Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-484/2020 30.07.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlu, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı X1 tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh Şıxbaba oğluna qarşı verilmiş “aksiz markası olmayan malların müsadirə edilməsi” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı X1 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh Şıxbaba oğluna qarşı “aksiz markası olmayan malların müsadirə edilməsi” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Cavabdeh məxsus aksiz markaları ilə markalanmalı olan, lakin markalanmamış alış dəyəri 188,90 manat olan 51 ədəd tütün məmulatının satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kiçik mübahisələr üzrə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı X1 maraqlı şəxs Cavabdeh Şıxbaba qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə hazırkı ərizə ilə məhkəməyə müraciət edərək, “Cavabdeh məxsus aksiz markaları ilə markalanmalı olan, lakin markalanmamış alış dəyəri 188,90 manat olan 51 ədəd tütün məmulatının satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir”. Lakin, "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumat bazası ilə müəyyən olunur ki, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı X1 xx xxxx 2020-ci ildə də “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə maraqlı şəxs Cavabdeh Şıxbaba oğluna qarşı “aksiz markası olmayan malların müsadirə edilməsi” tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Cavabdeh məxsus aksiz markaları ilə markalanmalı olan, lakin markalanmamış cəmi 188,90 manat dəyərində 51 ədəd tütün məmulatlarının müsadirə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və həmin ərizə üzrə qəbul edilmiş Sumqayıt Kommersiya Məhkəməsinin xx xxx 2020-ci il tarixli e-2- 2(119)-295/2020 nömrəli qətnaməsi ilə həmin tələb təmin olunaraq, satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə Cavabdeh məxsus aksiz markaları ilə markalanmalı olan, lakin markalanmamış cəmi 188,90 manat dəyərində 51 ədəd tütün məmulatları (siqaret) müsadirə edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış və müvafiq qaydada icraya yönəldilmişdir. Qeyd etmək lazımdır ki, hər iki iddia ərizəsində, yəni həm hazırkı iddia ərizəsində, həm də Sumqayıt Kommersiya Məhkəməsinin xx xxx 2020-ci il tarixli e-2-2(119)-295/2020 nömrəli qətnaməsinin qəbul edilməsi ilə nəticələnmiş iddia ərizəsində xx xxxxxx 2020-ci il tarixli Akt və Protokol əsasında siyahıya alınmış Cavabdeh məxsus aksiz markaları ilə markalanmalı olan, lakin markalanmamış cəmi 188,90 manat dəyərində 51 ədəd tütün məmulatlarının (siqaretin) müsadirə edilməsi xahiş olunmuşdur. Yəni, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa - iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunur. Həmin Məcəllənin 284-4.1 və 284-4.1.1-ci maddələrinə əsasən, bu Məcəllənin 153.2-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmişdirsə - məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Həmin Məcəllənin 284-4.2-ci maddəsinə əsasən, Mülki-Prosessual Məcəllənin 284- 4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264 və 284-1 - 284-4-cü maddələrini rəhbər tutub, QƏRARA ALDİM: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı X1 tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh Şıxbaba oğluna qarşı verilmiş “aksiz markası olmayan malların müsadirə edilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-484/2020
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-484/2020
30.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver