Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-872/2024 05.08.2024 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 17 noyabr 2021-ci il tarixli BNFFC-HRA-01 nömrəli müqavilənin ləğv edilməsi, Cavabdehndən 13086,10 (on üç min səksən altı manat on qəpik) manat məbləğində borcun və ödənilmiş 130 (yüz otuz) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan İddiaçı (VÖEN: **********) 17 noyabr 2021-ci il tarixdə Cavabdeh ilə “Xidmət və malların alqı-satqısı” barədə BNFFC-HRA-01 saylı müqavilə bağlamışdır. Müqavilənin məqsədi sifarişçi Cavabdeh tərəfindən verilən sifariş əsasında onların texnikalarının təmiri və digər xidmətlərdən ibarət olmuşdur. İddiaçı 2-3 nəfərdən ibarət briqada yaradaraq, sifarişçinin müxtəlif növ texnikalarının mühərriklərinin və digər hissələrinin təmiri və onların yağının dəyişdirilməsi işlərini yerinə yetirmişdir. Tərəflər arasında bağlanmış 17 noyabr 2021-ci il tarixli müqavilənin 2 və 3-cü bəndlərində sifarişçinin və icraçının hüquq və vəzifələri aydın şəkildə qeyd edilmişdir. Həmin müqavilənin 4.2-ci bəndində xidmətin və ya alqı-satqının ödənişi tərəflərin razılaşması əsasında protokola uyğun olaraq həyata keçirilməsi nəzərdə tutulur. Müqavilənin 4.3-cü bəndində isə müqavilə üzrə ödənişlərin qanunvericiliyə uyğun olaraq icraçının bank hesabına köçürmə yolu ilə 10 (on) bank günündən gec olmayaraq həyata keçirilməsi nəzərdə tutulur. İddiaçı öz işçiləri ilə birlikdə sifarişçinin bütün sifarişlərini yüksək keyfiyyətlə lazımi qaydada yerinə yetirmiş, müqavilədən irəli gələn şərtlərə tam şəkildə əməl etmişdir. Lakin cavabdeh görülən işlərin bir hissəsinin dəyərini ödəsə də, çox hissəsini ödəməmişdir. BNFFC-HRA-06 saylı, xx.xx.2023-cü il tarixli hesab-fakturadan göründüyü kimi cavabdehin sifarişi əsasında “Daewoo Mega 250 VT-nin DB58” markalı texnikanın mühərriki əsaslı təmir olunmuş və blok, mühərrik başlığı, porşen kolsa, giliz, qol, val, mühərrik eksantrik mili, yağ nasosu, su nasosu kimi ehtiyat hissələri alınaraq dəyişdirilmişdir. Görülən işlərin və alınan ehtiyat hissələrinin ümumi dəyəri 9630 (doqquz min altı yüz otuz) manat məbləğində təşkil etmişdir. Göstərilən bu məbləğ xx.xx.2023-cü il tarixli qiymətlərin razılaşdırılması protokolu ilə təsdiqlənmiş və həmin protokol icraçı - fiziki şəxs İddiaçı və sifarişçi - Cavabdeh MMC-nin baş direktoru X2 tərəfindən imzalanmışdır. Bundan başqa BNFFC-HRA-07 saylı, xx.xx.2023-cü il tarixli kağız üzərindən daşıyıcı olan hesab-fakturadan da göründüyü kimi cavabdehin sifarişi əsasında “Daewoo Mega 250 VTnin Fan Drive-nin (Ventilyatoru)” təmiri işləri aparılmış və görülən işlərin xidmət haqqı 3456,10 (üç min dörd yüz əlli altı manat on qəpik) manat məbləğində təşkil etmişdir. Hesab–faktura üzrə göstərilən bu məbləğ də BNFFC-HRA-01 saylı, xx.xx.2021-ci il tarixli müqavilənin 7 nömrəli xx.xx.2023-cü il tarixli qiymətlərin razılaşdırılması protokolu ilə təsdiqlənmiş və həmin protokol icraçı - fiziki şəxs İddiaçı və sifarişçi Cavabdeh baş direktoru X2 tərəfindən imzalanmışdır. Göründüyü kimi, qeyd olunan hesab-fakturalara əsasən cavabdehin iddiaçıya13086,10 (on üç min səksən altı manat on qəpik) manat məbləğində borcu vardır. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh borcunu ödəmək fikrində deyil. Ona görə də iddiaçı məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. İddiaçı 02 iyul 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia tələbinin həcminin azaldılması barədə” ərizə təqdim edərək Cavabdehndən 8271,10 (səkkiz min iki yüz yetmiş bir manat on qəpik) manat məbləğində borcun və ödənilmiş 130 (yüz otuz) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 04 iyul 2024-cü il tarixli məhkəmə hazırlıq iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin və “iddia tələbinin həcminin azaldılması barədə” ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Tərəflər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, iddia ərizəsini, “iddia tələbinin həcminin azaldılması barədə” ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, sifarişçi Cavabdeh ilə icraçı İddiaçı arasında bağlanmış “Xidmət və malların alqı-satqısı” barədə 17 noyabr 2021-ci il tarixli, BNFFC-HRA-01 saylı müqavilənin 1.1-ci bəndinə görə bu müqavilə üzrə xidmət və malların alqı-satqı qiyməti akt və Əlavə (X1) əsasında müəyyənləşdirilir. Həmin müqavilənin 2-ci bəndinə əsasən sifarişçi icraçıya malların alqı-satqısı və xidmət göstərilməsinə dair müvafiq sifarişlər göndərməyi, müqavilə üzrə yerinə yetirilmiş işlərin və göstərilmiş xidmətlərin (alqı-satqının) təxirəsalınmadan qəbul edilməsini və ödəmələrin vaxtında aparılmasını öhdəsinə götürür. Həmin müqavilənin 3-cü bəndinə əsasən icraçı bu müqavilənin tərkib hissəsi sayılan Əlavələrdə qeyd olunduğu müddət ərzində xidməti icra etməyi və malları təhvil-təslim aktı əsasında sifarişçiyə təhvil verməyi, xidmət göstərilməsi zamanı yalnız müvafiq lisenziyaya və standartlara uyğun metodlardan istifadə etməyi, göstərdiyi xidmətin və ya alqı-satqının haqqının ödənilməsini tələb etməyi və s. öhdəsinə götürür. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən bu müqavilə üzrə ödənişlər qanunvericiliyə uyğun olaraq icraçının bank hesabına köçürmə yolu ilə 10 (on) bank günündən gec olmayaraq həyata keçirilir. İş materiallarında olan “Xidmət və malların alqı-satqısı” barədə 17 noyabr 2021-ci il tarixli, BNFFC-HRA-01 nömrəli müqavilənin 6 nömrəli əlavəsi olan 26 aprel 2023-cü il tarixli Qiymətlərin razılaşdırılması protokoluna əsasən göstərilən təmir xidmətinin qiyməti 9630 (doqquz min altı yüz otuz) manat müəyyən edilmişdir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdehnə 9630 (doqquz min altı yüz otuz) manat dəyərində təmir xidmətinin göstərilməsi ilə əlaqədar 26 aprel 2023-cü il tarixli BNFFC-HRA-06 nömrəli hesab-faktura təqdim olunmuşdur. İş materiallarında olan “Xidmət və malların alqı-satqısı” barədə 17 noyabr 2021-ci il tarixli, BNFFC-HRA-01 nömrəli müqavilənin 7 nömrəli əlavəsi olan 26 aprel 2023-cü il tarixli Qiymətlərin razılaşdırılması protokoluna əsasən göstərilən təmir xidmətinin qiyməti 3456,10 (üç min dörd yüz əlli altı manat on qəpik) manat müəyyən edilmişdir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdehnə 3456,10 (üç min dörd yüz əlli altı manat on qəpik) manat dəyərində təmir xidmətinin göstərilməsi ilə əlaqədar 26 aprel 2023-cü il tarixli BNFFC-HRA-07 nömrəli hesab-faktura təqdim olunmuşdur. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdehnə 3456,10 manat dəyərində təmir xidmətinin göstərilməsi ilə əlaqədar 26 aprel 2023-cü il tarixli EBDE seriyalı 255291 nömrəli və 9630 manat dəyərində təmir xidmətinin göstərilməsi ilə əlaqədar 26 aprel 2023-cü il tarixli EBDE seriyalı 255126 nömrəli elektron qaimə faktura təqdim olunmuşdur. İş materiallarında olan İddiaçı "xxxx" ASC-də olan bank hesabından çıxarışdan görünür ki, Cavabdeh tərəfindən 19 may 2023-cü il tarixdə iddiaçıya 26 aprel 2023-cü il tarixli EBDE seriyalı 255126 nömrəli elektron qaimə faktura üzrə 4815 (dörd min səkkiz yüz on beş) manat məbləğində ödəniş olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; - 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında “Xidmət və malların alqı-satqısı” barədə 17 noyabr 2021-ci il tarixli, BNFFC-HRA-01 nömrəli müqavilə bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı cavabdehə 13086,10 (on üç min səksən altı manat on qəpik) manat dəyərində təmir xidməti göstərərək 26 aprel 2023-cü il tarixli EBDE seriyalı 255291 nömrəli və EBDE seriyalı 255126 nömrəli elektron qaimə fakturalar göndərmişdir. Cavabdeh öz öhdəliyini lazımi qaydada yerinə yetirməyərək yalnız 26 aprel 2023-cü il tarixli EBDE seriyalı 255126 nömrəli elektron qaimə faktura üzrə iddiaçının bank hesabına 4815 (dörd min səkkiz yüz on beş) manat məbləğində ödəniş etmiş, onun 8271,10 (səkkiz min iki yüz yetmiş bir manat on qəpik) manat məbləğində borcu qalmışdır. Buna görə İddiaçı Tahir oğlu Cavabdehnə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, tərəflər arasında “Xidmət və malların alqı-satqısı” barədə 17 noyabr 2021-ci il tarixli, BNFFC-HRA-01 nömrəli müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Buna görə də məhkəmə hesab edir ki, həmin müqavilə üzrə ödənilməmiş 8271,10 (səkkiz min iki yüz yetmiş bir manat on qəpik) manat məbləğində borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddia tələbinin cavabdehdən “ödənilmiş 130 (yüz otuz) manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia həmin hissədə qismən təmin edilməli, iddiaçı tərəfindən ödənilmiş 130 (yüz otuz) manat dövlət rüsumunun hazırkı iddia tələbi üzrə ödənilməli olan 102,71 (yüz iki manat yetmiş bir qəpik) manat hissəsi Cavabdehndən tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən 8271,10 (səkkiz min iki yüz yetmiş bir manat on qəpik) manat məbləğində borc və ödənilmiş 102,71 (yüz iki manat yetmiş bir qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 8373,81 (səkkiz min üç yüz yetmiş üç manat səksən bir qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 8271,10 (səkkiz min iki yüz yetmiş bir manat on qəpik) manat məbləğində borc və ödənilmiş 102,71 (yüz iki manat yetmiş bir qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 8373,81 (səkkiz min üç yüz yetmiş üç manat səksən bir qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-872/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-872/2024
05.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver