Məhkəmə qərarları › İş №e-2-2(119)-575/2020

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-575/2020

07.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-575/2020 07.10.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X4 qızının katibliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi Nurullayev Rövşən Azad oğlunun iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2020-ci il tarixinə hesablanmış vergi borcunun Dövlət Büdcəsinə ödənilməmiş 60478,11 (altmış min dörd yüz yetmiş səkkiz manat 11 qəpik) manat hissəsinin ödənilməsinin təmin edilməsi məqsədi ilə Bakı şəhəri “Sədərək” Ticarət Mərkəzinin 24 saylı anbarında saxlanılan cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN **********) məxsus siyahıya alınmış cəmi 85 adda, 257019 sayda Çin istehsalı olan ümumi dəyəri 60476,69 manat təşkil edən müxtəlif növ parfümeriya, məişət əşyaları və avtomobil hissələrinin ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün hüquqi şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN**********) Dövlət Büdcəsinə vergi borcu yaranmış və həmin borc məbləğinin 5 gün ərzində Büdcəyə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin, vergi borcunun Büdcəyə ödənilməsi üçün cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə bildiriş verilməsinə baxmayaraq, həmin borc məbləği yenə da Büdcəyə ödənilməmiş və cavabdehin xx xxxx 2020-ci il tarixə Dövlət Büdcəsinə 60478,11 (altmış min dörd yüz yetmiş səkkiz manat 11 qəpik) manat məbləğində ödənilməmiş vergi borcu qalmışdır. Ona görə də, Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi Vergi orqanı tərəfindən vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə Qərar qəbul edilmiş və həmin Qərar əsasında vergi ödəyicisi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxx 2020-ci il tarixə yaranmış borcuna görə cəmi 60476,69 (altmış min dörd yüz yetmiş altı manat 69 qəpik) manat məbləğində əmlakları, yəni 85 adda, 257019 sayda Çin istehsalı olan müxtəlif növ parfümeriya, məişət əşyaları və avtomobil hissələri siyahıya alınaraq, bu barədə xx xxxx 2020-ci il tarixli **********4 nömrəli Protokol tərtib edilmişdir. Əmlaklar siyahıya alındıqdan sonra 30 gün müddətində borc Dövlət Büdcəsinə ödənilmədiyi halda, siyahıya alınmış əmlakların açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi orqanı tərəfindən cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi Nurullayev Rövşən Azad oğlu iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və xx xxxx 2020-ci il tarixinə hesablanmış vergi borcunun Dövlət Büdcəsinə ödənilməmiş 60478,11 manat hissəsinin ödənilməsinin təmin edilməsi məqsədi ilə Bakı şəhəri “Sədərək” Ticarət Mərkəzinin 24 saylı anbarında saxlanılan cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus siyahıya alınmış cəmi 85 adda, 257019 sayda Çin istehsalı olan müxtəlif növ parfümeriya, məişət əşyaları və avtomobil hissələrinin ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, kommersiya işinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, vergi öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün vergi ödəyicisi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) Dövlət Büdcəsinə xx xxxx 2020-ci il tarixə hesablanmış vergi borcunun 60478,11 (altmış min dörd yüz yetmiş səkkiz manat 11 qəpik) manat hissəsi ödənilməmişdir. Vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı tərəfindən həmin vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə qərar qəbul edilmiş və həmin Qərar əsasında vergi ödəyicisinin xx xxxx 2020-ci il tarixinə olan 60478,11 manat məbləğində ödənilməmiş vergi borcuna görə 60476,69 manat məbləğində qiymətləndirilmiş əmlaklarıı siyahıya alınmış və bu barədə xx xxxx 2020-ci il tarixli **********4 saylı protokol tərtib edilmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, həmin Protokol əsasında vergi ödəyicisinin Bakı şəhəri “Sədərək” Ticarət Mərkəzinin 24 saylı anbarında saxlanılan 85 adda, 257019 sayda Çin istehsalı olan müxtəlif növ parfümeriya, məişət əşyaları və avtomobil hissələri siyahıya alınmış (siyahıya alınmış əmlakların tam siyahısı tərtib edilərək, müvafiq səlahiyyətli şəxslər tərəfindən imzalanmışdır) və həmin əşyalar siyahıya alındıqdan sonra saxlanılması üçün səlahiyyətli nümayəndəsi X1 məsul saxlancına verilərək, bu barədə xx xxxx 2020-ci il tarixli “Vergi ödəyicisinin siyahıya allnmış əmlakının məsul saxlanmaya verilməsi haqqında” Akt tərtib edilmişdir. Həmin Protokolda və Aktda siyahıya alınmanın hüquqi nəticələri, siyahıya alınmış əmlaklarla əlaqədar davranış qaydaları və həmin qaydaların pozulmasının hüquqi nəticələri vergi ödəyicisi “xxxx” MMC-nin səlahiyyətli nümayəndəsi X2 elan edilmiş və sonuncu həmin sənədləri imzalamışdır. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc ödənilmədiyi halda, siyahıya alınmış əmlakın açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq edilmişdir. Bundan sonra da məlum vergi borcu ödənilmədiyi üçün iddaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi hazırkı iddia ərizəsi ilə cavabdeh «xxxx” MMC-nə qarşı “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin siyahıya alınmış əmlakların ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1 və 16.1.1-ci maddələrinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 23.1.6-cı maddəsinə əsasən, müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının hüququdur. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Həmin Məcəllənin 89.2-ci maddəsinə əsasən, əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Həmin Məcəllənin 89.11-ci maddəsinə əsasən, vergi ödəyicisinin bu maddənin müəyyənləşdirdiyi qaydanı pozaraq siyahıya alınmış əmlaka dair bağladığı əqdlər etibarsız sayılır. Həmin Məcəllənin 89.14.7-ci maddəsinə əsasən, siyahıya alınmış mallar məsul saxlamaya qoyulmaq üçün vergi ödəyicisinə təhvil verildikdə, o, siyahıya alınmış malların özgəninkiləşdirilməsinə, israf edilməsinə, gizlədilməsinə, dəyişdirilməsinə yol verdiyi təqdirdə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıdığı barədə xəbərdar olunmalıdır. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən, Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən, məhkəmə bu Məcəllənin 90.1-ci maddəsində göstərilən vergi orqanının müraciətinə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsində müəyyən edilmiş qaydada baxır. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən cavabdeh “xxxx” MMC-nə qarşı verilmiş xx xxxx 2020-ci il tarixinə hesablanmış vergi borcunun Dövlət Büdcəsinə ödənilməmiş 60478,11 manat hissəsinin ödənilməsinin təmin edilməsi məqsədi ilə Bakı şəhəri “Sədərək” Ticarət Mərkəzinin 24 saylı anbarında saxlanılan cavabdeh “xxxx” MMCnə məxsus siyahıya alınmış cəmi 85 adda, 257019 sayda Çin istehsalı olan müxtəlif növ parfümeriya, məişət əşyaları və avtomobil hissələrinin ixtisaslaşdırılmış açıq hərracda satılması barədə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli və xx xxxx 2020-ci il tarixinə Dövlət Büdcəsinə ödənilməmiş 60478,11 manat məbləğində vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə Bakı şəhəri “Sədərək” Ticarət Mərkəzinin 24 saylı anbarında saxlanılan cavabdeh “xxxx” MMC-nə (VÖEN **********) məxsus siyahıya alınmış cəmi 85 adda, 257019 sayda Çin istehsalı olan müxtəlif növ parfümeriya, məişət əşyaları və avtomobil hissələri ixtisaslaşdırılmış açıq hərracda satılmalıdır. Eləcə də, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən dövlət nəfinə 10 manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən, məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları və bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx xxxx 2020-ci il tarixinə Dövlət Büdcəsinə ödənilməmiş 60478,11 (altmış min dörd yüz yetmiş səkkiz manat 11 qəpik) manat məbləğində vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə Bakı şəhəri “Sədərək” Ticarət Mərkəzinin 24 saylı anbarında saxlanılan cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN **********) məxsus siyahıya alınmış cəmi 85 adda, 257019 sayda Çin istehsalı olan müxtəlif növ parfümeriya, məişət əşyaları və avtomobil hissələri ixtisaslaşdırılmış açıq hərracda satılsın. Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən dövlət nəfinə 10 (on) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar