Məhkəmə qərarları › İş №e-2-2(119)-292/2022

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-292/2022

26.05.2022 · Vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədilə siyahıya alınmış əmlakın açıq hərracda satılması - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-292/2022 26.05.2022 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Tağıyev Xəqani Qəhrəman oğlunun sədrliyi, Abulrəhimov Kamran Hüseyn oğlunun katibliyi ilə İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh X2 qarşı siyahıya alınmış əmlakın satılması tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan X3 Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Buna baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 14.09.2021-ci il tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 14.09.2021-ci il tarixə yaranan 12.407,16 manat borcuna görə 1.500 manat məbləğində qiymətləndirilən 15 ədəd qara rəngli yemək masası, 3.200 manat məbləğində qiymətləndirilən 80 ədəd qara rəngli yemək stulu, 400 manat məbləğində qiymətləndirilən 1 ədəd soyuducu, 2.400 manat məbləğində qiymətləndirilən 6 ədəd “Shivaki” markalı televizor, 2000 manat məbləğində qiymətləndirilən 5 ədəd “Mitsubishi” markalı kondisioner, 1.600 manat məbləğində qiymətləndirilən 4 ədəd “Samsung” markalı televizor, 900 manat məbləğində qiymətləndirilən 3 ədəd “Eurolux” markalı 3 ədəd televizor, ümumilikdə, 12.000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə 20.09.2021-ci il tarixli **********6 nömrəli Protokol tərtib edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə 23.09.2021 tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin 14.09.2021 tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 7807,16 manat ödənilməmiş borcu qalmışdır. Göstərilənləri nəzərə alaraq, iddiaçı məhkəmədən cavabdehin 14.09.2021-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 7.807,16 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə ünvan 1 ünvanında yerləşən, 1.500 manat məbləğində qiymətləndirilən 15 ədəd qara rəngli yemək masası, 3.200 manat məbləğində qiymətləndirilən 80 ədəd qara rəngli yemək stulu, 400 manat məbləğində qiymətləndirilən 1 ədəd soyuducu, 2.400 manat məbləğində qiymətləndirilən 6 ədəd “Shivaki” markalı televizor, 2.000 manat məbləğində qiymətləndirilən 5 ədəd “Mitsubishi” markalı kondisioner, 1.600 manat məbləğində qiymətləndirilən 4 ədəd “Samsung” markalı televizor, 900 manat məbləğində qiymətləndirilən 3 ədəd “Eurolux” markalı 3 ədəd televizor, ümumilikdə, 12.000 manat məbləğində əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi A.Sofiyeva məhkəməyə ərizə verərək, iş yükünün çoxluğunu nəzərə alaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh X2 məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərə alıb, iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin olunmalıdır. İş materiallarında olan “vergi borcunun ödənilməsinə dair” 26.07.2021-ci il tarixli, **********739000 nömrəli bildirişin surətindən görünür ki, cavabdehə həmin tarixə ümumilikdə 18.089,07 manat məbləğində borcunun olması barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan “Əmlakın siyahıya alınması haqqında” 13.09.2021-ci il tarixli, **********6 nömrəli qərarın surətindən görünür ki, vergi borclarını Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödəmədiyi üçün cavabdehin əmlakının siyahıya alınması qərara alınmışdır. Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış öhdəlikləri yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında 20.09.2021-ci il tarixli, **********6 nömrəli protokolun və ona əlavə edilmiş siyahının surətlərindən görünür ki, cavabdehin 12.000 manat məbləğində əmlakı siyahıya alınmışdır. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində hesablanmış borc məbləği dövlət büdcəsinə ödənilmədiyi halda, siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. İş materiallarında olan şəxsi hesab vərəqəsindən çıxarışın surətində bu borclar öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1 və 16.1.1-ci maddələrinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 23.1.6-cı maddəsinə əsasən, müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının hüququdur. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh X3 dövlət büdcəsinə ödəmələri tam həcmdə və vaxtında ödəmədiyindən, dövlət büdcəsinə olan borcunun onun əmlakına yönəldilməsi barədə iddiaçının tələbi əsaslıdır, lakin məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir, belə ki, siyahıya alınmış əmlakın qiyməti 12000 manat olduğuna görə həmin əmlak müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan vasitəsilə satılmalıdır. İddia siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması hissəsində əsassız olduğu üçün təmin edilməməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 20.3-cü maddəsinə görə vergi orqanları məhkəmələrə iddia ərizələrinin verilməsi üçün dövlət rüsumunu ödəməkdən azaddırlar. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən məhkəməyə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun dərəcəsi iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, dövlət rüsumu 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi miqdarında hesablanır. Hazırkı kommersiya işi üzrə iddianın qiyməti 7.807,16 manat olduğundan dövlət rüsumunun məbləği 98 manatdır. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən və hazırki iş üzrə iddia təmin edildiyindən 98 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220, 284-5 və 284-6-cı maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh X2 qarşı siyahıya alınmış əmlakın satılması tələbinə dair iddiası qismən təmin edilsin. X1 14.09.2021-ci il tarixə olan dövlət büdcəsinə ödənilməmiş 7.807,16 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə ünvan 2 ünvanında yerləşən, 1.500 manat məbləğində qiymətləndirilən 15 ədəd qara rəngli yemək masası, 3.200 manat məbləğində qiymətləndirilən 80 ədəd qara rəngli yemək stulu, 400 manat məbləğində qiymətləndirilən 1 ədəd soyuducu, 2.400 manat məbləğində qiymətləndirilən 6 ədəd “Shivaki” markalı televizor, 2.000 manat məbləğində qiymətləndirilən 5 ədəd “Mitsubishi” markalı kondisioner, 1.600 manat məbləğində qiymətləndirilən 4 ədəd “Samsung” markalı televizor, 900 manat məbləğində qiymətləndirilən 3 ədəd “Eurolux” markalı 3 ədəd televizor, ümumilikdə, 12.000 manat məbləğində əmlakı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum vasitəsilə satılsın. İddia qalan hissədə təmin edilməsin. Cavabdehdən 98 manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Xəqani Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar