Məhkəmə qərarları › İş №e-2-2(119)-815/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-815/2025

07.07.2025 · Sair işlər - Qanunsuz tikilinin sökülməsi - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-815/2025 07.07.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi ilə, İddiaçı tərəfindən cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, X2 və Cavabdeh3 qarşı verilmiş “alqı-satqı müqaviləsinin, onun əsasında verilmiş dövlət reyestrindən daşınmaz əmlaka dair çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün etibarsız hesab edilməsi, tikintinin sökülməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, X2 və Cavabdeh3 qarşı “alqı-satqı müqaviləsinin, onun əsasında verilmiş dövlət reyestrindən daşınmaz əmlaka dair çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün etibarsız hesab edilməsi, tikintinin sökülməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC ilə Könül arasında bağlanmış, Bakı şəhəri, 26 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh3 tərəfindən 24 dekabr 2022-ci il tarixdə təsdiq edilmiş 4Ə-812 reyestr nömrəli alqı-satqı müqaviləsinin, həmin torpaq sahəsinə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 13 yanvar 2023-cü il tarixli çıxarışın (reyestrdə qeydiyyat nömrəsi: **********), torpaq sahəsinin plan və ölçüsünün etibarsız hesab edilməsi və Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında, giriş hissədə inşa edilmiş 7 mərtəbəli yaşayış binasının yan tərəfində, ara məsafəsi saxlamadan X3 tərəfindən aparılan qanunsuz tikintinin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 03 iyun 2025-ci il tarixdə keçirilmiş iclasında cavabdeh Könül Musazadə tərəfindən məhkəməyə təqdim edilmiş X1 üçüncü şəxs qismində cəlb edilməsi barədə vəsatəti müzakirə edilərək təmin edilmiş və X4 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. İddiaçının nümayəndəsi 04 iyul 2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək hazırki iş üzrə işə baxılması üçün prosessual müddət başa çatmaq üzrə olduğuna və sübutların toplanması üçün verilən sorğulara cavab verilmədiyindən həmin sübutları məhkəməyə təqdim etmək mümkün olmadığına görə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" MMC 06 iyul 2025-ci il tarixində məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə hazırlıq iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilərək məhkəmə baxışı iclasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh Könül Musazadə 06 iyul 2025-ci il tarixində məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə hazırlıq iclasının onun iştirakı olmadan keçirilərək məhkəmə baxışı iclasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh3 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 məhkəmə hazırlıq iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq, işə tərəflərin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin Məcəllənin 170.1-ci maddəsinin tələblərinə görə, işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə iddia ərizəsi qaytarıla bilər. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsinin 04 iyul 2025-ci il tarixli ərizəsi təmin edilməli və iddiaçı tərəfindən cavabdehlərə qarşı verilmiş “alqı-satqı müqaviləsinin, onun əsasında verilmiş dövlət reyestrindən daşınmaz əmlaka dair çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün etibarsız hesab edilməsi, tikintinin sökülməsi” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 170, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D I: İddiaçı nümayəndəsinin iddia ərizəsinin qaytarılması barədə ərizəsi təmin edilsin. İddiaçı tərəfindən cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, X2 və Cavabdeh3 qarşı verilmiş “alqı-satqı müqaviləsinin, onun əsasında verilmiş dövlət reyestrindən daşınmaz əmlaka dair çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün etibarsız hesab edilməsi, tikintinin sökülməsi” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver