Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-496/2020 05.08.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlu, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı X2 tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh1 qarşı verilmiş “borcun tutulması” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı X2 xx xxxxxx 2020-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “dövlət mülkiyyətində olan torpaq sahəsindən icarə qaydasında istifadə üzrə yaranmış 419,29 manat borcun Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilməsi qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin, Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən həmin iddia ərizəsinin icraata götürülməsi ilə əlaqədar müvafiq prosessual hərəkətlər edilənədək iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı X2 xx xxxxxx 2020-ci il tarixli “iddia ərizəsinin qaytarılması” barədə ərizə ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, iddia ərizəsi ilə tələb olunan borc ödənildiyi üçün Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1 və 152.1.9-cu maddələrinə əsasən, iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda - məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Beləliklə də, təsvir olunanlara əsasən hesab edirəm ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı X1 xx xxxxxx 2020-ci il tarixli “iddia ərizəsinin qaytarılması” barədə ərizəsinə əsasən Cavabdeh1 qarşı verilmiş “borcun tutulması” tələbinə dair iddia ərizəsi iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 263-264 və 284-1 - 284-4-cü maddələrini rəhbər tutub, QƏRARA ALDİM: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı X1 “iddia ərizəsinin qaytarılması” barədə ərizəsi təmin edilsin. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı X2 tərəfindənkiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh1 qarşı verilmiş “borcun tutulması” tələbinə dair iddia ərizəsi iddiaçıya geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-496/2020
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-496/2020
05.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver