Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-647/2022 11.05.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlu, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən Cavabdeh qarşı verilmiş “siyahıya alınmış əmlakın satılması” tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsi 10 may 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdeh qarşı “siyahıya alınmış əmlakın satılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən yolverilməzliyinə görə həmin iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsi 10 may 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdeh qarşı “siyahıya alınmış əmlakın satılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdehin 15.03.2022-ci il tarixə qeyd olunan borc məbləğindən Dövlət Büdcəsinə ödənilməmiş 1000 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə ünvan 1 ünvanında yerləşən mağazada Çin istehsalı olan bir vahidinin qiyməti 70 manat olan 2 ədəd oyuncaq (maşınlar qarajlı), Çin istehsalı olan bir vahidinin qiyməti 30 manat olan 2 ədəd oyuncaq (maşınlar) və LG adlı bir vahidinin qiyməti 800 manat olan 1 ədəd kondisioner olmaqla, ümumilikdə 1000 manat məbləğində siyahıya alınmış əmlakının ticarət şəbəkələrində satılması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin, hal-hazırda Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(119)- 610/2022 nömrəli kommersiya işinin materialları ilə müəyyən olunur ki, ("AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumat bazasında da həmin məlumatlar mövcuddur), iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsi 29 aprel 2022-ci ildə də “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı “siyahıya alınmış əmlakın satılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdehin 15.03.2022-ci il tarixə qeyd olunan borc məbləğindən Dövlət Büdcəsinə ödənilməmiş 1000 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə ünvan 1 ünvanında yerləşən mağazada Çin istehsalı olan bir vahidinin qiyməti 70 manat olan 2 ədəd oyuncaq (maşınlar qarajlı), Çin istehsalı olan bir vahidinin qiyməti 30 manat olan 2 ədəd oyuncaq (maşınlar) və LG adlı bir vahidinin qiyməti 800 manat olan 1 ədəd kondisioner olmaqla, ümumilikdə 1000 manat məbləğində siyahıya alınmış əmlakının ticarət şəbəkələrində satılması” barədə qətnamə qəbul edilməsini xahiş etmiş və məhkəmə, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən Cavabdeh qarşı verilmiş “siyahıya alınmış əmlakın satılması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair həmin kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, Mülki-Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Göründüyü kimi, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair kommersiya işi artıq Sumqayıt Kommersiya Məhkəməsinin icraatında vardır və həmin e-2-2(119)-610/2022 nömrəli kommersiya işi üzrə məhkəmə bildirişi cavabdehə göndərilməklə məhkəmə prosesi başlanmışdır. Bununla da, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsi hazırkı iddia ərizəsi ilə eyni cavabdehə qarşı, eyni tələb üzrə və eyni əsaslarla təkrarən məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa - iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunur. Qeyd etmək lazımdır ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən hazırkı iddia ərizəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə verilmiş olduğundan, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçı tərəfindən yaradılmış olan elektron kabinetə yerləşdirilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-153, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D İ: İddianın yolverilməzliyinə görə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən Cavabdeh qarşı verilmiş “siyahıya alınmış əmlakın satılması” tələbi barədə iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-647/2022
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-647/2022
11.05.2022 · Vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədilə siyahıya alınmış əmlakın açıq hərracda satılması - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver