Məhkəmə qərarları › İş №e-2-2(119)-740/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-740/2021

07.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-740/2021 07.07.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X7 qızının katibliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən cavabdeh “Çarxı” X2rşı verilmiş “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdeh “Çarxı” X2rşı “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18 mart 2021-ci il tarixinə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 5777,50 (beş min yeddi yüz yetmiş yeddi manat 50 qəpik) manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə 18 mart 2021-ci il tarixli **********9 nömrəli protokol əsasında siyahıya alınmış cavabdeh “Çarxı” X5 (VÖEN **********) məxsus 18000 manat dəyərində bir ədəd “Belarus Amkodor” ekskavatorun ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. İddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyinə görə vergi ödəyicisi olan hüquqi şəxs “Çarxı” X4 (VÖEN **********) Dövlət Sosial Müdafiə Fonduna borcu yaranmış və həmin borc məbləğinin 5 gün ərzində Büdcəyə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin, borcun Büdcəyə ödənilməsi üçün vergi ödəyicisi “Çarxı” X5 bildiriş verilməsinə baxmayaraq, həmin borc məbləği yenə də Büdcəyə ödənilməmiş və vergi ödəyicisinin 18 mart 2021-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna cəmi 5777,50 (beş min yeddi yüz yetmiş yeddi manat 50 qəpik) manat məbləğində ödənilməmiş borcu qalmışdır. Ona görə də, Vergi Məcəlləsinin 89.1-ci maddəsinin tələblərinə uyğun olaraq vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 18 mart 2021-ci il tarixli Qərar qəbul etmiş və həmin Qərar əsasında vergi ödəyicisi “Çarxı” X4 18 mart 2021-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna yaranmış borcuna görə Xaçmaz rayon Çarxı kəndində yerləşən həmin vergi ödəyicisinə məxsus 18000 manat dəyərində bir ədəd “Belarus Amkodor” ekskavatoru siyahıya alınaraq, 18 mart 2021-ci il tarixli **********9 nömrəli Protokol və digər müvafiq sənədlər tərtib edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc Dövlət Sosial Müdafiə Fonduna ödənilmədiyi halda, siyahıya alınmış əmlakın açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və 18 mart 2021-ci il tarixinə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş cəmi 5777,50 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə 18 mart 2021-ci il tarixli **********9 nömrəli protokol əsasında siyahıya alınmış cavabdeh “Çarxı” X5 məxsus 18000 manat dəyərində bir ədəd “Belarus Amkodor” ekskavatorun ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh “Çarxı” X6 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə hüquqi şəxs “Çarxı” X4 (VÖEN **********) 18 mart 2021-ci il tarixinə Dövlət Sosial Müdafiə Fonduna cəmi 5777,50 (beş min yeddi yüz yetmiş yeddi manat 50 qəpik) manat məbləğində ödənilməmiş borcu olmuşdur. Həmin borcun ödənilməsini təmin etmək üsulu kimi Vergi Orqanı tərəfindən həmin vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 18 mart 2021-ci il tarixli qərar qəbul edilmiş və həmin Qərar əsasında vergi ödəyicisinin 18 mart 2021-ci il tarixinə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 5777,50 manat məbləğində borcuna görə vergi ödəyicisi “Çarxı” X5 məxsus 1 (bir) ədəd “Belarus Amkodor” ekskavatoru siyahıya alınaraq, bu barədə 18 mart 2021-ci il tarixli **********9 nömrəli protokol tərtib edilmişdir (siyahıya alınmış əmlakın tam siyahısı tərtib edilərək, müvafiq səlahiyyətli şəxslər tərəfindən imzalanmışdır). İddia ərizəsinə əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, həmin Protokol əsasında vergi ödəyicisi “Çarxı” X5 məxsus 1 (bir) ədəd “Belarus Amkodor” ekskavatoru vergi ödəyicisinin qanuni təmsilçisinin iştirakı ilə siyahıya alınmış və həmin əmlak siyahıya alındıqdan sonra saxlanılması üçün “Çarxı” X1i təmsilçisinin məsul saxlancına verilərək, bu barədə 18 mart 2021-ci il tarixli “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında” Akt tərtib edilmişdir. Həmin Protokolda və Aktda siyahıya alınmanın hüquqi nəticələri, siyahıya alınmış əmlakla əlaqədar davranış qaydaları və həmin qaydaların pozulmasının hüquqi nəticələri vergi ödəyicisinin qanuni təmsilçisinə elan edilmiş və sonuncu həmin sənədləri imzalamışdır. Bundan sonra da, məlum borc məbləği Dövlət Sosial Müdafiə Fonduna ödənilmədiyi üçün iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi hazırkı iddia ərizəsi ilə cavabdeh “Çarxı” X2rşı “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən, bu Məcəllənin vergi tutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergi tutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Həmin Məcəllənin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 23.1.6-cı maddəsinə əsasən, müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının hüququdur. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən, Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən, məhkəmə bu Məcəllənin 90.1-ci maddəsində göstərilən vergi orqanının müraciətinə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsində müəyyən edilmiş qaydada baxır. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, 18 mart 2021-ci il tarixinə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 5777,50 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə 18 mart 2021-ci il tarixli **********9 nömrəli protokol əsasında siyahıya alınmış cavabdeh “Çarxı” X5 (VÖEN **********) məxsus bir ədəd “Belarus Amkodor” ekskavatorun ixtisaslaşdırılmış açıq hərracda satılması ilə əlaqədar verilmiş iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli və 18 mart 2021-ci il tarixinə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 5777,50 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə 18 mart 2021-ci il tarixli **********9 nömrəli protokol əsasında siyahıya alınmış cavabdeh “Çarxı” X5 (VÖEN **********) məxsus bir ədəd “Belarus Amkodor” markalı ekskavator ixtisaslaşdırılmış açıq hərracda satılmalıdır. Eləcə də, cavabdeh “Çarxı” X3 dövlət nəfinə 10 manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən, məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları və bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 18 mart 2021-ci il tarixinə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 5777,50 (beş min yeddi yüz yetmiş yeddi manat 50 qəpik) manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə 18 mart 2021-ci il tarixli **********9 nömrəli protokol əsasında siyahıya alınmış cavabdeh “Çarxı” X5 (VÖEN **********) məxsus 1 (bir) ədəd “Belarus Amkodor” markalı ekskavator ixtisaslaşdırılmış açıq hərracda satılsın. Cavabdeh “Çarxı” X3 dövlət nəfinə 10 (on) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar