Məhkəmə qərarları › İş №e-2-2(119)-626/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-626/2021

08.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-626/2021 08.06.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X16 qızının katibliyi, İddiaçı nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə, Cavabdeh X17 Cəmiyyətinin qanuni təmsilçisi X12 oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh X17 Cəmiyyətinə qarşı “sənədlərin (məlumatların) təqdim edilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (X10) “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh X17 Cəmiyyətinə qarşı “sənədlərin (məlumatların) təqdim edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh X17 Cəmiyyətinin aralıq balanslarının, Cəmiyyətin əsas vəsaitləri, avadanlıqları və mülkiyyətində olan torpaq sahəsi barədə məlumatların əks olunduğu müvafiq bəyannamələrin, hesabatların, habelə Cavabdeh ATSC-nin səhmdarlarının son vəziyyətini əks etdirən reyestrin ona təqdim olunması vəzifəsinin Cavabdeh ATSC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı (X10) və qızı X11 Cavabdeh ATSC-nin səhmdarlarıdır. ATSC-nin səhmlərinin cəmi sayı 293021 ədəddir. Həmin səhmlərin 90157 ədədi İddiaçı, 570 ədədi qızı X7 məxsusdur. Həmin səhmlər onlara iddiaçının əri, qızının isə atası olmuş X2ndan vərəsəlik qaydasında keçmişdir. X2 2006-cı ildə vəfat etdikdən sonra ATSC-nin bütün səhmlərinin 1/3 hissəsinə sahib olmalarına baxmayaraq, Cavabdeh ATSC-nin rəhbərliyi onları ATSC-nin inzibati binasına və istehsal sahələrinə buraxmamışdır. Vergilər Nazirliyinin Xaçmaz şəhərində yerləşən 3 saylı Ərazi Vergilər İdarəsindən iddiaçıya göndərilmiş 30 dekabr 2020-ci il tarixli **********990000 saylı məktubda bildirilmişdir ki, iddiaçının şikayəti əsasında aparılmış araşdırma zamanı Cavabdeh ATSC-nin direktoru Tərlan Ələsgərov 25 dekabr 2020-ci il tarixdə vergi orqanına verdiyi izahatında ATSC-nin əksər səhmdarlarına aralıq balansın təqdim edildiyini, cəmiyyətin əsas vəsaitləri, avadanlıqları və mülkiyyətində olan torpaq sahəsi barədə məlumatların müvafiq bəyannamələrdə əks olunaraq vergi orqanına təqdim edildiyini, qanunvericiliyin tələblərinə riayət olunmaqla hazırlanmış hesabatların səhmdarlara təqdim edildyini, bu barədə səhmdarların mütəmadi məlumatlandırıldığını və ATSC-nin qapılarının səhmdarların üzünə həmişə açıq olduğunu, 11 may 2016-cı il tarixdən isə ATSC-nin fəaliyyətinin dayandırıldığını bildirmişdir. Həmin məktubda vergi orqanı, həmçinin bildirmişdir ki, ATSC-nin 28 dekabr 2020-ci il tarixinə dövlət büdcəsinə ümumilikdə vergilər üzrə 56,5 min manat və məcburi sosial sığorta haqları üzrə 24,7 min manat borcu vardır. 15 yanvar 2021-ci il tarixdə Cavabdeh ATSC-nin icra orqanının rəhbəri Tərlan Ələsgərova yazılı məktubla müraciət edərək 07 sentyabr 2009-cu ildən ATSC-nin səhmdarı olduğuna baxmayaraq, bu günə qədər bir dəfə də olsun ATSC-nin səhmdarlarının ümumi yığıncağına dəvət edilmədiyini, ATSC-nin səhmdarlarının hansısa tarixdə keçirilmiş hansısa ümumi yığıncağı haqqında, habelə ATSC-nin fəaliyyəti haqqında hər hansı məlumat almadığını (verilmədiyini), mərhum X1 Cavabdeh ATSC-nin kifayət qədər uğurlu sahibkarlıq fəaliyyəti ilə məşğul olan, fəaliyyətindən hər il külli miqdarda mənfəət əldə edən iri vergi ödəyicisi olduğu halda, onun vəfatından sonra zərərlə işləyən, dövlətə külli miqdarda vergi və sosial sığorta haqları üzrə borcu olan bir müəssisəyə çevrilmiş olmasını, ATSC-nin səhmlərinin 1/3 hissəsinə sahib olduğu halda, ATSC-nin fəaliyyətinin 11 may 2016-cı il tarixdən etibarən dayandırıldığı barədə hər hansı formada hər hansı məlumat verilmədiyinin qanunsuz olmasını, uzun illər ərzində ATSC-nin digər səhmdarlarının kimlər olması, onların ATSC-nin fəaliyyətinə cəlb olunub-olunmamaları, onlara dividend ödənilib-ödənilməməsi və sair hallarla bağlı məlumatsız saxlanıldığını bildirib, ATSC-nin fəaliyyəti ilə tanış olmaq imkanın yaranması üçün ATSC-nin aralıq balanslarının, Cəmiyyətin əsas vəsaitləri, avadanlıqları və mülkiyyətində olan torpaq sahəsi barədə məlumatların əks olunduğu müvafiq bəyannamələrin, hesabatların, habelə ATSC-nin səhmdarlarının reyestrinin qanunvericiliklə müəyyən edilmiş beş gün ərzində iddiaçının poçt ünvanına göndərməklə təqdim edilməsini xahiş etdi. Lakin, məktubun 15 yanvar 2021-ci il tarixdə Cavabdeh ATSC-nin icra orqanının rəhbəri Tərlan Ələsgərov tərəfindən şəxsən qəbul edilməsinə baxmayaraq, bu günədək həmin məktuba cavabdeh tərəfindən cavab verilməmiş və müvafiq olaraq ATSC-nin aralıq balansları, Cəmiyyətin əsas vəsaitləri, avadanlıqları və mülkiyyətində olan torpaq sahəsi barədə məlumatların əks olunduğu müvafiq bəyannamələri, hesabatları, habelə ATSC-nin səhmdarlarının reyestri iddiaçıya təqdim edilməmişdir (Bundan sonra iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsinin məzmunu qeyd olunur). İstinad edilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi cavabdeh ondan tələb edilən sənədləri 5 (beş) iş günü müddətində iddiaçıya təqdim etməli idi. Lakin, göründüyü kimi müraciət edildiyi tarixdən 2 aydan çox müddət keçməsinə baxmayaraq həmin sənədlər hələ də iddiaçıya təqdim edilməmişdir. Eyni hal əvvəllər də dəfələrlə təkrar olunmuşdur. 11 may 2016-cı il tarixdən ATSC-nin fəaliyyətinin iddiaçıya hər hansı məlumat verilmədən dayandırılması, səhmdar olduğu bütün müddət ərzində iddiaçıya bir manat belə dividend ödənilməməsi, eyni zamanda ATSC-nin 28 dekabr 2020-ci il tarixinə dövlət büdcəsinə ümumilikdə vergilər üzrə 56,5 min manat, məcburi sosial sığorta haqları üzrə 24,7 min manat borcunun olması təsdiq edir ki, kifayət qədər uğurlu sahibkarlıq fəaliyyəti ilə məşğul olub, fəaliyyətindən hər il külli miqdarda mənfəət əldə edən iri vergi ödəyicisi olmuş Cavabdeh ATSC hazırda zərərlə işləyir. Onun əmlakı bazar şərtlərindən əhəmiyyətli dərəcədə aşağı şərtlərlə və qiymətlə icarə əsasında istifadəyə verilmiş və bununla da səhmdarlara (payçılara) münasibətdə ədalətsiz və onlara ziyan vuran əqdlər bağlanmışdır. Digər tərəfdən belə bir vəziyyətdə Cavabdeh ATSC-nin əmlakının mənimsənilməsi və ya israf edilməsi təhlükəsi də vardır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və Cavabdeh X17 Cəmiyyətinin aralıq balanslarının, Cəmiyyətin əsas vəsaitləri, avadanlıqları və mülkiyyətində olan torpaq sahəsi barədə məlumatların əks olunduğu müvafiq bəyannamələrin, hesabatların, habelə Cavabdeh ATSC-nin səhmdarlarının son vəziyyətini əks etdirən reyestrin İddiaçı, yəni X6 təqdim olunması vəzifəsinin Cavabdeh ATSC-nin üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh X17 Cəmiyyətinin qanuni təmsilçisi X9 iddia tələbini qəbul etdiyini və Cavabdeh X17 Cəmiyyətinin aralıq balanslarının, Cəmiyyətin əsas vəsaitləri, avadanlıqları və mülkiyyətində olan torpaq sahəsi barədə məlumatların əks olunduğu müvafiq bəyannamələrin, hesabatların, habelə Cavabdeh ATSC-nin səhmdarlarının son vəziyyətini əks etdirən reyestrin İddiaçı, yəni X6 təqdim olunması vəzifəsinin Cavabdeh ATSC-nin üzərinə qoyulması barədə iddia tələbinin təmin olunmasına etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı (bir sıra rəsmi sənədlərdə “X10” kimi göstərilmişdir) Cavabdeh X17 Cəmiyyətinin səhmdarlarından biridir. Lakin, dəfələrlə müraciət etməsinə baxmayaraq, Cavabdeh X17 Cəmiyyətinin əsas vəsaitləri, avadanlıqları və mülkiyyətində olan torpaq sahəsi barədə məlumatların əks olunduğu müvafiq bəyannamələr, hesabatlar, aralıq balansları və səhmdarların son vəziyyətini əks etdirən reyestr məlumatları İddiaçı (X6) təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.1-ci madəsinə əsasən, hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Həmin Məcəllənin 49.3-cü maddəsinə əsasən, hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən, nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünmüş cəmiyyət səhmdar cəmiyyəti sayılır. Həmin Məcəllənin 106-1.1-ci maddəsinə əsasən, səhmdar cəmiyyətinin səhmdarı cəmiyyətin bir və ya daha çox sayda səhmlərinin bu Məcəllə ilə müəyyən edilmiş qaydada mülkiyyətçisi olan fiziki və (və ya) hüquqi şəxsdir. Həmin Məcəllənin 106-1.3-cü maddəsinin tələblərinə görə, səhmdar cəmiyyətinin adi səhminin sahibi olan səhmdarının qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və maliyyə hesabatları ilə tanış olmaq hüququ vardır. Həmin Məcəllənin 106-2.3-cü maddəsinə əsasən, səhmdar ildə bir dəfə cəmiyyətin icra orqanından səhmdarların reyestrinin ona təqdim edilməsini tələb edə bilər. Bu halda səhmdar cəmiyyətinin icra orqanı səhmdarların reyestrini beş gün ərzində həmin səhmdara təqdim etməlidir. Beləliklə də, yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, Cavabdeh X17 Cəmiyyətinin aralıq balanslarının, Cəmiyyətin əsas vəsaitləri, avadanlıqları və mülkiyyətində olan torpaq sahəsi barədə məlumatların əks olunduğu müvafiq bəyannamələrin, hesabatların, habelə Cavabdeh ATSC-nin səhmdarlarının son vəziyyətini əks etdirən reyestrin İddiaçı (X6) təqdim olunması vəzifəsinin Cavabdeh ATSC-nin üzərinə qoyulması barədə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli və Cavabdeh X17 Cəmiyyətinin əsas vəsaitləri, avadanlıqları və mülkiyyətində olan torpaq sahəsi barədə məlumatların əks olunduğu müvafiq bəyannamələrin, hesabatların, aralıq balanslarının və səhmdarların son vəziyyətini əks etdirən reyestrin İddiaçı (X10) təqdim olunması vəzifəsi Cavabdeh X17 Cəmiyyətinin üzərinə qoyulmalıdır. Eləcə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 10 (on) manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X17 Cəmiyyətinin əsas vəsaitləri, avadanlıqları və mülkiyyətində olan torpaq sahəsi barədə məlumatların əks olunduğu müvafiq bəyannamələrin, hesabatların, aralıq balanslarının və səhmdarların son vəziyyətini əks etdirən reyestrin İddiaçı (X10) təqdim olunması vəzifəsi Cavabdeh X17 Cəmiyyətinin üzərinə qoyulsun. Ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu Cavabdeh X17 Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver