Məhkəmə qərarları › İş №e-2-2(119)-435/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-435/2021

04.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-435/2021 04.03.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi ilə İddiaçı Azərbaycan Respublı̇ kasinin İqtı̇ sadı̇ yyat Nazı̇ rlı̇ yi yanında Dövlət Vergı̇ Xı̇ dməti 3 sayli Ərazı̇ Vergı̇ lər İdarəsinin cavabdeh "dyertzAsnaẏ ılA" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nə qarşı vergi, faiz və sanksiya üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə vergi, faiz və sanksiya üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi icraata götürülmüş və məhkəmə hazırlıq iclası xx.xx.2021-ci il tarixə, saat 11:30-a təyin edilmişdir. Tərəflər hazırlıq iclasında iştirak etməmişlər və məhkəmə işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün heab etmişdir. Məhkəmə iddia ərizəsi üzrə materialları tədqiq edib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməlidir. Belə ki, Vergi Məcəlləsinin “Vergilər üzrə borcların alınması qaydası” adlanan 65-ci maddəsində vergi orqanının vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisindən dövlət büdcəsinə alınması qaydaları göstərilmişdir. Vergi ödəyiciləri tərəfindən mübahisələndirilməyən vergi borclarının dövlət büdcəsinə alınması məqsədilə vergi orqanları tərəfindən qaldırılan iddialar vergilərin dövlət büdcəsinə ödənilməsi prosesinin müddətini lüzumsuz olaraq uzatdığından, bu qəbildən olan borcların tutulması məqsədilə vergi orqanı tərəfindən “İnzibati icraat haqqında” Qanunun 82.1-ci maddəsinin və “İcra haqqında” Qanunun 6.1.8-cı maddəsinin tələblərinə uyğun olaraq icra orqanına icra sənədinin verilməsi daha məqbuldur. Belə ki, “İnzibati icraat haqqında” 82.1 -ci maddəsinə əsasən, pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsinə əsasən, inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-cı maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən işə məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 170, 261, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublı̇ kasinin İqtı̇ sadı̇ yyat Nazı̇ rlı̇ yi yanında Dövlət Vergı̇ Xı̇ dməti 3 sayli Ərazı̇ Vergı̇ lər İdarəsinin cavabdeh "dyertzAsnaẏ ılA" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nə qarşı vergi, faiz və sanksiya üzrə borcun tutulması tələbinə İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zahid Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar