Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-440/2020 08.09.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X12 qızının katibliyi, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı X5 nümayəndəsi Nümayəndə2 oğlunun, cavabdeh “Şamaxı Şərab-1” X6 nümayəndəsi Muradov Bəylər Ramazan oğlunun iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı X9 tərəfindən cavabdeh “Şamaxı Şərab-1” X2rşı verilmiş “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı X9 xx xxxx 2020-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdeh “Şamaxı Şərab-1” X2rşı “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2020-ci il tarixinə Dövlət X10 ödənilməmiş cəmi 16491,87 (on altı min dörd yüz doxsan bir manat 87 qəpik) manat hissəsinin ödənilməsinin təmin edilməsi məqsədi ilə cavabdeh “Şamaxı Şərab-1” X7 (VÖEN **********) məxsus 18000 (on səkkiz min) manat məbləğində siyahıya alınmış əmlakın (3 ədəd 20 tonluq çənin) ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün hüquqi şəxs “Şamaxı Şərab-1” X6 (VÖEN**********) Dövlət X10 borcu yaranmış və həmin borc məbləğinin 5 gün ərzində Büdcəyə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin, borcun Büdcəyə ödənilməsi üçün cavabdeh “Şamaxı Şərab- 1” X7 bildiriş verilməsinə baxmayaraq, həmin borc məbləği yenə da Büdcəyə ödənilməmiş və cavabdehin xx xxxxxx 2020-ci il tarixə Dövlət X10 16491,87 (on altı min dörd yüz doxsan bir manat 87 qəpik) manat məbləğində ödənilməmiş borcu qalmışdır. Ona görə də, Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi Vergi orqanı tərəfindən vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə Qərar qəbul edilmiş və həmin Qərar əsasında vergi ödəyicisi “Şamaxı Şərab-1” X6 xx xxxxxx 2020-ci il tarixə yaranmış borcuna görə cəmi 18000 (on səkkiz min) manat məbləğində əmlakı (3 ədəd 20 tonluq çən) siyahıya alınaraq, bu barədə xx xxxx 2020-ci il tarixli **********9 nömrəli Protokol tərtib edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc Dövlət Büdcəsinə ödənilmədiyi halda, siyahıya alınmış əmlakın açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi orqanı tərəfindən cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı X5 nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və xx xxxxxx 2020-ci il tarixinə hesablanmış Dövlət X10 ödənilməmiş 16491,87 manat borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə vergi ödəyicisi olan cavabdeh “Şamaxı Şərab-1” X6 cəmi 18000 manat məbləğində siyahıya alınmış əmlakının, yəni Rusiya istehsalı olan üç ədəd 20 tonluq çənin ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı X5 nümayəndəsi Nümayəndə2 suallara cavab olaraq bildirdi ki, xx xxxxxx 2020-ci il tarixinə Dövlət X10 ödənilməmiş cəmi 16491,87 manat məbləğində borca görə açıq hərracda satılması üçün siyahıya alınmış Rusiya istehsalı olan üç ədəd 20 tonluq çən cavabdeh “Şamaxı Şərab-1” X6 rəhbər şəxsinin məsul saxlancına verilmişdir. Hazırkı iddia ərizəsində nəzərdə tutulan iddia tələbi cavabdehin xx xxxxxx 2019-cu il tarixinə hesablanmış Dövlət X10 ödənilməmiş 16491,87 manat miqdarında borcuna görə verilmişdir. Lakin, həmin vaxtdan sonra cavabdeh “Şamaxı Şərab-1” X6 həmin borcunun müəyyən hissəsi silinmiş və buna görə də, hal-hazırda cavabdehin xx xxxxxxxx 2020-ci il tarixinə Dövlət X10 ödənilməmiş cəmi 8991,27 manat məbləğində borcu qalmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh “Şamaxı Şərab-1” X6 nümayəndəsi X3iddia tələbini qəbul etmədiyini, hal-hazırda fəaliyyəti dayandırılmış cavabdeh “Şamaxı Şərab-1” X6 xx xxxxxxxx 2020-ci il tarixinə Dövlət X10 ödənilməmiş cəmi 8991,27 manat məbləğində borcu qaldığını, həmin borcun da ümidsiz borc kimi silinməli olduğunu və siyahıya alınmış Rusiya istehsal olan üç ədəd emal olunmuş çənin cavabdehin ərazisində saxlandığını bildirib, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı X9 tərəfindən cavabdeh “Şamaxı Şərab-1” X2rşı verilmiş “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbi barədə iddia ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, vergi öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün hüquqi şəxs “Şamaxı Şərab-1” X6 (VÖEN **********) Dövlət X10 xx xxxxxx 2020-ci il tarixə hesablanmış borcunun 16491,87 (on altı min dörd yüz doxsan bir manat 87 qəpik) manat hissəsi ödənilməmişdir. Vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı tərəfindən həmin vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə qərar qəbul edilmiş və həmin Qərar əsasında vergi ödəyicisinin xx xxxxxx 2020-ci il tarixinə olan 16491,87 manat məbləğində Dövlət X10 ödənilməmiş borcuna görə 18000 manat məbləğində qiymətləndirilmiş əmlakı siyahıya alınmış və bu barədə xx xxxx 2020-ci il tarixli **********9 nömrəli protokol tərtib edilmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, həmin Protokol əsasında vergi ödəyicisinin ərazisində yerləşən üç ədəd 20 tonluq çən (Rusiya istehsalı) siyahıya alınmış və həmin avadanlıqlar siyahıya alındıqdan sonra saxlanılması üçün “Şamaxı Şərab-1” X6 rəhbəri Mahmudov Nizami Əlimövsüm oğlunun məsul saxlancına verilərək, bu barədə xx xxxx 2020-ci il tarixli “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında” Akt tərtib edilmişdir. Həmin Protokolda və Aktda siyahıya alınmanın hüquqi nəticələri, siyahıya alınmış əmlakla əlaqədar davranış qaydaları və həmin qaydaların pozulmasının hüquqi nəticələri “Şamaxı Şərab-1” X6 rəhbəri Mahmudov Nizami Əlimövsüm oğluna elan edilmiş və sonuncu həmin sənədləri imzalamışdır. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc Dövlət X10 ödənilmədiyi halda, siyahıya alınmış əmlakın açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Bundan sonra da borc ödənilmədiyi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı X9 hazırkı iddia ərizəsi ilə cavabdeh «Şamaxı Şərab-1” X2rşı “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx xxxxxxxx 2020-ci ildə keçirilən məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı X5 nümayəndəsi Nümayəndə2 məhkəməyə təqdim etdiyi vergi ödəyicisi “Şamaxı Şərab-1” X6 (VÖEN **********) xx xxxxxxxx 2020-ci ildə çap edilərək, müvafiq qaydada təsdiq edilmiş doqquz vərəqdən ibarət X1 məlumatlarla (həmin məlumatlar xx xxx 2016-cı ildən - xx xxxxxxxx 2020-ci ilədək olan dövrü əhatə edir) müəyyən olunur ki, vergi ödəyicisi “Şamaxı Şərab-1” X6 xx xxxxxxxx 2020-ci il tarixə Dövlət X10 ödənilməmiş cəmi 8991,27 (səkkiz min doqquz yüz doxsan bir manat 27 qəpik) manat məbləğində borcu qalmışdır. Beləliklə də, proses iştirakçılarının izahatları və iş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə xx xxxx 2020-ci ildə məhkəməyə müraciət olunarkən cavabdeh “Şamaxı Şərab-1” X6 xx xxxxxx 2020-ci il tarixinə Dövlət X10 ödənilməmiş 16491,87 manat məbləğində borcu olmasına baxmayaraq, hal-hazırda - yəni, xx xxxxxxxx 2020-ci il tarixinə həmin vergi ödəyicisinin ödənilməmiş borcu cəmi 8991,27 (səkkiz min doqquz yüz doxsan bir manat 27 qəpik) manat məbləğindədir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1 və 16.1.1-ci maddələrinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 23.1.6-cı maddəsinə əsasən, müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının hüququdur. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Həmin Məcəllənin 89.2-ci maddəsinə əsasən, əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Həmin Məcəllənin 89.11-ci maddəsinə əsasən, vergi ödəyicisinin bu maddənin müəyyənləşdirdiyi qaydanı pozaraq siyahıya alınmış əmlaka dair bağladığı əqdlər etibarsız sayılır. Həmin Məcəllənin 89.14.7-ci maddəsinə əsasən, siyahıya alınmış mallar məsul saxlamaya qoyulmaq üçün vergi ödəyicisinə təhvil verildikdə, o, siyahıya alınmış malların özgəninkiləşdirilməsinə, israf edilməsinə, gizlədilməsinə, dəyişdirilməsinə yol verdiyi təqdirdə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıdığı barədə xəbərdar olunmalıdır. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən, Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən, məhkəmə bu Məcəllənin 90.1-ci maddəsində göstərilən vergi orqanının müraciətinə Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsində müəyyən edilmiş qaydada baxır. Yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı X5 cavabdeh “Şamaxı Şərab-1” X2rşı “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbi barədə hazırkı iddia ərizəsi üzrə xx xxxxxx 2020-ci il tarixinə hesablanmış borcun azalması və xx xxxxxxxx 2020-ci il tarixinə cavabdeh “Şamaxı Şərab-1” X6 Dövlət X10 ödənilməmiş cəmi 8991,27 (səkkiz min doqquz yüz doxsan bir manat 27 qəpik) manat məbləğində borcunun olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və xx xxxxxxxx 2020-ci il tarixinə Dövlət X10 ödənilməmiş cəmi 8991,27 (səkkiz min doqquz yüz doxsan bir manat 27 qəpik) manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə cavabdeh “Şamaxı Şərab-1” X7 (VÖEN **********) məxsus siyahıya alınmış 3 (üç) ədəd “20 tonluq” çən (Rusiya istehsalı) ixtisaslaşdırılmış açıq hərracda satılmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, cavabdeh “Şamaxı Şərab-1” X4 dövlət nəfinə 10 (on) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən, məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları və bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx xxxxxxxx 2020-ci il tarixinə Dövlət X10 ödənilməmiş cəmi 8991,27 (səkkiz min doqquz yüz doxsan bir manat 27 qəpik) manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə cavabdeh “Şamaxı Şərab-1” X7 (VÖEN **********) məxsus siyahıya alınmış 3 (üç) ədəd “20 tonluq” çən (Rusiya istehsalı) ixtisaslaşdırılmış açıq hərracda satılsın. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh “Şamaxı Şərab-1” X4 dövlət nəfinə 10 (on) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-440/2020
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-440/2020
08.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver