Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-752/2021 08.07.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X3 qızının katibliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Cavabdehnə qarşı verilmiş “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi 01 iyun 2021-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “29.01.2021-ci il tarixə qeyd olunan dövlət büdcəsinə 255,52 manat ödənilməmiş borc məbləğinin ödənilməsinin təmin edilməsi məqsədi ilə 18000 manat məbləğində siyahıya alınmış əmlakın (Quba şəhərində 1 ədəd ofis binası) ixtisaslaşdırılmış açıq hərracda satılması” barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, Vergi ödəyicisi olan Cavabdeh Kiçik Müəssiəsi Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 (beş) gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə bildiriş göndərilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş göndərilməsinə baxmayaraq, yaranmış borc məbləği yenə də büdcəyə ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 29 yanvar 2021-ci il tarixli Qərar qəbul etmişdir. Qərar əsasında vergi ödəyicisinin 29 yanvar 2021-ci il tarixə yaranan 705,12 manat olan borcuna görə 18000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə 11 mart 2021-ci il tarixli **********3 nömrəli Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın 1 (bir) vərəqədən ibarət siyahısı da əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda, siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq 16 mart 2021ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin 29 yanvar 2021-ci il tarixə hesablanmış yuxarıda qeyd olunan borcdan dövlət büdcəsinə 255,52 manat məbləğindən borcu qalmışdır. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və 29 yanvar 2021-ci il tarixinə Dövlət Büdcəsinə ödənilməmiş cəmi 255,52 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə 11 mart 2021-ci il tarixli **********3 nömrəli protokol əsasında siyahıya alınmış Cavabdehnə məxsus Quba şəhərində yerləşən 18000 manat dəyərində bir ədəd ofis binasının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, kommersiya işinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş üzrə aparılan məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, vergi öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə vergi ödəyicisi - hüquqi şəxs Cavabdeh (VÖEN **********) 29 yanvar 2021-ci il tarixinə Dövlət Büdcəsinə cəmi 705,12 manat məbləğində ödənilməmiş vergi borcu olmuşdur. Həmin borcun ödənilməsini təmin etmək üsulu kimi Vergi Orqanı tərəfindən həmin vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 29 yanvar 2021-ci il tarixli qərar qəbul edilmişdir. Həmin Qərar əsasında 29 yanvar 2021-ci il tarixinə Dövlət Büdcəsinə ödənilməmiş 705,12 manat məbləğində vergi borcuna görə vergi ödəyicisi Cavabdehnə məxsus Quba şəhərində yerləşən 1 (bir) ədəd 12 m2-lik ofis binası (orta təmirli) 18000 manat məbləğində qiymətləndirilərək siyahıya alınmış və bu barədə 11 mart 2021-ci il tarixli **********3 nömrəli protokol tərtib edilmişdir. Lakin, əmlak siyahıya alındıqdan sonra vergi ödəyicisi Cavabdeh tərəfindən 29 yanvar 2021-ci il tarixinə hesablanmış olan 705,12 manat məbləğində vergi borcundan ödəniş edilmiş və onun Dövlət Büdcəsinə 255,52 manat məbləğindən borcu qalmışdır. Buna görə də, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi 01 iyun 2021-ci ildə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “29.01.2021-ci il tarixə qeyd olunan dövlət büdcəsinə 255,52 manat ödənilməmiş borc məbləğinin ödənilməsinin təmin edilməsi məqsədi ilə 18000 manat məbləğində siyahıya alınmış əmlakın (Quba şəhərində 1 ədəd ofis binası) ixtisaslaşdırılmış açıq hərracda satılması” barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Lakin, iddiaçı tərəfindən məhkəməyə təqdim olunan 23 may 2021-ci ildə çap edilmiş vergi ödəyicisi Cavabdehnə aid X1 məlumatlarla müəyyən edilir ki, həmin vergi ödəyicisinin 03 may 2021-ci il tarixinə 255,52 (iki yüz əlli beş manat 52 qəpik) manat məbləğində deyil, 138,74 (yüz otuz səkkiz manat 74 qəpik) manat məbləğində vergi borcu qalmışdır. Beləliklə də, vergi ödəyicisi Cavabdeh tərəfindən ödənişlər edildiyi üçün onun 29 yanvar 2021-ci il tarixinə hesablanmış 705,12 manat məbləğində vergi borcundan yuxarıda qeyd olunan əmlak siyahıya alındıqdan sonra 255,52 manat məbləğində, 03 may 2021-ci il tarixinə isə 138,74 manat məbləğində borcu qalmışdır. Bundan sonra, yəni hazırkı işə 14 iyul 2021-ci ildə baxılarkən həmin vergi ödəyicisinin hansı məbləğdə vergi borcunun olub-olmaması barədə isə məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Eləcə də, iddiaçı Vergi Orqanı tərəfindən siyahıya alınaraq hazırkı iddia tələbi üzrə ixtisaslaşdırılmış açıq hərracda satılması tələb olunan “Quba şəhərində yerləşən bir ədəd ofis binasının” Cavabdeh mülkiyyətində olması barədə hər hansı bir hüquq müəyyənedici sənəd iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 90.1-ci maddəsinə əsasən, Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən, məhkəmə bu Məcəllənin 90.1-ci maddəsində göstərilən vergi orqanının müraciətinə Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsində müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Cavabdehnə qarşı verilmiş “29.01.2021-ci il tarixə qeyd olunan dövlət büdcəsinə 255,52 manat ödənilməmiş borc məbləğinin ödənilməsinin təmin edilməsi məqsədi ilə 18000 manat məbləğində siyahıya alınmış əmlakın (Quba şəhərində 1 ədəd ofis binası) ixtisaslaşdırılmış açıq hərracda satılması” barədə iddia tələbinin əsaslılığı məhkəmə araşdırması zamanı sübuta yetməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, əsaslılığı sübuta yetmədiyinə görə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Cavabdehnə qarşı verilmiş “siyahıya alınmış əmlakın açıq hərracda satılması” barədə iddia tələbi, yəni “29.01.2021-ci il tarixə qeyd olunan dövlət büdcəsinə 255,52 manat ödənilməmiş borc məbləğinin ödənilməsinin təmin edilməsi məqsədi ilə 18000 manat məbləğində siyahıya alınmış əmlakın (Quba şəhərində 1 ədəd ofis binası) ixtisaslaşdırılmış açıq hərracda satılması” barədə iddia tələbi təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Cavabdehnə qarşı verilmiş “siyahıya alınmış əmlakın açıq hərracda satılması” barədə iddia tələbi təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-752/2021
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-752/2021
08.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver