Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-753/2020 24.11.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nurullayev Rövşən Azad oğlunun iştirakı ilə, iddiaçı Azərbaycan Respublı̇kasinin İqtı̇sadı̇yyat Nazı̇rlı̇yi yaninda Dövlət Vergı̇ Xı̇dmətı̇nin 2 sayli Ərazi Vergı̇lər Baş İdarəsinin cavabdeh "R.E.M" Məhdud Məsulı̇yyətli Cəmı̇yyətı̇nə qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, cavabdehin xx.xx.2019-cu il tarixli, **********2 nömrəli qərar üzrə dövlət büdcəsinə borcu olmadığını bildirmiş və iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxış iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və məhkəmədən işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259.0.11, 263, 264, 267, 268, 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. iddiaçı Azərbaycan Respublı̇kasinin İqtı̇sadı̇yyat Nazı̇rlı̇yi yaninda Dövlət Vergı̇ Xı̇dmətı̇nin 2 sayli Ərazi Vergı̇lər Baş İdarəsinin cavabdeh "R.E.M" Məhdud Məsulı̇yyətli Cəmı̇yyətı̇nə qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №e-2-2(119)-753/2020
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-753/2020
24.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver