Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-674/2022 22.07.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Məmmədov Rizvan İlqar oğlunun iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hüquqazidd hərəkətləri ilə mənimsədiyi 5400 manat vəsaitin qaytarılması və həmin vəsaitdən əsassız faydalanmağa görə məbləğin 15% həcmində faiz (810 manat) olmaqla, cəmi 6210 manat vəsaitin cavabdehdən tutulması və ilkin mediasiya sessiyasında ödənilən 100 manatın 82,10 manat məbləğində olan hissəsinin dövlət rüsumuna aid edilməsi və həmin məbləğin cavabdehdən tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmin iddia ərizəsində iddiaçı tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında heç bir müqavilə üzrə öhdəlik olmadığı halda, cavabdeh əsassız olaraq 21 aprel 2020-ci il tarixli EBAJ seriyalı 011866 nömrəli elekrton qaimə ilə 850 manat, 22 aprel 2020-ci il tarixli EBAJ seriyalı 054510 nömrəli elektron qaimə ilə 1850 manat və 01 may 2020-ci il tarixli EBAJ seriyalı 402628 nömrəli elektron qaimə ilə 2700 manat olmaqla, cəmi 5400 manat vəsaitin İddiaçı QSC-nin hesabından silinməsini həyata keçirmişdir. Mənimsənilmiş 5400 manat vəsaitin geri qaytarılması barədə müraciət olunsa da, cavabdeh əsassaz olaraq mənimsədiyi həmin vəsaitin qaytarılmasından yayınmışdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq kommersiya mübahisəsi üzrə məhkəməyə müraciət etməzdən əvvəl mübahisənin mediasiya prosesində həll edilməsi ilə bağlı Mediasiya təşkilatına müraciət edilmiş və cavabdeh tərəf mediasiya sessiyasında iştirak etmədiyindən, ilkin mediasiya sessiyasında iştirak etməməklə bağlı 10 mart 2022-ci il tarixli arayış təqdim edilmişdir. Məhkəmə iclasında İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və cavabdehin hüquqazidd hərəkətləri ilə mənimsədiyi 5400 manat vəsait və həmin vəsaitdən əsassız faydalanmağa görə 15%-lə hesablanmış 810 manat pul olmaqla, cəmi 6210 manat məbləğində pul vəsaitinin və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 100 manat məbləğində xidmət haqqının Cavabdehndən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 21 aprel 2020-ci il tarixli EBAJ seriyalı 011866 nömrəli elektron qaimədən görünür ki, “www.kristallplus.az saytına bir illik yerləşməsi” əsası ilə “alıcı” İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən “təqdim edən” Cavabdehnə 850 (səkkiz yüz əlli) manat məbləğində pul vəsaitinin ödənilməsi tələb edilmişdir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin vasitəsilə həyata keçirilən 21 aprel 2020-ci il tarixli 118OPXO201120129 nömrəli Ödəniş Tapşırığından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh bank hesabına 850 (səkkiz yüz əlli) manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan 22 aprel 2020-ci il tarixli EBAJ seriyalı 054510 nömrəli elektron qaimədən görünür ki, “www.kristallplus.az domeninə və e-mail-lərinə bir illik yerləşməsi” əsası ilə “alıcı” İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən “təqdim edən” Cavabdehnə 1850 (min səkkiz yüz əlli) manat məbləğində pul vəsaitinin ödənilməsi tələb edilmişdir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin vasitəsilə həyata keçirilən 22 aprel 2020-ci il tarixli İB**********_200422 nömrəli Ödəniş Tapşırığından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh bank hesabına 1850 (min səkkiz yüz əlli) manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan 01 may 2020-ci il tarixli EBAJ seriyalı 402628 nömrəli elektron qaimədən görünür ki, “www.kristallplus.az domeninə və e-mail-lərinə bir illik yerləşməsi” əsası ilə “alıcı” İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən “təqdim edən” Cavabdehnə 2700 (iki min yeddi yüz) manat məbləğində pul vəsaitinin ödənilməsi tələb edilmişdir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin vasitəsilə həyata keçirilən 01 may 2020-ci il tarixli İB**********_200501 nömrəli Ödəniş Tapşırığından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh bank hesabına 2700 (iki min yeddi yüz) manat məbləğində pul vəsaiti köçürülmüşdür. Beləliklə də, iddia ərizəsinin məzmunu və iş materialları ilə müəyyən olunur ki, Cavabdeh tərəfindən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 21 aprel 2020-ci il tarixli EBAJ seriyalı 011866 nömrəli, 22 aprel 2020-ci il tarixli EBAJ seriyalı 054510 nömrəli və 01 may 2020-ci il tarixli EBAJ seriyalı 402628 nömrəli elektron qaimələr təqdim olunmuşdur. 21 aprel 2020-ci il, 22 aprel 2020-ci il və 01 may 2020-ci il tarixlərində İddiaçı QSC tərəfindən Cavabdeh MMC-nin bank hesabına müvafiq olaraq 21 aprel 2020-ci il tarixli EBAJ seriyalı 011866 nömrəli elekton qaimə əsasında 850 manat məbləğində, 22 aprel 2020-ci il tarixli EBAJ seriyalı 054510 nömrəli elektron qaimə əsasında 1850 manat məbləğində və 01 may 2020-ci il tarixli EBAJ seriyalı 402628 nömrəli elektron qaimə əsasında isə 2700 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Lakin, qeyd edilən məbləğlərin köçürülməsinə əsas olan tərəflər arasında imzalanmış hər hansı müqavilə mövcud olmamışdır. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti heç bir əsas olmadan yuxarıda qeyd olunan elektron qaimələrin təqdim edildiyini və əsassız olaraq həmin elektron qaimələr əsasında yuxarıda qeyd olunan məbləğlərdə pul vəsaitini köçürülmüş olduğunu müəyyən etdikdən sonra hesabına köçürülmüş həmin pul vəsaitlərinin qaytarılması Cavabdeh MMC-dən tələb edilmişdir. Buna baxmayaraq, 21 aprel 2020-ci il, 22 aprel 2020-ci il və 01 may 2020-ci il tarixli ödənişlərlə ödənilmiş ümumilikdə cəmi 5400 manat məbləğində pul vəsaiti Cavabdeh MMC tərəfindən İddiaçı QSC-nin hesabına qaytarılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçünonun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, tərəflər arasında öhdəliyin əmələ gəlməsinə əsas ola biləcək müqavilə müvafiq qaydada bağlanaraq imzalanmadan, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 21 aprel 2020-ci il, 22 aprel 2020-ci il və 01 may 2020-ci il tarixlərində Cavabdeh hesabına ümumilikdə 5400 manat məbləğində pul vəsaitinin bank vasitəsi ilə köçürmə yolu ilə ödəniş edilməsi, sonuncunun həmin məbləğ həddində əsassız varlanmasına səbəb olmuşdur. Lakin, artıq ödənilmiş 5400 manat məbləğində pulun qaytarılması barədə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh əsassız varlanmanın predmeti olan həmin pul vəsaitini qaytarmamışdır. Ona görə də, iddia tələbi 21 aprel 2020-ci il, 22 aprel 2020-ci il və 01 may 2020-ci il tarixlərində Cavabdeh hesabına ümumilikdə ödənilmiş 5400 (beş min dörd yüz manat) manat məbləğində pul vəsaitinin İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə qaytarılması hissəsində əsaslıdır. Bundan əlavə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia tələbində Cavabdehndən ödənilmiş ümumi vəsaitdən əsassız varlanmaya görə həmin pulun “15%-i həcmində (810 manat) faiz məbləğinin” tutulmasını xahiş etmişdir. Mülki Qanunvericiliyin müvafiq normalarına görə, “qaytarma vəzifəsi” müvafiq şərtlər daxilində “əldə edilənlərdən götürülən faydaya” da şamil edilsə də (Mülkin Məcəllənin 1092.1.1-ci maddəsinə əsasən, qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya şamil edilir), iddiaçı cavabdehin iddia tələbində qeyd etdiyi vəsaitdən fayda götürməsini əsaslandıra bilməmiş və eyni zamanda, işin konkret hallarına görə cavabdeh tərəfindən heç bir əsas olmadan yuxarıda qeyd olunan elektron qaimələr göndərilərkən, iddiaçı tərəfin müvafiq səlahiyyətli şəxsinin həmin elektron qaimələrə etiraz etmək və yaxud, həmin qaimələr üzrə ödənişlər etməkdən imtina etmək imkanları olmasına baxmayaraq, sonuncunun səlahiyyətli şəxsi bu imkanlardan istifadə etməyərək, heç bir əsası olmadan təqdim olunan elektron qaimələr əsasında yuxarıda qeyd olunan məbləğlərdə pul vəsaitini ödəmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh hesabına ümumilikdə ödənilmiş 5400 manat məbləğində pul vəsaitinin “15%-i həcmində (810 manat)” əldə edilənlərdən götürülən fayda kimi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə qaytarılması hissəsində əsaslı deyildir. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh MMC ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı QSC tərəfindən mediatora 100 (yüz) manat məbləğində xidmət haqqı ödənilmişdir (10 mart 2022-ci il tarixli, MŞB/3-00251 nömrəli mediasiya arayışı). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdehndən 5400 manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, mediasiya xidməti ilə əlaqədar İddiaçı QSC tərəfindən mediatora ödənilmiş 100 (yüz) manat məbləğində xidmət haqqının əvəzi də Cavabdehndən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Həmçinin, Cavabdehndən dövlət nəfinə 74 (yetmiş dörd) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 5400 (beş min dörd yüz) manat məbləğində pul və mediasiya ilə əlaqədar ödənilmiş 100 (yüz) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 5500 (beş min beş yüz) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdehndən dövlət nəfinə 74 (yetmiş dörd) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-674/2022
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-674/2022
22.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər - Sair işlər - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver