Məhkəmə qərarları › İş №e-2-2(119)-3/2022

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-3/2022

29.03.2022 · Vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədilə siyahıya alınmış əmlakın açıq hərracda satılması - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-3/2022 29.03.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X1 qızının katibliyi, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi Nümayəndə2 oğlunun iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi 20 noyabr 2019-cu ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16 sentyabr 2019-cu il tarixinə Dövlət Büdcəsinə ödənilməmiş 60000 manat məbləğində vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus 60000 manat məbləğində qiymətləndirilən siyahıya alınmış əmlakın (bir ədəd “daş doğrayan” və bir ədəd “daş qıran”) ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyinə görə vergi ödəyicisi olan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) Dövlət Büdcəsinə vergi borcu yaranmış və həmin borc məbləğinin 5 gün ərzində Büdcəyə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin, borcun Büdcəyə ödənilməsi üçün vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə bildiriş verilməsinə baxmayaraq, həmin borc məbləği yenə də Büdcəyə ödənilməmiş və vergi ödəyicisi "xxxx" MMC-nin 16 sentyabr 2019-cu il tarixinə Dövlət Büdcəsinə cəmi 60000 (altmış min) manat məbləğində ödənilməmiş borcu qalmışdır. Ona görə də, Vergi Məcəlləsinin 89.1-ci maddəsinin tələblərinə uyğun olaraq vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi Vergi Orqanı həmin vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 16 sentyabr 2019-cu il tarixli Qərar qəbul etmiş və həmin Qərar əsasında da 16 sentyabr 2019-cu il tarixə Dövlət Büdcəsinə yaranmış borcuna görə vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ümumilikdə dəyəri 60000 manat məbləğində qiymətləndirilmiş bir ədəd “daş doğrayan” və bir ədəd “daş qıran” siyahıya alınaraq, 07 oktyabr 2019-cu il tarixli **********4 nömrəli Protokol və digər müvafiq sənədlər tərtib edilmişdir. Əmlaklar siyahıya alındıqdan sonra 30 gün müddətində borc Dövlət Büdcəsinə ödənilmədiyi halda, siyahıya alınmış əmlakın açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və 16 sentyabr 2019-cu il tarixinə Dövlət Büdcəsinə ödənilməmiş 60000 manat məbləğində vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 07 oktyabr 2019-cu il tarixli **********4 nömrəli Protokol əsasında siyahıya alınmış cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus bir ədəd “daş doğrayan” və bir ədəd “daş qıran” avadanlıqların ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, vergi öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) 16 sentyabr 2019cu il tarixinə Dövlət Büdcəsinə cəmi 60000 (altmış min) manat məbləğində ödənilməmiş borcu olmuşdur. Həmin borcun ödənilməsini təmin etmək üsulu kimi Vergi Orqanı tərəfindən həmin vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 16 sentyabr 2019cu il tarixli qərar qəbul edilmiş və həmin Qərar əsasında vergi ödəyicisinin 16 sentyabr 2019-cu il tarixinə Dövlət Büdcəsinə ödənilməmiş 60000 manat məbləğində borcuna görə 60000 manat məbləğində qiymətləndirilən vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus 1 (bir) ədəd “daş doğrayan” və 1 (bir) ədəd “daş qıran” siyahıya alınaraq, bu barədə 07 oktyabr 2019-cu il tarixli **********4 nömrəli Protokol tərtib edilmişdir (siyahıya alınmış əmlakın tam siyahısı tərtib edilərək, müvafiq səlahiyyətli şəxslər tərəfindən imzalanmışdır). İddia ərizəsinə əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, həmin Protokol əsasında vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus 1 (bir) ədəd “daş doğrayan” və 1 (bir) ədəd “daş qıran” vergi ödəyicisinin qanuni təmsilçisinin iştirakı ilə siyahıya alınmış və həmin əmlaklar siyahıya alındıqdan sonra saxlanılması üçün vergi ödəyicisinin qanuni təmsilçisinin məsul saxlancına verilərək, bu barədə 07 oktyabr 2019-cu il tarixli “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında” Akt tərtib edilmişdir. Həmin Protokolda və Aktda siyahıya alınmanın hüquqi nəticələri, siyahıya alınmış əmlakla əlaqədar davranış qaydaları və həmin qaydaların pozulmasının hüquqi nəticələri vergi ödəyicisinin qanuni təmsilçisinə elan edilmiş və sonuncu həmin sənədləri imzalamışdır. Bundan sonra da, Dövlət Büdcəsinə olan məlum borc məbləği ödənilmədiyi üçün iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16 sentyabr 2019-cu il tarixinədək ödənilməmiş həmin 60000 manat məbləğində vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 07 oktyabr 2019-cu il tarixli **********4 nömrəli Protokol əsasında siyahıya alınmış əmlakların (bir ədəd “daş doğrayan” və bir ədəd “daş qıran”) ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin, məhkəmə prosesi zamanı cavabdeh "xxxx" MMC tərəfindən məhkəməyə “iddia ərizəsinə etiraz” təqdim edilərək, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “siyahıya alınmış əmlakın açıq hərracda satılması” barədə iddia tələbinin təmin olunmaması haqqında qətnamə qəbul edilməsi xahiş olunmuş və eləcə də, cavabdeh "xxxx" MMC həmin borcun mübahisələndirilməsi ilə əlaqədar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı “səyyar vergi yoxlaması aktının etibarsız hesab edilməsi və onun əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Buna görə də, cavabdeh tərəfin vəsatətinə əsasən qəbul edilmiş Sumqayıt Kommersiya Məhkəməsinin 02 iyun 2020-ci il tarixli qərardadı ilə hazırkı kommersiya işi üzrə icraat Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin tələblərinə əsasən Sumqayıt İnzibati Məhkəməsinin icraatında olan iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı “səyyar vergi yoxlaması aktının etibarsız hesab edilməsi və onun əsasında hesablanmış borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair inzibati iş üzrə yekun məhkəmə aktı qəbul edilib qüvvəyə minənədək dayandırılmışdır. Lakin, Sumqayıt İnzibati Məhkəməsinin 16 aprel 2021-ci il tarixli qərardadı ilə məlum iddia mümkün sayılmamış və həmin qərardad qanuni qüvvəsini almışdır. Buna görə də, Sumqayıt Kommersiya Məhkəməsinin 01 mart 2022-ci il tarixli qərardadı ilə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə icraat təzələnmiş və iş üzrə məhkəmə baxışı davam etdirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən, bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Həmin Məcəllənin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək - vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 23.1.6-cı maddəsinə əsasən, müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının hüququdur. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən, məhkəmə bu Məcəllənin 90.1-ci maddəsində göstərilən vergi orqanının müraciətinə Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsində müəyyən edilmiş qaydada baxır. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, 16 sentyabr 2019-cu il tarixinə hesablanmış 60000 manat məbləğində vergi borcu Dövlət Büdcəsinə ödənilmədiyi üçün 07 oktyabr 2019-cu il tarixli **********4 nömrəli Protokol əsasında siyahıya alınmış cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN **********) məxsus 1 (bir) ədəd “daş doğrayan”ın və 1 (bir) ədəd “daş qıran”ın ixtisaslaşdırılmış açıq hərracda satılması ilə əlaqədar verilmiş iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli və 16 sentyabr 2019-cu il tarixinə Dövlət Büdcəsinə ödənilməmiş 60000 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə 07 oktyabr 2019-cu il tarixli **********4 nömrəli Protokol əsasında siyahıya alınmış cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN **********) məxsus 1 (bir) ədəd “daş doğrayan” və 1 (bir) ədəd “daş qıran” ixtisaslaşdırılmış açıq hərracda satılmalıdır. Eləcə də, iddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə 20 noyabr 2019-cu il tarixində təqdim edildiyindən, həmin dövrdə qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən dövlət nəfinə 10 (on) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən, məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları və bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 16 sentyabr 2019-cu il tarixinə Dövlət Büdcəsinə ödənilməmiş 60000 (altmış min) manat məbləğində vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 07 oktyabr 2019-cu il tarixli **********4 nömrəli Protokol əsasında siyahıya alınmış cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN **********) məxsus 1 (bir) ədəd “daş doğrayan” və 1 (bir) ədəd “daş qıran” ixtisaslaşdırılmış açıq hərracda satılsın. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən dövlət nəfinə 10 (on) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar