Məhkəmə qərarları › İş №e-2-2(119)-47/2020

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-47/2020

12.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-47/2020 12.02.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, Quluzadə Hüseyn Rasim oğlunun katibliyi, iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi 3 saylı X2 nümayəndəsi X1 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi 3 saylı X2 Cavabdeh qarşı “siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi 3 saylı X4 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdeh qarşı “siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxxxx 2019-cu il tarixinə hesablanmış vergi borcunun Dövlət Büdcəsinə ödənilməmiş 55000 (əlli beş min) manat hissəsinin ödənilməsinin təmin edilməsi məqsədi ilə Cavabdeh (VÖEN **********) 55000 (əlli beş min) manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışıdır ki, Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün vergi ödəyicisi olan fiziki şəxs Cavabdeh (VÖEN **********) Dövlət Büdcəsinə vergi borcu yaranmış və həmin borc məbləğinin 5 gün ərzində Büdcəyə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin, vergi borcunun Büdcəyə ödənilməsi üçün Cavabdeh bildiriş verilməsinə baxmayaraq, borc məbləği yenə da Büdcəyə ödənilməmişdir. Cavabdehin xx xxxxxxxx 2019-cu il tarixə Dövlət Büdcəsinə 55000 (əlli beş min) manat məbləğində ödənilməmiş vergi borcu qalmışdır. Ona görə də, Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx xxxxxxxx 2019-cu il tarixli Qərar qəbul etmiş və həmin Qərar əsasında vergi ödəyicisi Cavabdeh xx xxxxxxxx 2019-cu il tarixə yaranmış vergi borcuna görə cəmi 55000 (əlli beş min) manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx xxxxxxxx 2019-cu il tarixli **********6 saylı Protokol tərtib edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc Dövlət Büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xx xxxxxxxx 2019-cu il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi 3 saylı X2 nümayəndəsi X3 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və xx xxxxxxxx 2019-cu il tarixinə hesablanmış vergi borcunun Dövlət Büdcəsinə ödənilməmiş 55000 manat hissəsinin ödənilməsinin təmin edilməsi məqsədi ilə Cavabdeh cəmi 55000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə Cavabdehnın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, vergi öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün ünvan 1 ünvanında qeydiyyatda olan və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün vergi ödəyicisi olan - fiziki şəxs Cavabdeh (VÖEN **********) Dövlət Büdcəsinə xx xxxxxxxx 2019-cu il tarixə hesablanmış cəmi 147727,17 manat məbləğində vergi borcu olmuş və həmin borcun 55000 (əlli beş min) manat hissəsi ödənilməmişdir. Vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı tərəfindən həmin vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx xxxxxxxx 2019-cu il tarixli qərar qəbul edilmişdir. Həmin Qərar əsasında vergi ödəyicisinin həmin tarixə 55000 (əlli beş min) manat məbləğində ödənilməmiş vergi borcuna görə cəmi 55000 (əlli beş min) manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx xxxxxxxx 2019-cu il tarixli **********6 saylı protokol tərtib edilmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, həmin Protokol əsasında vergi ödəyicisinin Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində (daş-çınqıl karxanasında) yerləşən mişar daşından tikilmiş və 50000 (əlli min) manat dəyərində qiymətləndirilmiş bir ədəd bina və 5000 (beş min) manat dəyərində qiymətləndirilmiş bir ədəd “VAZ-21074” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı minik avtomobili siyahıya alınmış və həmin əmlaklar siyahıya alındıqdan sonra saxlanılması üçün Cavabdeh saxlancına verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1 və 16.1.1-ci maddələrinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 23.1.6-cı maddəsinə əsasən, müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının hüququdur. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən, Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli və 06 sentyabr 2019-cu il tarixinə hesablanmış vergi borcunun Dövlət Büdcəsinə ödənilməmiş 55000 (əlli beş min) manat məbləğində hissəsinin ödənilməsinin təmin edilməsi məqsədi ilə Cavabdeh (VÖEN **********) 55000 (əlli beş min) manat məbləğində siyahıya alınmış əmlakı (Xaçmaz rayonu Köhnə Xaçmaz kəndində (daş-çınqıl karxanası) yerləşən mişar daşından tikilmiş bir ədəd bina və bir ədəd “VAZ-21074” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı minik avtomobili) ixtisaslaşdırılmış açıq hərracda satılmalıdır. Eləcə də, Cavabdeh dövlət nəfinə 10 manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən, məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları və bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-230, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. xx xxxxxxxx 2019-cu il tarixinə hesablanmış vergi borcunun Dövlət Büdcəsinə ödənilməmiş 55000 (əlli beş min) manat hissəsinin ödənilməsinin təmin edilməsi məqsədi ilə Cavabdeh (VÖEN **********) 55000 (əlli beş min) manat məbləğində siyahıya alınmış əmlakı ixtisaslaşdırılmış açıq hərracda satılsın. Cavabdeh dövlət nəfinə 10 (on) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən ZülfüqarSadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar