Məhkəmə qərarları › İş №e-2-2(119)-836/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-836/2021

18.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-836/2021 18.06.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 4 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbi barədə kiçik iddiaya dair sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsi üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı 14.06.2021-ci il tarixdə cavabdehə qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbi barədə kiçik iddiaya dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 16.06.2021-ci il tarixdə iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, cavabdehin 30.04.2021-ci il tarixli **********8 nömrəli qərar üzrə dövlət büdcəsinə borcu olmadığını bildirmiş, iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259.0.11, 263, 264, 267, 268, 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçının nümayəndəsinin ərizəsi təmin edilsin. İddiaçı Azərbaycan Respublikasinin İqtisadiyyat Nazirliyi yaninda Dövlət Vergi Xidməti 4 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbi barədə kiçik iddiaya dair sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zahid Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar