə əlavə razılaşmaya əsasən müqavilənin qüvvədə olma müddəti xx.xx.2025-ci il tarixinədək uzadılmışdır. 21 may 2024-cü il tarixində Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış 27 iyul 2022-ci il tarixli 01-22T nömrəli xidmət müqavilə üzrə əlavə razılaşmaya əsasən xidmət haqqının hər bir reys (yüklərin bir dəfə yüklənməsi və təyinat məntəqəsində təhvil verilməsi) üçün vergi və digər ödənişlər xaric olmaqla 35 manat olmaqla hesablanması barədə razılığa gəlinmişdir. İddiaçı cavabdeh ilə müqavilə bağlayan tarixdən müqavilə əsasında mütəmadi olaraq yükdaşıma xidmətini göstərmiş və cavabdeh tərəfindən xidmət haqların bir hissəsi ödənilmiş, bir hissəsi ödənilməmiş qalmışdır. Belə ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixə qədər olan müddətdə 35 manatdan 62 reys peyinin iddiaçı tərəfindən daşınmasına görə 2170 manat, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər olan müddətdə 35 manatdan 44 reys peyinin iddiaçı tərəfindən daşınmasına görə 1540 manat, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər olan müddətdə 35 manatdan 55 reys peyinin iddiaçı tərəfindən daşınmasına görə 1925 manat, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər olan müddətdə 35 manatdan 32 reys peyinin iddiaçı tərəfindən daşınmasına görə 1120 manat olmaqla, cəmi 6755 manat xidmət haqqı Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilməli idi ki, bu günə qədər həmin məbləğ iddiaçıya ödənilməmişdir. İddiaçı müqavilənin, eləcə də Mülki Prosessual Məcəllənin tələblərini rəhbər tutaraq cavabdehə xx.xx.2024-cü il tarixli pretenziya məktubu ünvanlayaraq ödənilməmiş qalan 6755 manat xidmət haqqının ödənilməsini xahiş etsə də, həmin məktub hazırkı vaxtadək cavablandırılmamışdır. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə izahatında cavabdeh tərəfindən İddiaçı 20 avqust 2024-cü il tarixdə 1000 manat ödəniş edildiyini bildirmişdir. İddiaçı məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan sifarişçi Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə icraçı İddiaçı arasında bağlanmış 27 iyul 2022-ci il tarixli 01-22T nömrəli yük daşıma xidməti göstərilməsi haqqında müqavilənin 1.1-ci bəndinə əsasən sifarişçi özünün fəaliyyətindən irəli gələn xidmətlərin göstərilməsini icraçıya həvalə edir və müqavilə şərtləri əsasında dəyərini ödəyir, icraçı isə özünün ixtisas, bilik və peşə fəaliyyətindən istifadə etməklə həmin xidmətlərin icrasını müqavilədə nəzərdə tutulan qaydada və sifarişçinin tələbinə uyğun qaydada icrasını öz üzərinə götürür. Həmin müqavilənin 1.2.1-ci bəndinə əsasən icraçı özünə məxsus **-DG-*** qeydiyyat nişanlı, Kamaz 65115 yük markalı nəqliyyat vasitəsi ilə sifarişçinin fabrikindən yüklərin yüklənməsi, daşınması və boşaldılmasını təmin edir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə xidmət haqqı hər bir reys (yüklərin bir dəfə yüklənməsi və təyinat məntəqəsində təhvil verilməsi) üçün vergi və digər ödənişlər xaric olmaqla 30 (otuz) manat olmaqla hesablanır. İcraçı tərəfindən bu müqavilə üzrə yerinə yetirilən fəaliyyətə görə xidmət haqqı məbləği reyslərin sayına əsasən müəyyən olunur akta əsasən ödəniş edilir. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən müqavilə 27 iyul 2022-ci il tarixdən qüvvəyə minir və 31 dekabr 2022-ci tarixinədək qüvvədədir. İş materiallarında olan 27 iyul 2022-ci il tarixli 01-22T nömrəli yük daşıma xidməti göstərilməsi haqqında müqaviləyə 28 dekabr 2022-ci il tarixli əlavə razılaşmaya əsasən tərəflər razılaşırlar ki, əlavə razılaşma imzalandığı tarixdən etibarən müqavilənin qüvvədə olma müddəti 31 dekabr 2023-cü il tarixinədək uzadılır. İş materiallarında olan 27 iyul 2022-ci il tarixli 01-22T nömrəli yük daşıma xidməti göstərilməsi haqqında müqaviləyə 25 dekabr 2023-cü il tarixli əlavə razılaşmaya əsasən tərəflər razılaşırlar ki, əlavə razılaşma imzalandığı tarixdən etibarən müqavilənin qüvvədə olma müddəti 31 dekabr 2025-ci il tarixinədək uzadılır. İş materiallarında olan 27 iyul 2022-ci il tarixli 01-22T nömrəli yük daşıma xidməti göstərilməsi haqqında müqaviləyə 21 may 2024-cü il tarixli əlavə razılaşmaya əsasən müqavilənin 3.1-ci maddəsi 21 may 2024-ci il tarixdən etibarən “bu müqavilə üzrə xidmət haqqı hər bir reys (yüklərin bir dəfə yüklənməsi və təyinat məntəqəsində təhvil verilməsi) üçün vergi və digər ödənişlər xaric olmaqla 35 (otuz beş) manat olmaqla hesablanır. İcracı tərəfindən bu müqavilə üzrə yerinə yetirilən fəaliyyətə görə xidmət haqqı məbləği reyslərin sayma əsasən müəyyən olunur akta əsasən ödəniş edilməlidir” redaksiyada verilir. İş materiallarında olan 27 iyul 2022-ci il tarixli 01-22T nömrəli yük daşıma xidməti göstərilməsi haqqında müqavilə üzrə 22 iyul 2024-cü il tarixli xidmət haqqı ödənilməsi barədə akta əsasən icraçı tərəfindən 05 iyul 2024-cü il tarixdən 22 iyul 2024-cü il tarixə qədər olan müddətdə 62 reys peyinin daşınmasına görə 2170 manat xidmət haqqı ödəniləcəkdir. İş materiallarında olan 27 iyul 2022-ci il tarixli 01-22T nömrəli yük daşıma xidməti göstərilməsi haqqında müqavilə üzrə 31 iyul 2024-cü il tarixli xidmət haqqı ödənilməsi barədə akta əsasən icraçı tərəfindən 23 iyul 2024-cü il tarixdən 31 iyul 2024-cü il tarixə qədər olan müddətdə 44 reys peyinin daşınmasına görə 1540 manat xidmət haqqı ödəniləcəkdir. İş materiallarında olan 27 iyul 2022-ci il tarixli 01-22T nömrəli yük daşıma xidməti göstərilməsi haqqında müqavilə üzrə 14 avqust 2024-cü il tarixli xidmət haqqı ödənilməsi barədə akta əsasən icraçı tərəfindən 06 avqust 2024-cü il tarixdən 14 avqust 2024-cü il tarixə qədər olan müddətdə 55 reys peyinin daşınmasına görə 1925 manat xidmət haqqı ödəniləcəkdir. İş materiallarında olan 27 iyul 2022-ci il tarixli 01-22T nömrəli yük daşıma xidməti göstərilməsi haqqında müqavilə üzrə 20 avqust 2024-cü il tarixli xidmət haqqı ödənilməsi barədə akta əsasən icraçı tərəfindən 15 avqust 2024-cü il tarixdən 20 avqust 2024-cü il tarixə qədər olan müddətdə 32 reys peyinin daşınmasına görə 1120 manat xidmət haqqı ödəniləcəkdir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə 2170 manat dəyərində xidmətin göstərilməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixli MT2407 seriyalı 11512413 nömrəli, 1540 manat dəyərində xidmətin göstərilməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixli MT2407 seriyalı 12110014 nömrəli, 1925 manat dəyərində xidmətin göstərilməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixli MT2408 seriyalı 11055380 nömrəli, 1120 manat dəyərində xidmətin göstərilməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixli MT2408 seriyalı 12014813 nömrəli elektron qaimə-faktura təqdim olunmuşdur. İş materiallarında olan İddiaçı məxsus "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan hesabdan çıxarış sənədi ilə müəyyən olunur ki, cavabdeh tərəfindən 20 avqust 2024-cü il tarixdə xx.xx.2024-cü il tarixli MT2407 seriyalı 11512413 nömrəli elektron qaimə üzrə 1000 manat məbləğində ödəniş həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Göründüyü kimi, yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, tərəflər arasında 27 iyul 2022-ci il tarixli 01-22T nömrəli yük daşıma xidməti göstərilməsi haqqında müqavilə bağlanmış, həmin müqavilə üzrə icarçı İddiaçı tərəfindən sifarişçi Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə peyin daşınması xidməti göstərilmişdir. Həmin xidmətlərin dəyərindən Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən müxtəlif vaxtlarda ödənişlər edilsə də, cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliklərini lazımi qaydada yerinə yetirməyərək xidmətlərin dəyərini tam ödəməmişdir. Buna görə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında yük daşınması müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində cavabdehdən müqavilə üzrə ödənilməmiş daşıma xidmətlərinin dəyəri olan 6755 (altı min yeddi yüz əlli beş) manat məbləğində əsas borcun tutulmasını xahiş etsə də, iş materiallarında olan hesabdan çıxarışdan Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən 20 avqust 2024-cü il tarixdə 23 iyul 2024-cü il tarixli MT2407 seriyalı 11512413 nömrəli elektron qaimə üzrə 1000 manat məbləğində ödəniş edildiyi müəyyən olunmuşdur. Buna görə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, sözügedən müqavilə üzrə ödənilməmiş 5755 (beş min yeddi yüz əlli beş) manat məbləğində borc Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 5755 (beş min yeddi yüz əlli beş) manat məbləğində borc tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 5755 (beş min yeddi yüz əlli beş) manat məbləğində borc tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Aliyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-269/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-269/2025
24.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr - digər - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver